Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məktəbin qəzalı olması şagirdlər üçün təhlükə yaradır -Cəlilabadda

Cəlilabadda məktəbin qəzalı olması şagirdlər üçün təhlükə yaradır

Cəlilabad rayonunun Moranlı kənd sakinləri övladlarının təhsil aldığı məktəbin qəzalı vəziyyətdə olmasından şikayətlənirlər.

Yenixeber.org: Bu barədə kənd sakinləri redaksiyamıza məlumat veriblər. Onların bildirdiyinə görə, məktəbdə 100-ə yaxın şagird təhsil alır: "Məktəbin belə qəzalı vəziyyətdə olması isə burada təhsil alan şagirdlərin həyatı üçün təhlükə yaradır. Həmçinin 50-ə yaxın şagird qonşu kəndlərdə təhsil almağa gedir".

Kənd sakinlərinin sözlərinə görə, qışın şaxtalı günlərində vəziyyət daha da çətinləşir: "Təhsil ocağı kəndə qazın verilməsinə baxmayaraq, odun sobası ilə qızdırılır. Bu da taxtadan tikilmiş məktəb üçün yanğın təhlükəsi yaradır".

Problemlə bağlı rayon təhsil şöbəsindən bildirildi ki, məktəbin tikintisi ilə bağlı yuxarı orqanlara təhsil şöbəsi tərəfindən aidiyyəti üzrə məlumat verilib: "Qərarı gözləyirik".

Qeyd edək ki, Moranlı kənd orta məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib. İndiyə qədər heç bir əsaslı təmir işləri aparılmayıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam