Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!/FOTOLAR

  

QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ilə bağlı qaranlıq məqamları araşdırdıqca, maraqlı faktlarla qarşılaşır, onların hər birinə cavab tapmağa çalışırıq. Tam məsuliyyəti ilə qeyd edirik ki, qrant müsabiqələrində şəxsi əlaqələrin dərəcələrinə görə bir sıra QHT-lərə xüsusi diqqət  qayğı göstərilir. 

Yenixeber.org: Səkinə Babayeva adı sahibkarlıq sahəsində fəaliyyət göstərənlərə yaxşı tanışdır. O, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, bir sözlə  xanımıdır. Özü fabrikin baş direktoru, oğlu Elçin isə direktordur. Həmin Fabrik yarandığı vaxtdan Binəqədi rayonu 

ərazisində ("Baksol yolu") fəaliyyət göstərir. (Bu fabrikin fəaliyyəti bir zamanlar

məktəbli formaları ilə gündəm olub.)

Səkinə Babayeva biznes fəaliyyəti ilə yanaşı, 2017-ci ildə bir sıra dövlət qurumlarının təşəbbüsü ilə təsis edilən Azərbaycanda Qadın 

Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir. 

Diqqətimizi Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiyanın QHT-lərə 

Dövlət Dəstəyi  Agentliyinin müsabiqələri tarixində ən yüksək qrant alan

 təşkilat kimi düşməsi çəkdi.

Belə ki, Assosiasiya 2022-ci ildə QHT AgentliyininŞuşa ili”nə həsr olunmuş 

böyük qrant 

müsabiqəsindəQarabağ İncilərinin Avropa Sədasıadlı layihəsi üçün 40100 manat 

vəsait əldə etmişdir.

 Bugünə qədər QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bir təşkilata müsabiqə çərçivəsində

40100 manat verməyib.

Təbii ki, səbəblərinə gələcəyik.

Araşdırmalarımız zamanı məlum oldu ki, Səkinə Babayevanın rəhbərlik etdiyi

 Assosiasiya QHT Agentliyindən aldığı qrant vəsaiti çərçivəsində Fransada kiçik bir

 geyim sərgisi təşkil etməklə

 işini yekunlaşdırıb. Hətta Yenixeber.org-a daxil olan məlumata görə, layihəyə əlavə 

olaraq 3 tanınmış şirkətdən vəsait  cəlb edib. İddia olunur ki, təşkilat sözügedən 

layihəyə ümumilikdə 18 min manat real vəsait xərcləyib. Yerdə qalan vəsaitin isə layihənin qalib olmasına kömək edən

 şəxslərlə birgə bölündüyü söylənilir.

Səslənən iddiaların  dərəcədə əsaslı olması üçün bəzi

 məsələləri araşdırdıq.

Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının xarici ölkələrdə

 tədbir keçirməktəcrübəsi olmadığı halda, QHT-lərə Dövlət Dəstəyi 

 Agentliyi ona ilk dəfə yüksəkməbləğdə qrant verib. Lakin, müsabiqə

 şərtlərində göstərilir ki, təşkilatın bu istiqamətdə müvafiqtəcrübəsi olmalıdır. 

Digər maraqlı məqam isə, Assosiasiyanın adından göründüyü kimi, məqsədinin ölkəmizdə qadın sahibkarlığını inkşafına dəstək verməkdir. Lakin,

QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bu məsələdə  loyallıq nümayiş etdirərək, Assosiasiyanın məqsədinə uyğun olmayan bir təşəbbüsə maliyyə dəstəyi 

göstərib(?)

Sual doğuracaq məsələlər həddindən artıq çoxdur. Daha maraqlı sual isə, Səkinə Babayevaya bu cür böyük qayğı göstərilməsinin səbəbidir. 

Məlum oldu ki, Səkinə Babayeva 2013-cü ildən QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə tanışlıqları başlayıb  daha 

sonra rəfiqə olublar.

Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyi zaman qadın sahibkarlardan 

vəsaitlərin yığımınanəzarət edən 

Aygün Əliyeva Səkinə Babayevanın fabrikində olub  sıx əlaqələri yaranıb... 

Bəzi faktlara diqqət yetirin. Səkinə Babayeva 1997-ci ildən YAP Nərimanov rayon təşkilatında Qadınlar Şurasının sədr müavini olub. Lakin, Aygün Əliyeva ilə

 tanışlıqdan birmüddət sonra, o, Binəqədi rayon YAP Qadınlar Şurasının sədr

 müavini vəzifəsini icra etməyə başlayır(?)

Aygün Əliyeva elə bir rayon tədbiri  səfəri olmur ki, Səkinə Babayevanı yanından ayırmasın. Səkinə Babayeva hətta bələdiyyə nümayəndəsi

 olmasa da, Aygün Əliyeva ilə birgə Binəqədi rayon bələdiyyələrinin nümayəndələrinin Milli Məclisə ekskursiyasında da iştirak edir. (http://binegedi-ih.gov.az/az/news/998.html).

Səkinə Babayeva ardıcıl olaraq həm Binəqədi Rayon İcra Hakimiyyəti başçısından, həm  

Binəqədi YAP sədri tərəfindən müxtəlif əlamətdar günlərdə tez-tez təltif olunur. 

Səkinə Babayeva da öz növbəsində bu xəcalətin altından qalmır  Aygün Əliyevaya

 öz qayğısını davam etdirir. 

Nəhayət, Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru olduqdan

 6-7 ay sonra Səkinə Babayeva Agentliyin ən yüksək qrant məbləğinə layiq görülür.

Təqdim etdiyimiz fotodan göründüyü kimi, Aygün Əliyeva Assosiasiyanın sahibkar xanımlar üçün təşkil etdiyi digər  tədbirlərdə 

 yaxından iştirak edir, onlardan diqqət  qayğısını əsirgəmir. Maraqlıdır, Aygün Əliyeva digər sahibkarların yaratdığı QHT-lərin  tədbirlərində belə yaxından 

iştirak edirmi?

Hələlik bu qədər, digər maraq doğuran məsələlərin ardınca gedək. 

    Bir şeyi unutmamalıyıq ki, Şuşa uğrunda gedən döyüşlərdə yüzlərlə qəhrəman oğullarımız öz canından keçərək 

şəhid  qazi olublar. Biz

onların canı  qanı bahasına qovuşduğumuz Şuşanı müqəddəs varlıq kimi qorumalıyıq.

 Şuşa hər hansı layihə  ya tədbir edib pul qazanmaq , silmək üçün istinad olmamalıdır!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam