Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sərhəd kabusu:COVİD bitdi, hökumət uzadır…

              Nazirlər Kabineti vətəndaşların konstitusion hüquqlarını tapdalamaqda davam edir...

“Yaxın qohumlarımın bir çoxu Gürcüstanda yaşayır. Ayın əvvəli xeyir işimiz vardı, Xarici İşlər Nazirliyindən güc-bəla ilə avtomobillə qonşu ölkəyə keçməyə icazə ala bildik. İndi qayıdıb ölkəyə gələ bilmirəm. Sərhəddə deyirlər ki, gərək maşını Azərbaycana evakuatorla keçirəsən, özün də təyyarə ilə qayıdasan”.

Yenixeber.org: Bunu adının yazılmasını istəməyən hüquqşünas bildirib. Onun sözlərinə görə, ölkənin quru sərhədlərinin iki ildir bağlı qalması azərbaycanlılara təsəvvür edilməz məhrumiyyətlər yaradır. “Camaatın xeyir-şəri var, insanlar gedib-gələ bilmirlər, od qiymətinə olan təyyarə biletlərini almağa kiçik bir qrupun imkanı çatır. Niyə insanlara zülm edirlər, bunun səbəbini bir açıqlasınlar ki, sərhədi niyə bağlı saxlayırlar?”, -deyə mənbə fikirlərinə əlavə edib. 

Xatırladaq ki, Azərbaycanda sərhədlər COVİD-19 pandemiyası səbəbindən 2020-ci ilin martın 24-dən etibarən bağlıdır. Bu tarixdən sonra ölkəyə gediş-gəliş, xüsusi icazələr istisna olmaqla, hava yolu vasitəsi ilə həyata keçirilir. Təyyarə biletlərinin qiymətləri isə həmin tarixdən əvvəlki tariflərlə müqayisədə bir neçə dəfə bahadır. Cəmiyyətdən səslənən bütün etirazlara rəğmən, hökumət nə təyyarə biletlərinin qiymətini ucuzlaşdırmaq, nə də quru yolu açmaq niyyətindədir. Əksinə, Nazirlər Kabineti ötən həftə Naxçıvan MR-a təyyarə biletlərini 10 manat bahalaşdırıb. 

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə qədər uzadılıb. Operativ Qərargahdan Pressklub.az-ın sorğusuna cavab olaraq bildirildi ki, karantin rejiminin nə zaman ləğv ediləcəyi və quru sərhədlərin açılacağı barədə məlumat yoxdur. Xatırladaq ki, dünən açıqlanan rəsmi statistikaya görə, ölkədə COVİD-19 virusuna tutulan olmayıb… 

Dünyanın əksər ölkələrində isə pandemiya ilə bağlı son məhdudiyyətlər ləğv olunmaqdadır. Məsələn, ABŞ-in Xəstəliklərə Nəzarəti və Qarşısı Alınması Mərkəzlərinin verdiyi qərara əsasən, iyunun 12-dən etibarən ABŞ-a hava ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq. 

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən müxtəlif ictimai-siyasi təşkilatlar, ictimai birliklər vaxtaşırı olaraq, sərhədlərin bağlı saxlanılmasının səbəbləri ilə bağlı Operativ Qərargaha sorğu göndərir, yaranmış vəziyyətin xalqın mənafelərinə uyğun şəkildə həllini tələb edirlər. Sonuncu belə müraciət Müsavat Partiyası tərəfindən dünən edilib. 

Hüquqşünas Hafiz Həsənov bildirib ki, Azərbaycan Konstitusiyasına görə, hər bir vətəndaşın ölkəyə maneəsiz gəlib-getmək hüququ var. Amma Nazirlər Kabineti 2 ildən artıq, bu hüququ vətəndaşların əlindən almaqla, Əsas Qanunu kobud şəkildə pozur. Onun sözlərinə görə, bu məsələ məhkəmə müstəvisində mübahisələndirilə bilər.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam