“ŞAURMA-1” şəriklərinin şok yazışmaları üzə çıxdı –Natiq Sadıqov əvvəlcə yalvarır, sonra isə…
Bakı şəhər sakini, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Aqil Babayevin bir qrup şəxs tərəfindən soyğunçuluğa məruz qalması ətrafında yayılan məlumatlar artmaqla yanaşı məcrasını da dəyişməkdədir. Belə ki, Aqil Babayev ortaya onun məhz “Şaurma-1” restoranlar şəbəkəsində şəriki olduğu Natiq Sadıqov və adamları tərəfindən soyulduğunu sübut edən dəlillər çıxartmaqdadır. Onun şəriki olmuş və soyğunçuluqda birbaşa iştirak etmiş Natiq Sadıqovdan isə heç bir məlumat yoxdur.Bununla belə, hadisədən sonra onun ölkəni tərk etdiyi bildirilirdi.
Yenixeber.org: Öən yazılarda da zərərçəkən Aqil Babayevin hüquq mühafizə orqanlarına üzləşdiyi söyğunçuluq hadisəi ilə bağlı çoxsaylı videokamera görüntüləri, təzyiqlərə məruz qaldığını təsdiq edən bir çox inkaredilməz faktlar təqdim etmişdir. Sizə təqdim etdiyimiz bu məlumatlar isə keçmiş şəriklərin teleqram yazışmalarından götürülüb.
Yazışmaların məntiqi nəticəsi onu göstərir ki, şərikindən istədiklərini əldə edə bilməyən Natiq Sadıqov onu aradan qaldırmaq üçün plan təşkil edir. Bu plana əsasən Natiq Sadiqov öz adamları Anar Aslanov, Elnur Mehdiyev, Faiq Abdullayev, Fuad Məmmədov, Araz Kavə, Bəhruz Kavə, Rövşən Kavə, Elmar Orucov və digərləri ilə 08.06.2021-ci il tarixdə Babayev Aqilin bağ evinə basqın edərək onu fiziki işgəncələrə məruz qoyduqdan sonra quldurluq yolu ilə Babayev Aqilin külli miqdarda pul və digər əmlaklarını zorakılıqla ələ keçirirlər.
Bu hadisə ilə bağlı Azərbaycan Respublikasının bütün hüquq-mühafizə orqanlarına və onların rəhbərlərinə, o cümlədən Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyevə müraciət edilmiş, lakin həmin orqanlar tərəfindən cinayət törətmiş şəxslərin barəsində heç bir tədbir görülməmiş, əksinə onların qanunsuz hərəkətlərinə göz yumulması və araşdırma sirlərinin dərhal onlara ötürülməsi cinayətkarların özünə əminliyinə bir qədər də artırmışdır.
Natiq və onun dəstəsinin törətdiyi cinayət barədə yetərincə mesajlar, video görüntülər və digər dəlil-sübütlar olmasına baxmayaraq zərərçəkmiş Aqil Babayevin ərizəsinə baxılmamış və əksinə, dələduzluq maddəsi ilə onun özünü ittiham edərək həbs etmişlər.
Qeyd edək ki, Aqil Babayev hüquq-mühafizə orqanlarına müraciət eməyənə qədər Natiq Sadıqov və dəstəsinin işləri planlaşdırdıqları qaydada gedir. Yəni söyğunçuluq 08.06.2021-il ildə baş verir. Aqil Babayev isə baş vermiş hadisə ilə bağlı müəyyən səbəblərdən DİN-in 102 xidmətinə 11.06 2021-ci ildə müracət edir. Məhz həmin tarixdən də Natıq Sadıqovun adamları şəriki barədə sosial şəbəkələrdə onun güya kimlərəsə borcu olduğu barədə yalan, iftira dolu məlumatlar yaymağa başlayır, dələduzluqda günahlandırırlar. Aqil Babayevin barəsində yayaılan iftira dolu məlumatlar niyə daha əvvəllər yox, məhz polisə müraciət etdikdən sonra ortaya çıxır?
Hüquq Mühafizə orqanlarının cinayəti ört basdır etmələrindən sonra, Aqil Babayevin ailəsi və yaxınları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya müraciət edərək insan hüquqlarının tapdalandığı açıq-aşkar görsənən belə ağır cinayətin araşdırılması, cinayət törətmiş dəstənin bütün üzvlərinin həbs edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün kömək istəyirlər.
Aktualinfo.org