Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İstər məhkəmə sistemində, istərsə də Ədliyyə Nazirliyinin İcra orqanlarında bazar qanunları hökm sürür-ŞİKAYƏT

. 

Adı çəkilən strukturların fəaliyyəti üzərində nəzarət hüququ olan Fikrət Məmmədov görəsən nə fikirləşir? 

Yenixeber.org: Hüquqları pozulan vətəndaş, Abşeron rayonunun Mehdiabad qəsəbəsi sakini Daşdəmirov Namizəd Nəsib oğlu ölkə başçısına şikayət ünvanlayıb.

Şikayətçi vətəndaş Daşdəmirov Namizəd Nəsib oğlu məktubunda  məhkəmə sistemində və Ədliyyə Nazirliyinin İcra orqanlarında bazar qanunlarının hökm sürdüyünü bildirir. 

Abşeron rayonunun Mehdiabad qəsəbəsi sakini Daşdəmirov Namizəd Nəsib oğlunun redaksiyamıza göndərdiyi şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli, Cənab Prezident,

Bu gün Azərbaycan Respublikası müstəqillik yolunda inamla irəliləyir, inkişaf edir, iqtisadiyyatımız gündən-günə çiçəklənir. Bütün bunlar da cənab Prezident Sizin düşünülmüş müstəqil siyasətiniz və gərgin zəhmətiniz sayəsində mümkün olur.

Uzaqgörən, müdrik siyasi kursunuzla görün, respublikada nə qədər abadlıq, quruculuq və tikinti quraşdırma işləri aparılıb! Bu işlərin iqtisadi sənmərəsindən saatlarla, sutkalarla danışmaq lazım gələ bilər.

Siz sözün həqiqi mənasında hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz, qayğınızı və köməkliyinizi heç kimdən əsirgəməyən hər zaman xalqının yanında olan, millətinin dərdinə şərik çıxan əsl xalq rəhbərisiniz.

Sizin imza atdığınız uğurlarınız yüzlərlədir, lakin nailiyyətləriniz sırasında şah əsəriniz 44 günlük savaşda və çox az itgi ilə torpaqlarımızı erməni qəsbkarlarından azad etməyinizdir.

Siz öz sağlığınızda adınızı qızıl hərflərlə Azərbaycan tarixinə yazaraq xalqımızın qəhrəman oğlu kimi şöhrətlənmisiniz. Sizə əbədi eşq olsun!

Hörmətli, cənab Prezident,

Dəyərli vaxtınızı alaraq verdiyim zəhmərtə zərurət yaradan Quba rayon İcra və Probasiya şöbəsində hüquqlarımın pozulması, təqiblərə, təzyiqlərə məruz qalmağım və 6 ildir get-gələ və süüründürməçiliyə düşməyimdir.

Məlumat üçün bildirirəm ki, 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsinin şərtlərini pozduğuna görə Qədirov Anar Kamil oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət edərək Anar Qədirovdan mənim xeyrimə 40.950 (qırx min doqquz yüz əlli) manat pulun tutulub mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdim.

Quba rayon məhkəməsinin 15 iyul 2015-ci il tarixdə keçirilən iclası mənim iddiamı təmin etmişdir.

Cavabdeh tərəf Quba rayon məhkəməsinin qətnaməsindən Sumqayıt Apellyasiya məhkəməsinə şikayət etmiş, Sumqayıt Apellyasiya məhkəməsi cavabdehin şikayətini qismən təmin etmiş, habelə Qədirov Anar Kamil oğlundan 31.000 ( otuz bir min) manat məbləğində pul tutaraq mənə verilməsini qət etmişdir.

Quba rayon İcra və Probasiya şöbəsi qeyd edilən ildən bu ggünlərimizə qədər Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsini icra etmir, müxtəlif əsassız bəhanələrlə cavabdehi məsuliyyətdən yayındırır, deyirlər ki, Anar Qədirov Rusiyaya qaçıb.

Halbuki qətnamə icraata götürülən andan cavabdehin respublikadan çıxışına “stop” qoyulmalı idi. Burda təəəccüblü heç nə yoxdur.

Bu gün Azərbaycanın bütün bölgələrində icra orqanlarında belə bir tendensiyadan istifadə edilir. İlk əvvəl cavabdehi dəvət edib onunla fərdi söhbət edirlər, onun maliyyə imkanlarını öyrənirlər və sonra iddiaçını qəbul edib elan edirlər ki, cavabdehi tapa bilmirik, Rusiyaya qaçıb, amma mən cəsarətlə deyirəm ki, qaçmayıb, qaçırdıblar.

Mənim işlərim İcra şöbəsinin əməkdaşı soyadını unutduğum Vahid müəllimin icraatındadır. (Onun mobil telefonu: 050 712 70 00)

Adıçəkilən icra məmuru mənim yüzlərlə telefon zənglərimin heç birinə cavab vermir. Dəfələrlə vəziyyəti, nəticəni öyrənmək üçün qəbuluna gedirəm qəbul etmir. 

Bax, ölkədə sosial narazılıq yaradan belələridir. Düz altı ildir qətnamə icra olunmur. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur, cənab Prezident! 

Bütün bunlar da bunu deməyə əsas verir ki, Quba rayon İcra və Probasiya şöbəsinin rəsmiləri öz səlahiyyətləri üzərində açıq – aşkar alver edirlər, bazar qanunları ilə işləyirlər.

Baş verən özbaşınalıqlar barədə mən Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət ünvanlamışdım. Düz iki aydır nə qəbul edirlər, nə də yazılı cavab verirlər.

Görünən budur ki, cənab nazirin ona tabe olan icra orqanlarında mövcud olan rüşvətxorluqdan, özbaşınalıqlardan xəbəri var, amma tədbir görməməsi təəccüb təsiri bəxş edir.

Hamımız çox gözəl bilirik ki, nazir Fikrət Məmmədov həm də Respublika Məhkəmə Hüquq Şurasının sədridir.

Onun bütün məhkəmələrin fəaliyyəti üzərində nəzarət hüququ var, amma sirr deyil ki, məhkəmə sistemində vəziyyət daha acınacaqlıdır. Məhkəmələrin heç birində ədalət prinsiplərinə əməl olunmur, fərq etmir, iddiaçıdır və ya cavabdehdir, kim işə baxan hakimi maddi baxımdan maraqlandıra bilirsə hakim onun xeyrinə qətnamə çıxarır.

Bir müddət əvvəl sosial şəbəkəlrədə dərc edilən bir aktual yazı nəzərimi cəlb etdi. Bakının Xəzər rayon Məhkəməsinin haikimin çıxardığı mürtəce qətnamə cavabdehi razı salmadığından o, məhkəmə hüquq şurasının sədrinə öz etirazını ünvanlamışdır. Şura ona belə bir yazıl cavab vermişdir ki, konstitusiyanın müvafiq maddəsinə görə məhkəmələr müstəqildir.

Görürüsünüzmü, həm təəccüblüdür, həm də gülməlidir! Əgər doğrudan da məhkəmələr müstəqildirsə, bəs onda məhkəmə hüquq şurası, onun sədri nə üçündür?

Elə buradaca belə bir qənaətə gəlmək olur ki, nazir cənab Fikrət Məmmədov ya işlərinin nədən ibarət olduğunu bilmir, ya da işləri ilə maraqlanmır, öturub başlı başına. Düşünürəm ki, Fikrət müəllim, şəffaf, nümunəvi fəaliyyət ilə digər nazirlərə örnək olmalıdır. Lakin təəccüflə də olsa qeyd edilməlidir ki, belə deyil.

Yaranmış şəraitdən istifadə edərək Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinə müraciət edirəm:

Cənab Səfir, Qədirov Anar Kamil oğlunun Rusiyada yaxalanıb, Azərbaycana deportasiya edilməsinə köməklik etməyinizi xahiş edirəm və edəcəyiniz köməkliyə görə əvvəlcədən Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətli, cənab Prezident,

Sizdən savayı heç bir ümidim, pənahım yoxdur. Təhlükəsizliyimin, hüquqlarımın və xoş güzəranımın qarantı kimi Sizdən köməklik gözləyirəm və müraciətimi xüsusi nəzarətə götürməyinizi və cənab Fikrət Məmmədova göstəriş verməyinizi səmimi qəlbdən xahiş edirəm.

Əlavə etmək istəyirəm ki, problem öz müsbət həllini tapana qədər silsilə yazılarım davam edəcək və nüfuzlu saytlarda ictimailəşdiriləcək.(milletinsesi.info)

Hörmətlə, hüquqları pozulan vətəndaş,
Abşeron rayonunun Mehdiabad qəsəbəsi
sakini Daşdəmirov Namizəd Nəsib oğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam