Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Məktəbin tavanı dərs zamanı uçub -Ucarda

Ucarda məktəbin tavanı dərs zamanı uçub

Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Yenixeber.org: Bu barədə kənd sakinləri məlumat veriblər.

Sakinlər məktəbin qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər: "Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlardan birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim yox olmamışdı. Buna görə də xəsarət alan da yox idi. Lakin səs-kuydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır".

Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil nazirliyinin sifarişi əsasında tikilib: “Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.

Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov “Report”un yerli bürosuna bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.

O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumları məlumatlandırıb.

R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.

Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 25 nəfər müəllim məşğul olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam