Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Kaspi"-dəki maxinasiyalarla bağlı çəkişmə... -Təqsirləndirilən şəxslər narazıdır

Yenixeber.org: Liseydən 565 min manatlıq mənimsəmədə suçlananlar təhsil müəssisəsinin baş mühasibi olmuş Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevdir. İddia olunur ki, liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsil haqqı kimi ödədiyi pullardan 564 min manatı onlar əlbir olub mənimsəyiblər.

Məmmədov pulların bir qismini götürüb, şəxsi ehtiyaclarına sərf elədiyini desə də, Möhbalıyev, ümumiyyətlə, təqsirsiz olduğunu bildirir. Elə Məmmədov özü də onun günahsız olduğunu, heç nədən xəbəri olmadığını təsdiqləyir.

Təqsirləndirilən şəxslərin əsas tələblərindən biri liseyin təsisçisi Sona Vəliyeva ilə üzləşdirilmək idi. Məhkəmədə dəfələrlə özləri də, vəkilləri də bu haqda vəsatət qaldırmışdılar. Apellyasiya məhkəməsi il yarım çəksə də, Sona Vəliyeva ilə üzləşmə olmadı.

 

Sona Vəliyeva

 

Liseyin keçmiş əməkdaşları həm də məhkəmənin təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı araşdırma aparmasını istəyirdi. İddia edirdilər ki, Vəliyeva onları yeyintidə suçlayır, özü də vergidən yayınır.

Vəkil Adəm Məmmədov vəsatət qaldırmışdı ki, "Kaspi" Liseyinin 2017-2018-ci il üçün illik və rüblük vergi hesabatlarına dair dövriyyə çıxarışı Vergilər Nazirliyindən alınsın.

Təqsirləndirilən şəxslər narazıdır ki, onların tələb etdiyi bu məsələlərin heç biri yerinə yetirilməyib.

"Anlamıram, Sona Vəliyevanı niyə məhkəməyə gətirmədilər? Vəkillər yenidən audit yoxlaması keçirilməsi barədə vəsatət qaldırır, məhkəmə təmin etmir ki, proses daha bir il uzana bilər. Əgər bu məsələlər yoxlanmırsa, məhkəmə necə ədalətli qərar verə bilər? Mənə qarşı ittihamı təsdiq edən heç bir sübut yoxdur. Mən niyə heç bir cinayət törətmədiyim halda, məhkum olunmalıyam?", – Möhbalıyev belə deyir.

 

 Fərahim Möhbalıyev və vəkil Adəm Məmmədov

 

Xatırladaq ki, ittihamda yazılıb: 2018-ci ilin aprel-oktyabr aylarında 454 nəfər şagirdin təhsili üçün 1 milyon 366 min manat pul ödənilib. Ancaq bu vəsaitin 565 minini baş mühasib və mühasib sistemə daxil etməyib, birlikdə mənimsəyib. Adları çəkilən şəxslərə CM-in 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi əsasında ittiham verilib.

Məmmədov özünü qismən təqsirli bilərək deyir ki, pula ehtiyacı olduğundan vəsaitin bir hissəsini götürüb, amma məbləğ ittihamda yazıldığı kimi, 565 min olmayıb, rəqəm bundan iki dəfə azdır: "Oktyabrın 16-da təsisçi Sona Vəliyeva məni xidməti otağına çağırıb 565 mini götürüb-götürmədiyimi soruşdu. Dedim ki, təxminən 350 min götürmüşəm, liseydə araşdıranlar düz hesablamayıblar. Sona Vəliyeva dedi ki, əgər ona 565 minin hamısını özümün mənimsəməyim barədə ərizə yazıb versəm, polisə şikayət etməyəcək. Ona inanıb dediyi kimi izahat yazdım, pulu geri ödəmək üçün də 1 il möhlət verməsini xahiş etdim. Amma bir də gördüm ki, liseyə polislər gəldi...".

Möhbalıyev isə özünü təqsirli bilməyib.

Məmmədov və Möhbalıyevə CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Onlar təxminən 1 il həbsdə saxlandıqsan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza ilə azadlığa buraxılıblar.

Baş mühasib və mühasibi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Cinayət işinin materiallarında göstərilib ki, idarəyə liseyin keçmiş baş direktoru Elnur Əliyev şikayət ərizəsi yazaraq onların təhsil haqlarını mənimsədiyini göstərib. Məhkəmə prosesində də dindirilən Əliyev bir müddət əvvəl Təhsil naziri Emin Əmrullayevin müşaviri təyin edilib.

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam