Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Kamboca Tailandı sülh bəyannaməsini pozmaqda ittiham edib

 

Kamboca Milli Müdafiə Nazirliyi Tailandı birgə sülh bəyannaməsini pozmaqda ittiham edib.

Yenixeber.org xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.

Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçiti bəyan edib ki, rəsmi Pnompen qoşunlarına qarşı "qəddar və qeyri-insani" hücumları pisləyir və hesab edir ki, bu, iki ölkə arasında 26 oktyabr 2025-ci ildə imzalanmış Sülh Müqaviləsinə dair Birgə Bəyannamənin ciddi şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, hücumlar dekabrın 8-də səhər saat 5:00 radələrində (Bakı vaxtı ilə 02:00) Tailand qoşunlarının Kambocanın mövqelərinə atəş açdığı Anses rayonunda başlayıb.

Daha sonra Tayland tankları sərhəddə bir neçə gün davam edən təxribatlardan sonra Kambocanın "koordinasiyalı eskalasiya" kimi qiymətləndirdiyi sərhəd rayonları Thamonet və Makarada bir neçə məbədi atəşə tutub.

"Tailandın təxribatçı hərəkətlərinə baxmayaraq, Kamboca qüvvələri son dərəcə təmkinlik nümayiş etdirərək, atəşə cavab verməyib. Kamboca münaqişənin sülh yolu ilə həllinə və beynəlxalq müqavilələrə əməl olunmasına sadiq qalır. Kamboca hərbçiləri ayıq-sayıq və ehtiyatla Tailandla sərhəddə vəziyyəti izləyirlər".

Qeyd edək ki, Tailand və Kamboca sərhədində gərginlik pik həddə çatıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam