Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Nazir müavini:"Sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb"

 

"Təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb".

Yenixeber.org: Bunu Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Şuşada ekoloji aktivistlər aksiya keçirirlər. Proseslər dekabrın 2-dən başlayıb. Dövlət qurumlarının ekspertlərindən ibarət qrup ora yollanıb.

Həmin qrup əsasən, orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəssüf ki o, şərait yaradılmır. Bu gün səhər saatlarından Azərbaycanın ekoloji QHT və bir çox aktivistlər orada piket keçirir. Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır.

Həmçinin, bizim ekoloqlara orda dəymiş ziyanın hesablanması, ətraf mühitə təsirləri ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaradılmasıdır. Təəssüf ki, ötən günlərdə biz buna nail ola bilmədik. Müxtəlif bəhanələrlə istəyimizin qarşısı alındı. Azərbaycan bu məsələdə israrlıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam