Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Kəlbəcərdə atışma olub? - DSX məsələyə aydınlıq gətirdi

"Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə atəş açılması barədə məlumat həqiqətə uyğun deyil"
Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin nümayəndəsi polkovnik Murad Nağıyev bu gün Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı suallarımızı cavablandırıb.

- Ermənistan Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması və nəticədə bir hərbi qulluqçunun ölməsi barədə məlumat yayılıb. Bu barədə nə deyə bilərsiniz?

- Ermənistan ilə dövlət sərhədində xidmət aparan Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan ərazisinə doğru atəş açılması barədə məlumat həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin bu gün yaydığı informasiya ilə əlaqədar saat 14:40 radələrində Rusiya Federasiyasının nümayəndələri tərəfindən bizimlə əlaqə saxlanılıb və Ermənistanın hər iki tərəfin hərbi qulluqçularının guya havaya atəş açmaları nəticəsində bir hərbi qulluqçunun ayaq nahiyəsindən yaralandığını, bu hadisə ilə bağlı Azərbaycan tərəfinə hər hansı etirazlarının olmadığını bildirmələri barədə məlumat veriblər. Bir qədər sonra yaralanmanın qarın nahiyəsindən olduğunu və hərbi qulluqçunun aldığı yaralardan vəfat etdiyini bildiriblər. Daha sonra isə hərbi qulluqçunun guya baş nahiyəsindən aldığı yaradan vəfat etməsi barədə bizə məlumat daxil olub. Təbii ki, qeyd edilənlər həmin hadisənin Azərbaycan tərəfdən açılan atəş nəticəsində baş verməsi haqqında Ermənistan tərəfinin Rusiya nümayəndələrinə bildirdiyi məlumatın, eləcə də erməni KİV-lərində bu barədə yazılanların tam cəfəngiyat olmasının və həqiqəti əks etdirməməsinin göstəricisidir. Tam məsuliyyətlə bildirirəm ki, bu gün bölmələrimiz tərəfindən Ermənistan ərazisinə atəş açılmayıb.

- Hazırda Ermənistan ilə dövlət sərhədində mövcud vəziyyət necədir?

- Ermənistan ilə dövlət sərhədində vəziyyət sabitdir və nəzarətimiz altındadır. Bizim tərəfimizdən bütün mübahisəli məsələlərin gərginlik olmadan, operativ tənzimlənməsi üçün tədbirlər görülür. Gündəlik olaraq tərəfimizdən Rusiya Federasiyası nümayəndələri ilə əlaqə saxlanılır və qarşıya çıxan bütün məsələlərin həllinə gərginliyin aradan qaldırılması məqsədilə konstruktiv yanaşılır.(azertac)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam