Finqaldan "ağıllı şəkildə yayınmaq” alınmayacaq
Yenixeber.org: Bir lətifə ilə başlayacağam. Qonşulardan biri digərindən soruşur:
- Əzizim, gözünün altındakı qaranı harada “qazanmısan?”
- Mənim arxamdan təpiklə vurmaq istəyirdilər, amma mən yenə də uğurla arxama dəyəcək zərbədən yayına bildim.
Xeyr, bu, rus təbliğatçısı Vladimir Solovyovla bağlı ortaya çıxan finqal haqqında lətifə deyil. Bu lətifəni indi Ermənistandan eşitdiyimiz çıxışlarla müqayisə etmək yerinə düşər.
"Ukraynadakı hərbi münaqişə birbaşa Ermənistana və “Artsaxa” təsir edəcək", - deyə "Ermənistan" parlament fraksiyasının deputatı Andranik Tevanyan özünün “Facebook” səhifəsində yazıb.
Mən artıq natiqə məsləhət vermək istəyirəm ki, narkoloqa müraciət etsin, çünki Tevanyanın onu illüziyalar və fantaziyalar aləminə qərq edən bir şeydən istifadə etməkdən güclü asılılığını güman etməyə əsas var.
Axı, heç vaxt “Artsax” adlanan bir şeyin olmadığı məlum məsələdir. Bu, ümumerməni halüsinasiyası idi. Üstəlik, konkret olaraq, xatırlasaq ki, Ermənistanın özünün də torpaqlarımızın işğalı davam etdiyi bütün illər ərzində “Artsax”ı tanımağa, hətta onu özünə birləşdirməyə, necə deyərlər, “duxu” çatmayıb. Bəli, bütün dünya üçün bu torpaqlar bu statusda idi - Azərbaycanın müvəqqəti işğal olunmuş əraziləri.
Ermənistan isə BMT-yə və digər beynəlxalq təşkilatlara “Artsax”sız daxil oldu. Hansını ki, heç kim heç vaxt tanımayıb. Qəribədir ki, erməni deputat “revanşist” olsa belə, aşkar şeylərdən xəbəri yoxdur. Bilsə də, o, fəal şəkildə özünü oliqofren kimi göstərir. Aşkar olanı görməməyə çalışan birini başqa necə adlandırmaq olar? Lakin yenə də erməni “revanşistinin” fantaziya uçuşuna diqqət yetirək.
O, iddia edir ki, Azərbaycan və Türkiyə Ukrayna hadisələrini diqqətlə izləyir və hazırlaşır: "Onlar hücuma hazırlaşırlar. Hansı istiqamətdə deməyə dəyərmi? Bəs Ermənistanda? Ermənistanda faciəvi qeyri-ciddilik, cinayətkar hərəkətsizlik və qeyri-adekvatlıq hökm sürür".
Gəlin ondan başlayaq ki, indi bütün dünya Rusiya ilə Ukrayna arasında gedən müharibəni izləyir. Çünki bu müharibə Avropanın tam mərkəzində, dövlətlərin iştirakı ilə gedir, onlardan biri ərazisinə görə dünyada ən böyük, ikincisi isə Rusiya Federasiyasından sonra Köhnə Dünyada ən böyük ərazisi olan dölətdir. Bu müharibədə qurbanların sayı çox böyükdür və bütün dünyanın onu diqqətlə izləməsinin səbəbi də budur.
Eyni zamanda, Azərbaycan və Türkiyə dərhal və aydın şəkildə öz mövqelərini açıqladı və Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını bildirdi. Xatırladaq ki, Ermənistan Krımın ilhaqını dəstəkləyir. Yeri gəlmişkən, təəccüblü deyil. Çünki Ermənistan Respublikasının özü işğalçı dövlətdir. Deməli, İrəvanda Rusiyanın Ukraynaya təcavüzünə dəstək aksiyalarının keçirilməsi təsadüfi deyil.
Təsadüfi olmayan təkcə bu deyil. Amerikanın IRI təşkilatının sifarişi ilə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, Ermənistanda respondentlərin 17%-i hesab edir ki, Ukraynadakı müharibədə əsas məsuliyyət ABŞ-ın üzərinə düşür. Araşdırmaya görə, respondentlərin təxminən 14%-i müharibəyə görə Ukrayna Prezidenti Volodimir Zelenskinin məsuliyyət daşıdığına inanır, respondentlərin 10%-i isə buna görə NATO-nu günahlandırır. Rəyi soruşulanların yalnız 5%-i müharibədə Rusiyanın məsuliyyət daşıdığını, 8%-i isə Vladimir Putinin günahkar olduğunu düşünür.
Açıq şəkildə Rusiyanın Qafqazdakı forpostu adlandırılan bir dövlətdən başqa heç nə gözləməyə dəyməz. Başqa bir şey odur ki, Ukrayna ordusunun yeni uğurları, Ukrayna Silahlı Qüvvələri tərəfindən azad edilən daha çox Ukrayna yaşayış məntəqələri haqqında xəbərlər daxil olduqda, Ermənistan Respublikasında hərtərəfli isteriya başlayır. Onlar başa düşürlər ki, batmaqda olan Titanik və Rusiya Federasiyası indi ona çox bənzəyir, Ermənistanı da özü ilə birlikdə dibə çəkə bilər.
O ölkəni ki, erməni mediasının “birdən” xatırladığı kimi, Rusiya Federasiyasının müttəfiqi hesab edilir, KTMT, Gömrük İttifaqı və Aİİ üzvüdür. Azərbaycan GUAM-ın bir hissəsi olduğu halda, Ukraynaya humanitar yardım edir, Türkiyə isə Ukraynanı “Bayraktar”lar və digər müasir silah növləri ilə təmin edir. Bu cür reallığı dərk etmək erməni siyasətçilərində, hətta müxalif siyasətçilərdə də sakit dəhşətə səbəb olur. Onlarda finqaldan qaçaraq “ağıllı şəkildə yayınmaq” tezisinin işləməyəcəyinə inam artır.(AYNA)