Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dərdli Sumqayıt sakinləri dəvasız qalıb -VİDEO

 

Sumqayıt şəhərindən yenə xəbər var. Daha doğrusu daha bir Sumqayıt şəhər sakinindən yenə giley var. (Linkə bax !)

Yenixeber.org: Belə ki, bu dəfə redaksiyamıza Sumqayıt şəhər Kimyaçılar qəsəbə sakini Əliyeva İrina İvanovna və həyat yoldaşı Əliyev Əli tərəfindən videomüraciət daxil olub.
Sakinlər müraciətlərində bildirir ki, 2022-ci ilin yanvar ayının 8-də axşam saatlarında qısa qapanma nəticəsində yaşadıqları mənzil yanıb. O gündən bu günə qədər də qışın soyuğunda ailə hər gün bir qonşuda gecələyir. Yanan evdən heç bir şey çıxarmaq mümkün olmayıb. Artıq, bir neçə gündür ki, ailə çarəsiz vəziyyətdə, döymədiyi idarə qapısı qalmayıb.
Qonşunun redaksiyamıza bildirdiyinə görə Sumqayıt şəhər bələdiyyəsi yanan evin yerinin təmizlənməsi və zibilin daşınmasına kömək edəcəyini desə də, etməyib. Qonşular pul yığıb, yanğından qalan tullantıları ərazidən təmizləyib, daşıyıblar. İcra Hakimiyyəti də sakinlərin düşdüyü durumu nəyinki görməzdən gəlir, hətta şəxsən müraciət etdiklərində belə, qulaqardına vururlar.

Qonşu deyir, "İcra nümayəndəsi Əli müəllimə deyirəm siz bu ailəyə kömək etməlisiniz. Prezidentin də fərmanı var kimsəsizlərə kömək edilməsi barəsində. Əli müəllim deyir, "o fərman 2014-cü ilə qədər qüvvədə idi. Daha kömək edə bilmərik.""

Qeyd edək ki, söhbət Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Axundovdan gedir.



Maraqlıdır, Əli Axundovun müraciət edən rayon sakininə bu cavabı verməsi üçün, yəqin ki, ona cəsarət verən Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhərə və sakinlərinə qarşı ögey münasibətidir. Ümumiyyətlə, şəhər sakinləri Zakir Fərəcovun biganəliyindən, saymazlığından da çox gileylənirlər. Hətta, cana doyublar desək, yanılmarıq.

Haqsız da sayılmazlar. Bu yaxınlarda yolumuz təsadüfən Sumqayıt şəhərinə düşmüşdü. Yeri gəlmişkən biz orda olduğumuz gündən bir gün öncə yağış yağmışdı. Yağışın hələ səhəri günü, günəşli havada şəhərin düşdüyü vəziyyəti görəndə, gözlərimizə inanmadıq. Daha doğrusu inanmaq istəmədik. Sənaye şəhərinin küçələrində çay kimi axan çirkab suları, üfunət qoxuyan havası, dizə qədər palçıqlı istirahət parkı sözügedən şəhərin, şəhər adına belə xələl gətirən, acınacaqlı mənzərə idi. Baxmayaraq ki, sənaye şəhəri olduğu üçün Sumqayıt şəhərinin adı da, bəzi həmkarlarımızın dili ilə desək, elə "Sumqayıt kralı" Zakir Fərəcovun özünün adı da zənginlər sırasında ön sıralarda yer alır.

Məsələn, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, yerli mediaya məlum olan sərvətlərinin siyahısına baxın.

RESTORAN və OBYEKTLƏR

1. Sumqayıtda "Şahənə" şadıq sarayı

2. Novxanıda dəniz kənarında "Kalyon" restoranı

3. Yeni Bulvar ərazisində “Dəniz”restoranı

4. Sumqayıtın girişində OS- OİL

5. Sumqayıtda "İST" petrol (50% onundur)

6. Sumqayıtda "Səda Store"

7. 13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)

8. Sumqayıt bulvarına bitişik yaşayış massivi

9. Kuşadasında “Norf” adı altında “Bistro” kafesi, sushi və balıq restoranı

10. Sumqayıtın 44-cü məhəlləsində “NORF” adlı şirəli içkilər istehsalı

11. Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı

12. Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi

13. "Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı


MƏNZİL və VİLLALAR

1. Qurd dərəsi və Novxanı bağlarında 6 villası

2. Corat kəndində 1 villası

3. İzmirin Kuşadasında villası

4. Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil

5. Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil

6. Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa

7. Novxanıda hektarlarla bağ sahəsi

8. Zakir Fərəcov həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.


ŞİRKƏTLƏR

1. “Əsnayə MMC“ şirkəti (kürəkəni Əkrəmindir)

2. “LC-2008 MMC“ şirkəti (kürəkəni Müşviqindir)

3. “RAMİL-2000“ Fərdi Firması (kürəkəni Müşviqindir)

4. “Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)


QOHUMLUQLAR:

1. Qardaşı oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov

2. Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə

3. Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı

4. Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.

5. Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev

6. Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev

7. Qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov

8. Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Yeri gəlmişkən, siyahını bloqer Həbib Müntəzir yayıb.
Bəli, gördüyünüz kimi Zakir Fərəcovun pulu var, "tərəf.az" demişkən, 2015-ci ildən bəri Sumqayıt şəhərinə dövlət büdcəsindən 5.000.000 (beş milyon) AZN pul ayrılıb. Nəticəsi barəsində isə heç bir məlumat yoxdur. Demək ki, hörmətli Fərəcovun sakinlərə pul xərcləməyə əli gəlmir. Yəqin, sahib olduğu vəzifəsi kimi, büdcədən ayrılan pulları da özününkü hesab edir. Yoxsa, bu adamlar niyə göz yaşları içində, yalvarmaq məcburiyyətində qalsın ki?!
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.(DogruXeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam