Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Biz sözümüzü daşamı deyirik?

Fərman Kərimzadə anıldı

 

      Xeberinfo.com:   Bu yazını çoxdan yazmaq istəyirdim. Amma yaza bilmirdim.Daha doğrusu yazmaq istəmirdim. Ona görə yazmaq istəmirdim ki, yazmağımı mənasız, baş ağrıdan sayırdım.Və 20-ci əsrin nəhənk sabirləri,cəlil məmmədquluzadələri gəlib dururdular gözümün önündə. Rəhmətliklər bütöv həyatlarını insanların anlaşıqlı, savadlı olmaları yolunda şam kimi əritdilər. Nəticəsi nə oldu? Heç nə. Onların yazdıqları nöqsanlar,çatışmamazlıqları  bu gün də, kəsərli qələm sahibləri yazırlar. Çox təəssüf ki, nə onları, nə də bu günkü yazarları bir sürü xırda buynuzlu məmurlar eşitmir. Mən deyərdim ki,heç saya salmırlar.Burdan da belə bir nəticəyə gəlmək olar ki,bu günkü yazarların vəziyyəti onlarınkından daha ağır,daha dözülməzdir.Ona görə ki, onların tənqidi yazılarına əhəmiyyət verən yoxdur.

  İllərdir mən Şəmkir rayonunun böyük kəndi Zəyəm- Cırdaxanda olan nöqsanlardan, çatışmamzlıqlardan yazıram. Di gəl ki, "O olmasın, bu olsun" filimində böyük M.Cəlil demiş, bu millət düzəlmir ki, düzəlmir.Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır.

   Bu gün mən çax-çax daşı kimi ancaq bəzi üzdəniraq məmurların başını ağrıdıram. Hətta onlar tərəfindən söyülürəm, qınanıram. Mən kimdənsə böyük bir şey istəmirəm. Sadəcə məsul şəxslərə üzümü tutub deyirəm:- Əgər qulağınız varsa kənd camaatının haqlı şikayətini, narazılığını eşidin. Yayın bu cırhacırında yazıqlara verdiyiniz qazın təziqi o qədər aşağıdır ki, zavallılar biş-düşlərini odun yandırmaqla edirlər. Yayda camaata olan "xidmətiniz" budursa, görəsən qışda bu dilsiz, ağızsızlara hansı "yüksək" xidmətinizi təklif edəcəksiniz?

   Tutalım, qazın təziqini aşağı salmağı yuxarılar göstəriş verib. Bəs sizin adamlığınız, vicdanınız harda qalıb? Vallah, kimsə sizə bu xidməti göstərsə basıb onun iki gözünü bir deşikdən çıxararsınız. Bütün bu yaramaz xidmətinizə görə bilmirəm niyə camaat sizin gözünüzü çıxarıb, evinizi başınıza uçurmur?! Çünki "haqq" sizin tərəfinizdədir.Sizlərin ucbatından adam kimi yaşamaq onlar üçün əzabdır, işgəncədir.

   Zəyəm-Cırdaxan camaatının problemi təkcə qazsızlıq olsaydı dərd yarıydı. Onlar illərdir ki, işıq problemini də yaşayırlar. Keçən əsrin 60-cı illərində çəkilən elektrik xətləri bu gün təhlükə mənbəyidir. O vaxt basdırılan elektrik dirəkləri çürüyüb ömrünü başa vurub. Külək,yağış olanda işıq idarəsi çıxış yolunu işıqları söndürməkdə görür.

  Bilmirəm biz nə vaxt sürətli inkişafımızı,tərəqqimizi görüb, insan kimi yaşayacayıq?!

 

                            

Məhərrəm Şəmkirli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam