Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İran təşkilatından Azərbaycana düşmənçilik: Şuşa "Şuşi" olaraq təqdim edilir

İran təşkilatından Azərbaycana düşmənçilik: Şuşa “Şuşi” olaraq təqdim edilir

İranda məskunlaşan və özlərini “Hüseynçilər” və ya “Azərbaycan Müqavimət Hərəkatı” adlandıran radikal islamçı qüvvələr Azərbaycanın Şuşa şəhərinin adını erməniləşdirərək “Şuşi” kimi təqdim edirlər.

Yenixeber.org: “Azad İran” xəbər verir ki, qruplaşmanın bu yaxınlarda yaratdığı “Azərbaycan Araşdırmalar Mərkəzi” son günlər Şuşada keçirilən Zəfər Qurultayı əleyhinə silsilə yazılar dərc edib.

Həmin yazılarda Azərbaycanın Şuşa şəhəri davamlı olaraq “Şuşi” kimi təqdim edilir. Maraqlıdır ki, “Hüseyniyyun” qruplaşmasının üzvləri özlərini dildə guya dindar, Azərbaycan dövlətçiliyinin və xalqının təəssübkeşi və vətənpərvər insanlar kimi qələmə verərək səmimi dindarları aldatmağa və öz məqsədləri üçün istifadə etməyə çalışırlar.

Qeyd etmək lazımdır ki, İranda Şuşa şəhərinin adını ermənilər kimi təqdim edən əsas dairələr Ermənistanın sərhədini və təhlükəsizliyini özləri üçün “qırmızı xətt” elan edən, əvəzində isə Azərbaycana qarşı barışmaz düşmən mövqeyi sərgiləyən “Sepah”, “Ettelaat” və onların Salar Seyfəddini kimi erməni təəssübkeşi olan əlaltılarıdır. Bu fakt isə göstərir ki, “Hüseynçilər” dildə İmam Hüseyn deyib “şaxsey” etsələr də, əməldə haqq tərəfdarı deyil, ermənilər və onları dəstəkləyənlərin tərəfində olub, “ağalarının” sifarişlərini yerinə yetirirlər.

Nədənsə “sionist” deyə-deyə bar-bar bağıran, qarabasma səbəbindən hər yerdə “sionist” və “ingilis” görən bu dırnaqarası “möminlər” “qırmızı xətləri” elan etdikləri Ermənistanın Qərb tərəfindən hakimiyyətə gətirilmiş baş nazirini bağırlarına basır, onun Qərblə münasibətləri barədə bir dəfə də olsun, çıxış etmirlər, çünki Ermənistan “ağaları”nın “qırmızı xəttidir” və ona toxunmaq loxmadan məhrum olmaq deməkdir.

Rəsmiyyə Şərifova, (konkret.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam