Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Aygün Əliyevanın “Rəfiqə qrantı” seriyasından...-FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyevanın “Rəfiqə qrantları” seriyasından növbəti araşdırmamızı təqdim edirik.
Yenixeber.org: Bu dəfə də Aygün Əliyevanın daha bir sahibkar rəfiqəsi və ona məxsus QHT barədə məlumat verəcəyik.
Söhbət “Loqos” Psixoloji və Nitq Mərkəzi MMC-nin rəhbəri Təranə Paşayevadan gedir. O, 1998-2004-cü illərdə İqtisad Universitetinin maliyyə-kredit fakültəsində ali təhsil alıb. Daha sonra 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitetinin Psixologiya fakültəsini bitirib (Özünə məxsus saytda da onun həmin ali məktəbə daxil olduğu vaxt göstərilmir). Hazırda «Psytech Azerbaijan» Psixometrik Qiymətləndirmə Mərkəzi MMC-nin də rəhbəridir.
“Loqos” Psixoloji və Nitq Mərkəzi MMC 2014-cü ildə yaradılarkən Binəqədi Rayon İcra Hakimiyyətinin yaxınlığındakı məkanlardan birində fəaliyyət göstərməyə başlayıb.
Yenixeber.org-a daxil olan məlumata görə, Təranə Paşayevanın tanınmış ailənin nümayəndəsi olması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması həmin dövrlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın diqqətindən yayınmayıb. İlk cəhddən ona öz diqqət və qayğısını göstərməklə münasibətləri rəfiqəlik səviyyəsinə gətirib çıxara bilib.
Fotolardan gördüyünüz kimi, Aygün Əliyeva nə “Loqos” Mərkəzinin rəsmi tədbirlərini, nə də Təranə Paşayevanın şəxsi tədbirlərini boş buraxmayıb, onun yanında olmağa çalışıb(?)
Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin  icraçı direktoru təyin edildikdən sonra Təranə Paşayeva ilə əlaqələri artıq yeni mərhələyə qədəm qoyub. Sahibkar xanım  QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin  tədbirlərində fəal iştirak etməyə başlayıb.
Nəhayət, Agentlik tarixində ilk dəfə 2025-ci ilin qrant müsabiqəsində Təranə Paşayevanın rəhbəri olduğu "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi" adlı İctimai Birlik 10 000 manat qrant alır.
Daha təcrübəli təşkilatlarla müqayisə bu təşkilata bir qədər çox vəsaitin ayrılması, layihənin hansı səviyyədə icra olunması və s. məsələlərə hələlik toxunmaq istəmirik. QHT işi ilə məşğul olan şəxslər bu məsələləri yaxşı bilir.
Göründüyü kimi, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin   qrant müsabiqələrində layihələrin qiymətləndirilməsində əsas şərt şəxsi münasibətlərdir. Sözdə deyildiyi kimi, hər şey şəffaflıq və qanunçuluq prinsiplərinə əsaslanmır. Dövlət büdcəsindən ayrılan vəsaitlər şəxsi maraqlara, dostluq və tanışlıq əlaqələrinin möhkəmləndirilməsinə, səyahət və qonaqlıqlara sərf edilir.

Araşdırmalarımız davam edir ...

Adları çəkilən tərəflərin cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam