Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qarabağda müəmmalı atəşkəs pozuntusu -Rusiya Azərbaycanı öz inteqrasiya layihələrinə cəlb etmək istiqamətində fəaliyyətə başlayıb

 

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində və Kəlbəcərdə yerləşən bölmələri atəşə tutulub. Nəticədə hərbi qulluqçu, baş gizir Dadaşov Sakit Əhliman oğlu ağır yaralanıb. 

Yenixeber.org: Hərbi ekspert Ədalət Verdiyev bu hadisə barədə maraqlı məlumat paylaşıb. O deyib ki, ermənilərin atəş açmasından bir gün əvvəl həmin ərazidə Azərbaycan tərəfinin yol-inşaat işləri aparması düşmən tərəfindən pilotsuz uçuş aparatı ilə müşahidə edilib: “Açılan atəşdən 5-6 saat əvvəl Rusiya sülhməramlılarının komandan müavini, general Stepanov həmin mövqedə olub. O gedəndən sonra həmin ərazidə fərqli (boz rəngdə) hərbi geyimdə əsgərlər müşahidə edilib”. 

Hadisə ilə paralellik aparmaq üçün daha bir məlumat Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclasında “tərəfdaş ölkələr” institutu təsis edilməsi barədə təklifin irəli sürülməsidir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, tərəfdaş ölkələr KTMT strukturlarında həlledici səsə malik olmayacaqlar, amma sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər. Volodinin növbəti cümləsi də maraqlıdır: “Bloka üzv ölkələrin prinsiplərini bölüşən ölkələrlə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi təmil ediləcək”

Volodin daha sonra KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlərin maraq göstərdiyini bildirib. Dövlət Dumasının Avrasiya inteqrasiyası məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə konkret iki ölkənin adını çəkib: Azərbaycan və Pakistan. L. Kalaşnikov iddia edib ki, Azərbaycan və Pakistan KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər. 

Cəbhə xəttində atəşkəsin pozulması ilə Azərbaycanın KTMT-yə hələlik tərəfdaş qismində qoşulmasının gündəmə gəlməsi arasında bir əlaqə ola bilərmi? Bəzi ekspertlər bu qənaətdədir ki, Qarabağda Rusiyanın məzuliyyət zonasında atəşkəsin pozulması Bakıya xəbərdarlıq məqsədi daşıya bilər. Xatırladaq ki, hazırda Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədlərinin bəzi hissələrində (Ermənistan ərazisində) yerləşdirilməsi də Yerevan və Moskva arasında müzakirə olunur. 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, həm Kəlbəcər-Göyçə istiqamətindəki sərhəd təxribatı, həm də Ağdamın Əliağalı kəndi yaxınlığında atəşkəsin pozulması ilə Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədlərində yerləşdirilməsi məsələsi arasında birbaşa əlaqəsi yoxdur. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi hələ seçkilərdən iki gün sonra Moskvaya nümayəndə heyəti göndərmişdi: 

“Məqsəd Azərbaycanla sərhədə Rusiya hərbçilərinin yerləşdirilməsini xahiş edib, tezliklə onların gərginlik yaşanan Sünik və Geqarkunik bölgəsinə gətirilməsini təmin etmək olub. Gorus merinin verdiyi açıqlamaya görə, artıq Rusiya hərbçilərinin bir qismi əraziyə gəlib. Burada məqsəd həm Azərbaycan, həm də Ermənistan hərbçilərinin paralel olaraq sərhəddən geri çəkilməsi və sərhəd xətti tam müəyyənləşənədək orada qalmaqdır. Sərhədlərin müəyyən edilməsi, yəni demarkasiya və delimitasiya tədbirlərinin həyata keçirilməsi isə tezliklə gözlənilmir”.

İ. İsmayıl hesab edir ki, Rusiyanın ən böyük maraqlarından biri Azərbaycanı KTMT-yə üzv etməkdir, amma bu, indiki halda qeyri-mümkündür, çünki Ermənistanla Azərbaycan arasında konflikt mövcuddur. Yalnız qarşılıqlı şəkildə heç bir ərazi iddiası olmadığı elan edildikdən sonra bu, mümkün ola bilər: 

“Ona görə də “tərəfdaş“ və ya “müşahidəçi“ statusunda Azərbaycanı bu perspektivsiz birliyə bağlamaq istəyirlər. Azərbaycan hər şeydən əvvəl dövlət maraqlarına uyğun siyasət yürütməli olduğunu bilir və situasiyanı düzgün dəyərləndirməlidir. Hələ də Cənubi Qafqazda daha çox təsir gücünü saxlayan Rusiyadır və onu qıcıqlandırmamaq üçün ehtiyatlı olmalıyıq. Hələ Qarabağ münaqişəsi bitməyib. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və ən azı daxildəki Qarabağ probleminə bu hərəkatın müsbət yanaşması var. Tərəfdaş və ya müşahidəçi statusunda perspektivi çox dumanlı olan bu quruma girməməliyik. Bu qurumda bizim marağımızı təmin edən nə ola bilər? Rusiya ilə bir yerdə olmaqmı? Rusiya təhlükəsindən sığortalanmaqmı? Əvəzində nə alırıq? Xankəndi məsələsi biryolluq bitirmi? Çətin ki, Putin Qarabağ məsələsini tezliklə Azərbaycanın xeyrinə həll etsin. O zaman bizim KTMT-də, Avrasiya İttifaqında təmsil olunmamız doğru deyil”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam