Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Quru sərhədlər sabah açılır? -AÇIQLAMA

 

Artıq uzun müddətdir ki, quru sərhədləri bağlıdır və bu istiqamətdə mövcud problemin aradan qaldırılmasının vacibliyinə dəfələrlə toxunulsa da, hələ də öz həllini tapmır. Halbuki bir çox ölkələr artıq xeyli müddətdir ki, quru sərhədlərini açıb.

Yenixeber.org: Ümumilikdə isə quru sərhədlərin bağlı olması yalnız ölkəmizə gələcək xarici ölkə vətəndaşlarına deyil, soydaşlarımıza da problemlər yaradır. Hətta bugünlərdə Gürcüstan tərəfi Azərbaycanla quru sərhədlərin açılması məsələsinin ikitərəfli rəsmi və işgüzar görüşlər zamanı dəfələrlə müzakirə olunduğunu, hazırda Azərbaycan Gürcüstan, İran və Rusiya ilə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul etmədiyi bildirmişdi.

Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın qonşu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır. Ümumiyyətlə, may ayının 1-də quru sərhədlərinin açılacağı barədə məlumat yayılsa da, bu da nəticəsiz qaldı.

Qarşıdan yay turizm mövsümünün də gəldiyini nəzərə alsaq, quru sərhədlərinin açılması mühüm əhəmiyyət kəsb edir. Hazırda isə quru sərhədlərinin iyunun 1-dən açılacağı ilə bağlı fikirlər səslənir.

Doğrudanmı artıq uzun müddətdir ki, bağlı olan quru sərhədləri açılacaq?

Millət vəkili Fazil Mustafa cebhe.info-ya bu haqda dəqiq məlumatının olmadığını bildirdi:

"Hər halda açılmalıdır. Əslində çoxdan açılmalı idi. Qərar versələr, qısa müddətdə açılacaq. Burada nə maraq olacaq? Dövlət özü maraqlıdır ki, ölkəyə pul gəlsin. Yaxud müəyyən məsələlər həllini tapsın. Təhlükəsizliklə də bağlı müəyyən problemlər var idi. Sağlıqla əlaqədar problem də vardı. İndi çox güman ki, bunlar yekunlaşdı, yəqin ki, açılacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam