Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisin -İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Tahir Mirkişili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

 

Bu gün Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Yenixeber.org: İclasda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Mustafayeva, Dövlət Vergi Xidmətinin idarə rəisi Natiq Şirinov, Dövlət Vergi Xidmətinin idarə rəisi Nicat İmanov, Maliyyə Nazirliyi Aparatının Vergi siyasəti və gəlirləri şöbəsinin müdiri Fikrət Şirnov iştirak ediblər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
- “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- “Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (birinci oxunus).
- "Yerli (bələdiyyə) vergilər ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunus).
- "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci i oxunuş).
- "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azerbaycan Respublikası qanununun layihəsi (birinci oxunus).
- "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
- "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
- “Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
- "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasına tövsiyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam