Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə Azərbaycandilli məktəbin bağlanması narazılıq doğurub

 

 

Gürcüstanın Marneuli rayonunun doqquz illik Axlımahmudlu kənd orta məktəbi iki ildir fəaliyyət göstərmir.

Yenixeber.org: Bu barədə yerli büromuza Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov məlumat verib.

Onun sözlərinə görə, kənd sakinləri məsələ ilə bağlı ona müraciət ediblər: “Azərbaycandilli məktəbin bağlanmasına səbəb qəzalı vəziyyətdə olmasıdır. Məktəbdə Axlımahmudlu ilə yanaşı, Yenikənd kəndinin də şagirdləri təhsil alıb. Hazırda şagirdlər qonşu kəndlərin məktəblərinə getməyə məcbur olurlar ki, bu da hər iki kəndin sakinlərinin narazılığına səbəb olub”.

Ə.Bədirov bildirib ki, son 3-4 il ərzində kənd sakinlərinə təhsil müəssisəsinin təmir-bərpası və ya yeni məktəbin inşası ilə bağlı bir sıra vədlər verilib: “Lakin bu günə qədər məktəbin təmiri məsələsində heç bir irəliləyiş yoxdur”.

Hüquq müdafiəçisi deyib ki, Axlımahmudlu kənd məktəbi ilə bağlı məsələ aidiyyəti qurumların diqqətinə çatdırılacaq.

Qeyd edək ki, birmərtəbəli təhsil müəssisəsi sovet illərində inşa olunub və əsasən taxtadan ibarətdir. Məktəbdə 100-dən çox şagird təhsil alıb, 20-yə yaxın müəllim çalışıb.(report)  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam