Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Şuşa muzeyləri belə talan edilib -Erməni deputat özlərini ifşa etdi

Şuşa muzeyləri belə talan edilib  - Erməni deputat özlərini ifşa etdi
Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan ermənilərin Azərbaycan muzeylərini talan etməsinə dair məlumat paylaşıb.
Yenixeber.org: O, Şuşa işğaldan azad olunmamışdan bir neçə gün əvvəl şəhərdən xalçaları çıxaran erməninin fotosunu paylaşaraq deyib:

"Bu sürücü Armen Xaçatryandır. O, noyabrın 1-nə keçən gecə düşmənin atəşi altında olduğu üçün avtomobilin işığını söndürüb və Şuşa xalça muzeyinin eksponantlarını Yerevan Tarix Muzeyinə, Milli Qalereyaya daşıyıb. Armen 160 xalça, xalı və kilim, 30 saxsı qab, 50 rəsm əsərini apara bilib. Həmin vaxt Şuşa-Aqavno yolu tamamilə atəşə tutulmuşdu".



Zöhrabyan bu paylaşımı ilə özü də istəmədən Ermənistanın qanunsuz əməllərini ifşa edib. Göründüyü kimi, ermənilər Şuşa muzeylərində Azərbaycana məxsus xalça və digər eksponatları oğurlayaraq, Ermənistana daşıyıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam