Yenixeber.org: Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumatda qeyd edilir ki, Şahanə Baxşıyevanın yeri bu gün təsbit olunacaq:

“Qız sağ-salamatdır. Bizdə onunla bağlı məlumat var, sadəcə, yeri təsbit olunmalıdır. Hazırda onun yerinin müəyyən olunması istiqamətində tədbirlər görülür. Ailə üzvləri hüquq-mühafizə orqanlarına qızın evdən getməsi ilə bağlı məlumat veriblər. Çətinlik yaradan odur ki, Şahanənin əlaqə telefonu yoxdur. Şahanə “instaqram”da anasının telefonu vasitəsi ilə səhifə açıb. Atası yoxdur, anası və bacıları ilə birlikdə yaşayır.

Anasının dediyinə görə, evdə aralarında heç bir söz-söhbət olmayıb. Evdən getmək onun üçün adətə çevrilib. Anası bildirib ki, Şahanə iki ay bundan əvvəl də evdən qaçıb. Amma 3 gündən sonra yenidən evə qayıdıb. Şahanə sərbəstlik, müstəqillik istəyir. Yəni heç kəs ona deməsin ki, burdan dur, ordan otur”.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.