Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ticarətə də limit gəlir -Nağd alış-verişin həcmi 4 min manatdan çox olarsa...

 

Yenixeber.org: Azərbaycanda pərakəndə ticarətdə nağd hesablaşmalara limit tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Həmin toplantıda Vergi Məcəlləsi və “Nağdsız hesablaşmalar haqqında” Qanuna təklif olunan dəyişikliklər müzakirə edilib.  Rəis müavini hökumətin təklif etdiyi yeniliklərlə bağlı deputatlara məlumat verib.

Mətbuata verilən informasiyaya görə, “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan dəyişikliklərdən biri pərakəndə ticarətdə nağd hesablaşmalar üçün 4 min manat limitin nəzərdə tutulmasıdır. 

Bu dəyişikliyin Azərbaycanda ticarətə necə təsir edəcəyi maraq doğurur. Çünki ölkədə nağd əməliyyatların həcmi olduqca yüksək həddədir. Belə ki, 2020-ci ilin 11 ayı ərzində debet və kredit  kartları vasitəsilə aparılan əməliyyatların cəmi məbləği 25 milyard 793 milyon manat təşkil edib. Bu məbləğin 19 milyard 213 milyon manatı və ya 75%-i ölkə daxilində nağd pulun çıxarılması üzrə olub.

Həmin dövrdə ATM-lər, pos-terminallar və elektron ticarət vasitəsilə cəmi nağdsız ödənişlər 5 milyard 405 milyon manat təşkil edib. Bu, indiyədək qeydə alınmış ən yüksək illik nağdsız ödəniş həcmindən də yüksəkdir. Bir il əvvəl – 2019-cu ildə nağdsız ödənişlərin həcmi 4 milyard 479 milyon manat təşkil edib. 

Ekspertlər bildirirlər ki, “ƏDV-ni geri al” aksiyası, təmassız kartlarda şifrəsiz ödəniş limitinin artırılması, karantin tədbirləri ilə əlaqədar olaraq onlayn ticarətin inkişafı və ödəniş kartlarının sayının artması nağdsız ödənişlərin də artmasına səbəb olur.

Pos-terminallar ilə nağdsız ödənişlər 2016-cı ildə 527 milyon manat, 2017-ci ildə 807 milyon manat, 2018-ci ildə 1 milyard 115 milyon manat, 2019-cu ildə isə 1 milyard 333 milyon manat təşkil edib.

İqtisadçı Natiq Cəfərli bildirdi ki, nağd alış-verişə müəyyən məhdudiyyətlərin gətirilməsi ölkədə ticarətin leqallaşması, qara mühasibatlığa qarşı mübarizə, pul dövriyyəsinin ağa çıxarılması üçün edilir. Onun sözlərinə görə, 4 min manatlıq limit məsələsi bir qədər fərqlidir. “Çünki pərakəndə satışda nadir hallarda bu məbləğdən artıq miqdarda ticarət etmək mümkündür. Yəqin ki, bu dəyişiklik, avtomobil , mebel salonlarına, yaxud böyük elektrotexnika avadanlıqları satan mağazalara təsir edəcək”,-deyə iqtisadçı vurğulayıb. Ekspert bu limitin ölkədə nağd ticarətə ciddi təsirinin olacağını düşünmür. N. Cəfərli hesab edir ki, bununla paralel olaraq stimullaşdırıcı tədbirlər də olmalıdır: “Məsələn “ƏDV-ni geri al” kampaniyası müsbətdir, amma onun genişləndirilməsinə ehtiyac var. Çünki nağd ödənişdə belə ƏDV-nin 10 faizi geri qaytarılır, bu, məntiqsizlikdir. Məncə, nağdsız ödənişlərdə ƏDV-nin indiki kimi 15 yox, 30 faizinin geri qaytarılması bu sahədə ciddi irəliləyiş olar, vətəndaşlar da nağdsız ödənişlərə daha çox diqqət ayırarlar”

İqtisadçı Qubad İbadoğlu da bildirdi ki, nəzərdə tutulan dəyişikliyi doğru addım hesab edir: “Düzgün işləsə, ölkədə nağd pul dövriyyəsinin məhdudlaşmasına xidmət edəcək. Hazırda yaşadığım London şəhərində adi kofe və ya çayı nağd pula almaq mümkün deyil. Əvvəla, pandemiya dövründə nağd pul xəstəliklərin yayılmasına xidmət edir. Eyni zamanda, ölkədə gizli iqtisadiyyatın genişlənməsində də nağd dövriyyə geniş rol oynayır. Harada nağdsız hesablaşmalar varsa, orada gizli iqtisadiyyatın həcmi daha aşağıdır. Ona görə də bu yanaşmanı təqdir edirəm, düşünürəm ki, 4 min manat limitin daha aşağı salınması məqsədəuyğun olardı”. 

Q.İbadoğlu hesab edir ki, Azərbaycanda əhalinin hamısının kartlarla işləyə bilməməsi də nəzərə alınmalıdır, bu sahədə geniş maarifləndirməyə ehtiyac var.  

Deputat, iqtisadçı Vüqar Bayramov da digər ekspertlərlə həmfikirdir. O, deyib ki, bu addımın atılması nağdsız ödənişləri təşviq etmək məqsədi daşıyır: “Gizli iqtisadiyyatın həcminin azaldılmasına, iqtisadiyyatın ağardılmasına ehtiyac var. Təklif olunan dəyişiklikdə birdəfəlik ödənişlərdə 4 min manat limit müəyyənləşdirilib. Vətəndaş 4 min manatadək alış-veriş edirsə, o zaman nağd ödəyə biləcək. Bu rəqəmdən çox olduğu halda plastik kartdan istifadə edəcək”.

V. Bayramov xatırladır ki, pərakəndə ticarətdə alış-verişin həcmi bəzi sektorlar istisna olmaqla, adətən, 4 min manatdan az olur. “Mebel, elektronika, maşın və s. mallar alan zaman bu limitdən artıq ödəniş həyata keçirilir”,-deyə o, əlavə edib. 

İqtisadçı qeyd edir ki, burada digər məqam infrastrukturun formalaşması ilə bağlıdır: “Sahibkarların bu istiqamətdə dəstəklənməsinə ehtiyac var ki, satış nöqtələrində pos-terminallar işləsin və onların fəaliyyətinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Səhiyyə müəssisələrində plastik kartlarlarla yanaşı xüsusi ödəniş terminalları da quraşdırılacaq. Vətəndaş səhiyyə xidməti almaq istəyirsə, o zaman həmin ödəmə terminalına nağd vəsaiti daxil etməklə ödəniş edə biləcək”. 

İqtisadçı bildirir ki, limitlər birdəfəlikdir, aylıq, həftəlik və s. deyil. “Vətəndaş bu məbləğdən aşağı hissəni rahat şəkildə nağd ödəyə biləcək. İnsanların, xüsusən sahibkarların bu limitlərə hazır olması müəyyən zaman ala bilər. Sahibkarların dəstəklənməsinə xüsusən önəmlidir. Pos-terminalların quraşdırılması üçün daha geniş güzəştlərə ehtiyac var ki, onlar qısa müddət terminalları quraşdırıb, nağdsız dövriyyəni genişləndirə bilsinlər”,-deyə Vüqar Bayramov vurğulayıb.(pressklub)

Turqut     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam