Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Banklardan nağd pulun çıxarılması məhdudlaşdırılır

manat1Azərbaycanda sahibkarlar vəsaitlərin nağdlaşdırılmasına görə vergi ödəyəcək

Xeberinfo.com:  Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə, banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmasına dair müddəa əlavə edilib.

Bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

Nazir bildirib ki, nağd əməliyyatların məhdudlaşdırılması təcrübəsi Fransa, İtaliya, Çexiya, Slovakiya və digər ölkələrin qanunvericiliyində də nəzərdə tutulub. Onun sözlərinə görə, bu dəyişiklik nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyin təmin olunması, pul dövriyyəsinin tənzimlənməsi, əmək haqqı və digər ödənişlərin leqallaşdırılması və nəticədə, ölkənin beynəlxalq reytinqinin artırılmasına şərait yaradacaq.

Qeyd edək ki,parlamentə “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsi  təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam