Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

DƏRSLİKLƏRDƏKİ KOBUD NÖQSANLAR MƏQSƏDLİDİRMİ? -“Bu sahə bəzi şəxslərin monopoliyasında olub”

“Hazırkı dərs vəsaitləri 6-17 yaşında olan insanın düşüncəsinə uyğun deyil, bu kitabları oxuyub anlamaq üçün şagirdin elmi dərəcəsi olmalıdır”

Yenixeber.org: Son vaxtlar orta məktəb dərsliklərinin hazırlanmasında yol verilən nöqsanlar, səhvlər və təhriflər daha çox nəzərə çarpır. Azərbaycan bölməsilə yanaşı, rus bölməsi üçün hazırlanan dərs vəsaitlərində də belə nöqsanlara tez-tez rast gəlmək mümkündür.

Bəzən bu səhvlər o qədər primitiv və milli-mənəvi dəyərlərə zidd olur ki, çoxlarında bunun məqsədyönlü şəkildə edildiyinə dair şübhələr yaranır. Əslində, cəmiyyətdə belə fikirlərin formalaşması başadüşüləndir.

Elə götürək, bir neçə gündür müzakirələrə səbəb olan, 4-cü siniflərin rus dili dərsliyində 20 Yanvar faciəsinin fərqli təqdim edilməsini. Həmin dərsliyin 105-ci səhifəsində qeyd olunur ki, 1990-cı ildə baş verən 20 Yanvar faciəsini rus ordusu Azərbaycan Xalq Cəbhəsini iflasa uğratmaq üçün törədib. Eyni zamanda əlavə edilir ki, guya, rus qoşunları xalqı baş verə biləcək faciədən qorumaq üçün Bakıya gəlib və AXC silahlıları ilə küçə döyüşlərində mübarizə aparıb. Bu döyüşlərdə 170 nəfər AXC üzvü ölüb, 400 nəfər isə yaralanıb.

Maraqlıdır ki, dərsliyin müəllifləri Azərbaycan tarixi üçün bu qədər böyük anlam daşıyan bir faciədən necə məlumatsız ola bilərdilər? Axı, həmin vaxt baş verənlərin mahiyyətini anlamaq üçün heç tarixçi olmağa da ehtiyac yoxdur. Qeyd edək ki, sözügedən dərsliyin müəllifləri 23 nömrəli orta məktəbin müəllimləri Bela Nuriyeva və Nigar Mustafazadədir.

 

 

Bu məsələylə bağlı Təhsil Nazirliyindən bildirilib ki, məktəb dərslikləri nəşriyyatlar tərəfindən hazırlanır: “Sözügedən dərsliyiin istifadə müddəti 2022-2023-cü tədris ilində bitəcək. Bundan sonra həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək”.

Kitabın nəşr edildiyi “Şərq-Qərb” nəşriyyatından isə bildirilib ki, yanlış tərcümə nəticəsində belə bir hadisə baş verib: “4-cü siniflər üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişikliyi zəruri edir”.

Yeri gəlmişkən, kitabın nəşr edildiyi “Şərq-Qərb” nəşriyyatının Ramiz Mehdiyevə məxsus olduğu bildirilir...

 

 

Qeyd edək ki, rus dili dərsliklərində bu cür nöqsanlar ilk dəfə deyil ki, baş verir. Məsələn, bir neçə il öncə elə rus bölməsi üzrə 10-cu sinif tarix dərsliyindəki xəritədə Azərbaycan Ermənistanın ərazisi kimi göstərilmişdi.

Təhsil Eksperti Kamran Əsədov bildirib ki, hazırda dərsliklər daha çox şagirdlər üçün yox, müəllimlər üçün hazırlanır: “Çünki bu kitabları müəllimlər özləri güclə başa düşürlər, o ki qaldı, şagirdlər. Hesab edirəm ki, dərslik siyasətinə uyğun olaraq, məktəbin 3 istiqaməti ola bilər - pedaqoji, siyasi və müasir. Əgər məktəbin qarşısına qoyulan vəzifə savadlı, sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa, onda dərsliklər Sovet dövründəki kimi olmalıdır. Eyni zamanda vahid düzgün ideya və fikir olmalı, artıq mətnlərə yer verilməməlidir. Ancaq əgər biz müasir məktəbdən danışırıqsa, o zaman dərslik tamam başqa funksiyaları daşımalıdır. Təəssüf ki, bu gün dərsliyi yazanlar, tədris proqramlarını hazırlayanlar düşünmürlər ki, bu kitabı oxuyan uşaq bunu necə anlayacaq”.

 

 

K.Əsədov qeyd edir ki, təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan məsələdir: “Amma demək olar ki, dərsliklərin əksəriyyəti bu strateji vəzifəni yerinə yetirə blmirlər. Dərsliklərin məqsədi şagirdi müasir bilik və bacarığa yiyələndirmək, vətəninə, xalqına, adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər əsasında formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaş kimi yetişdirməkdir. Ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur. Hesab edirəm ki, 2008-ci ildən kuriklum sistemi tətbiq edildikdən sonra yazılan dərsliklərdə vahidlik prinsipinə əməl olunmadığından, nəsillər arasında əlaqələr pozuldu. Nəticədə də əvvəlki illərdə məzun olanlar yeni kitabları oxuyub anlamaqda çətinlik çəkməyə başladılar. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulan dərs vəsaitləri 6-17 yaşında olan insanın düşüncəsinə uyğun deyil. Dərsliklərin məzmunundan belə nəticəyə gəlmək olar ki, bu kitabları oxuyub anlamaq üçün şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində tədris olunan mövzular daxil edilib”.

 

 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə isə bildirib ki, orta məktəblər üçün tarix dərslikləri hazırlanarkən diqqətli olmaq lazımdır: “Çünki insanlar orta məktəb dövründə öyrəndiklərini ömürlərinin sonuna qədər həqiqət kimi qəbul edirlər. Ona görə də, Azərbaycan gəncliyini düzgün istiqamətləndirmək üçün tarixi mövzuların seçilməsinə, yazılmasına və tədrisinə diqqət etmək vacibdir. Tarix fənnində tədqiqatçının və ya müəllifin şəxsi fikrlərini, subyektiv mülahizələrini dərslikdə əks etdirməsi yanlışdır”.

E.Kəlbizadə qeyd edib ki, tarix dərsliklərinin hazırlanması uzun müddət bəzi şəxslərin monopoliyasında olub: “Bu şəxslər hətta müəllifi olmadığı dərsliklərə belə öz adlarını yazdırırdılar. Təbii ki, bunun qarşılığında müəyyən vəsaitlərin götürülməsi də var idi. Belə neqativ hallara görə, dərsliklərin hazırlanması təhsilimizin inkşafına yox, ayrı-ayrı şəxslərin maddi təminatının yaxşılaşdırılmasına xidmət edirdi. Düşünürəm ki, bu məsələdə strateji yanaşma zəruridir. Ola bilər ki, hansısa müəllif xarici dərsliklərdən istifadə edərək, gözoxşayan bir məhsul təqdim etsin və ya özünün titullarını irəli sürsün. Ancaq nəzərə almaq lazımdır ki, bu məsələyə yanaşma konseptual olmalıdır.

Dərslikərin tez-tez dəyişdirlməsi də yolverilməzdir. Dərsliklər dəyişdirilən zaman bunun hansı zəruri şərt üçün edildiyi dəqiqləşdirilməlidir. Tarix dərsliklərini hazırlayan müəlliflər hansısa titullar müsabiqələr əsasında seçilməməlidirlər. Əvvəlcə diqqət etmək lazımdır ki, bu şəxslərin tarix dərsiyini yazmağa hüquqları çatırmı. Tarix dərsliklərində sadəcə elm adamlarına və məktəb müəllimlərinə ayrı-ayrılıqda yer vermək də düzgün deyil. Hesab edirəm ki, dərsliyin hazırlanmasında həm pedaqoqlar həm də elmlə məşğul olan şəxslər işirak etməlidirlər”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam