Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YATAQXANA YOX, KİRAYƏ MƏNZİLLƏR İSƏ ƏLÇATMAZDIR... -Bakıda yaşamaq tələbələrə baha başa gəlir

Avqust ayından etibarən paytaxtın kirayə mənzil bazarında canlanma müşahidə olunur. Səbəb sentyabrın 29-dan universitetlərdə və kolleclərdə dərslərin başlaması və rayonlardan işləmək üçün Bakıya gələnlərin sayının yenidən artması ilə izah olunur.

Yenixeber.org: Apardığımız müşahidələr göstərir ki, pandemiya dövründə boş qalan evlərin əksəriyyəti artıq tutulub. Hazırkı vəziyyətə görə bazarda tələb təklifi üstələyir. Bu da öz növbəsində qiymət artımına səbəb olur. Həmişə olduğu kimi bəzi işbazlar da yaranmış vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə artırmağa çalışırlar.

Bakının ətraf ərazilərində kirayə qiymətlərində artım qeydə alınmasa da, şəhərin mərkəzi hissəsindəki evlərdə 30-40 % bahalaşma müşahidə olunur. Belə ki, ötən il paytaxtda orta təmirli 2 otaqlı mənzillərin aylıq kirayə haqqı 200 manat idisə, hazırda 300 manatdan yuxarıdır. 

Universitetlərin yerləşdiyi metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında 2-3 otaqlı, orta təmirli mənzil 600-700 manat, “28 May”da 500-650 manat, "Nəriman Nərimanov”, “Neftçilər”, “İnşaatçılar”-a yaxın ərazilərdə isə bina və həyət evlərinin qiyməti 150- 500 manat aralığında dəyişir. Bu da ötən ilki qiymətlərdən 10-15 faiz yüksəkdir.

 

 

Ekspertlər hesab edirlər ki, oktyabr-noyabr aylarında tələbat azalacaq və kirayə mənzil bazarındakı qiymətlər sabitləşəcək.

Rayondan Bakıya təhsil almağa gələn tələbələrin əksəriyyəti kirayə mənzillərdə yaşamağa məcburdurlar. Çünki əksər ali məktəblərin yataqxanalarında ya məcburi köçkünlər məskunlaşıblar, ya da həmin binalar bərbad vəziyyətdədirlər.

Xatırladaq ki, bu il ali məktəblərə qəbul olanların sayı 44861 nəfərdir. Tələbələrin əksəriyyəti sosial şəbəkələrdə bildirirlər ki, universitetlərin açılmasına 1 həftədən az bir müddət qalsa da, kirayə ev tapmaqda çətinlik çəkirlər. Onlar bu problemi qiymət artımı ilə əlaqələndirirlər. Belə tələbələrdən biri olan Gülşən Ələkbərova deyir ki, hər yeni dərs ilində olduğu kimi bu il də kirayə mənzil axtarışına çıxıb. Amma 10 gündür büdcəsinə uyğun ev tapa bilmir.

Digər həmsöhbətimiz Qurban Məmmədov isə bildirir ki, qiymətlər münasib olmadığından bir neçə tələbə yoldaşı ilə birlikdə ev tutublar. Onun sözlərinə görə, builki qiymətlər ötən illərdəkindən 100 manat bahadır.

Murad Fərəcov isə kirayə ev tapsa da, əvvəlcədən 3 aylıq depozit ödəməyə məcur olduğunu bildirir.

Əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev problemi "AzPolitika.info"-ya şərh edərkən, Bakıda kirayə evlərin sayının kifayət qədər çox olduğunu deyib. Onun sözlərinə görə, qiymət və keyfiyyət baxımından münasib mənzil tapmaq elə də asan deyil: "Burda diqqət edilməli əsas məqam odur ki, paytaxtda kirayə mənzillərin əksəriyyətinin yeni tikililərdə olması, qiymət baxımından vətəndaşlar üçün münasib deyil. Belə mənzillərdə aylıq kirayə haqqı bəzən 1500-2000 manat arasında dəyişir. Sözügedən evlərdə əsasən xarici tələbələr və iş adamları yaşayır. Pandemiya müddətində turistlərin Azərbaycana gəlməməsi də belə mənzillərin uzun zaman boş qalmasına səbəb olub".

 

 

Ekspertin fikrincə, kirayə mənzil bazarında yaranmış problemlərin bir çox səbəbləri var: "Tələbələr və aztəminatlı ailələr üçün ucuz və əlçatan evlər köhnə binalarda yerləşirdi. Beşmərtəbəli binalarda və şəhərdaxili həyət evlərində kirayə qiyməti 100-150 manat arasında dəyişirdi. Amma 2016-cı ildən pilot layihələrə uyğun olaraq belə tikililərin sökülməsinə başlanıldı. Nəticədə kirayə mənzil bazarında ucuz evlərin sayı azaldı. Digər tərəfdən, həmin evlərdə yaşayan ailələr təzə tikilən binalarda yeni mənzillə təmin olunana qədər, kirayə evlər tutmalı oldular. Bu da təxminən 3-4 il müddətində minlərlə evin kirayə verilməsi deməkdir. 2020-ci ildə də yüzlərlə belə tikili söküldü ki, bu da öz növbəsində kirayə mənzil bazarına ciddi təsir göstərdi".

E.Fərzəliyev onu da bildirir ki, bu il ali məktəblərin nə zaman açılacağı ilə bağlı qərarın gec verilməsinə görə tələbələr də mənzil axtarışında yubanıblar.

"Çünki rayondan paytaxta iş üçün gələnlər boş evlərin əksəriyyətini kirayələyiblər. Bakı ətrafında yerləşən ərazilərdə mənzillərin qiyməti münasib olsa da, onların təhsil müəssisəsindən uzaq olması tələbələri vaxt itkisi sarıdan və maddi baxımdan qane etmir", - deyə ekspert vurğulayıb.

Elnur Fərzəliyev bir məqamı da qeyd etdi: "Bəzi mənzil sahibləri tələbələrə ev vermək istəmirlər. Çünki pandemiya dövründə ənənəvi təhsil olmadığından, mənzillərin əksəriyyəti aylarla boş qaldı. Həmin ev sahibləri bu gün tələbələrə kirayə ev versələr belə, onlardan depozit tələb edirlər. Əvvəlcədən 2-3 ayın ödənişini istəyirlər ki, unversitetlər bağlansa, evləri boş qalmasın".

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam