Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyənin mövcud maliyyə imkanları yanğından çıxmağa imkan verəcəkmi? – REAL RƏQƏMLƏRLƏ TƏHLİL

Türkiyənin mövcud maliyyə imkanları yanğından çıxmağa imkan verəcəkmi? – REAL RƏQƏMLƏRLƏ TƏHLİL

 

“İyulun 28-dən, avqustun 3-dək Türkiyənin 38 vilayətində ümumilikdə 163 yanğın faktı qeydə alınıb. Onlardan 152-si artıq söndürülüb”.

Yenixeber.org: Bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir bildirib. O qeyd edib ki, yanğınların qardaş ölkə iqtisadiyyatına mənfi təsirləri ilkin qiymətləndirilir: “İndi digər müzakirə olunan məsələ Türkiyənin yanğından sonra dəymiş ziyanı hansı müddətə bərpa edə biləcəyi ilə bağlıdır. Son illər Türkiyəyə qarşı həm siyasi, həm iqtisadi qərarlar qardaş ölkə iqtisadiyyatına təsirsiz ötüşməyib. Amma hər zaman Türkiyə bu sınaqlardan çıxa bilib”.

Bəs Türkiyənin mövcud maliyyə imkanları bu sınaqdan da çıxmağa imkan verəcəkmi?

İqtisadçı alimin sözlərinə görə, 794 milyard dollar nominal ÜDM ilə Böyük İyirmiliyin üzvü olan Türkiyə illik 167 milyard dollarlıq ixrac ilə dünyanın 26-ci ən böyük eksport potensialı olan ölkəsidir: “Trade Economics”-in məlumatına görə, hazırda Türkiyənin xarici valyuta ehtiyatları 62 milyard 660 milyon dollardır. Rəsmi Ankara isə ehtiyatların 128 milyard dollar olduğunu bəyan edib. Pandemiyanın təsirlərinə baxmayaraq Türkiyə iqtisadiyyatı ötən il 1.8 faiz artıb. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatına (OECD) üzv olan ölkələr arasında Türkiyə Çindən sonra 2020-ci ilə ən böyük iqtisadi artıma nail ola bilən ölkədir. Göründüyü kimi, “lock-down” tədbirlərinə və iqtisadi məhdudlaşdırmalara rəğmən Türkiyədə ÜDM ötən il tam rəqəmli böyüyə bilib. Bir müddət öncə isə rəsmi Ankara son illər iqtisadi məsələlərin həlli üçün 165 milyard dollar vəsait xərclədiyini bəyan etmişdi. Bu isə ondan xəbər verirdi ki, qardaş ölkədə bu oxşar sınaqlar mütəmadi müşahidə olunur. Deməli, əvvəlki illərin təcrübəsini və mövcud potensialı nəzərə alsaq, Türkiyə yanğınların vurduğu iqtisadi ziyanları da qısa zamanda aradan qaldırmaq gücünə malikdir”.

Vüqar Bayramov: "Zəngəzur dəhlizi region üçün strateji əhəmiyyətə malik  olacaq”

Millət vəkili əlavə edib ki, Azərbaycan Fövqalədə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir:  “Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcəyi gözlənilir. Azərbaycanın Türkiyəyə sərmayə qoyuluşları qardaş ölkənin iqtisadiyyatına dəstəkdir. Türkiyə bu bəladan qurtulduqan sonra da Azərbaycan sərmayəsi qardaş ölkə iqtisadiyyatının yenidən dirçəlməsinə töhvə olacaq”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam