Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Gəncə Regional Kollecdə təhsil, yoxsa səbr imtahanı? -Təmirsiz otaqlar, tələbələr soyuqdan donur, təhqir edilir

Redaksiyamıza Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin Texniki filialının tələbələri tərəfindən ciddi narazılıq dolu müraciət daxil olub. Tələbələrin iddiasına görə, filialda nə normal istilik, nə də işıq sistemi fəaliyyət göstərir. Hətta qaz sistemi ümumiyyətlə mövcud deyil. Bu səbəbdən də qış aylarında tələbələr soyuq, qaranlıq və yararsız şəraitdə dərs keçmək məcburiyyətində qalırlar.

Yenixeber.org: Şikayətçilərin sözlərinə görə, bir neçə gündür ümumiyyətlə işıq yoxdur, və ya dərslər yalnız bir dərslik qədər elektrik verilməsi ilə məhdudlaşır. Bu da enerji yükünün tab gətirməməsi ilə əsaslandırılır. Tələbələrin bir çoxu bu şəraitdə xəstələnib və sadəcə bir gün dərsə getmədiklərinə görə şöbə müdiri Qurbanova Sevinc tərəfindən təhqiredici formada danlanıblar.
Səsləndirilən ittihamlarda bildirilir ki, Sevinc Qurbanova tələbələrə “siz səviyyəsizsiniz, səviyyəniz bura çatır” kimi ifadələr işlədib və əsas binadakı tələbələrlə müqayisədə bağman tələbələrinin səviyyəsinin aşağı olduğunu bildirib. Maraqlıdır ki, əsas binadakı tələbələrin balları daha aşağı olsa da, onlara tam şərait yaradılıb, təmirli otaqlar, istilik sistemi və işıq var.
Tələbələr sual edir:
- Təhsil müəssisəsində səviyyə bal iləmi ölçülür?
- Yoxsa tələbəyə yaradılan şəraitlə mi?
Şikayətdə deyilir ki, pəncərələrin sınmış şüşələrini “salafan”la örtən də məhz müəllimlər olub. Bu da guya “şəxsi cibimdən almışam” kimi təqdim edilib, lakin tələbələrdən həmin “salafan”ların da pulu istənilib.
Tələbələr bildirir ki, soyuq və qaranlıq otaqlarda dərs keçmək mümkün deyil, onlar dərsə yox, yalnız necə isinəcəklərini düşünərək dərslərdə otururlar. Bəzi tələbələr qrip və digər xəstəliklərdən əziyyət çəkir.

Əlavə olaraq vurğulanır ki, sosial şəbəkələrdə yalnız əsas bina ilə bağlı reklam xarakterli paylaşımlar edilir, Texniki filialındakı real vəziyyət isə nə rəhbərlik, nə də Kollecin ictimaiyyətlə əlaqələri tərəfindən işıqlandırılmır.

Tələbələrin tələb etdiyi:
- Soyuq və qaranlıq otaqlara istilik və işıq təminatı verilsin.
- Qaz təminatı məsələsi həll edilsin.
- Texniki filialına diqqət artırılsın.
- Tələbələrə hörmət və ləyaqət çərçivəsində münasibət göstərilsin.
- Şöbə müdiri tərəfindən edilən təhqirlərə rəsmi qiymət verilsin.

Bu və digər suallarla bağlı qarşı tərəf, GDU nəzdindəki Regional Kollec rəhbəri Xoşqədəm Xudiyeva, Texniki kolecin rehbəri Sevinc Qurbanova, həmçinin Elm və Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası daxil olmaqla aidiyyəti qurumların mövqeyni öyrənməyə hazırıq.(Bakunews.az)
Mövzuya qayıdacağıq. Araşdırmamız davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam