Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İri ranqlı məmurlarımızın məktəb biznesi

 

 

Yenixeber.org: Təhsil üzrə tanınmış ekspert Etibar Əliyev Azərbaycanın yüksək vəzifəli məmurlarının məktəb biznesindən yazıb. Ekspert iddia edir ki, məktəb biznesi olanlar keçmiş və hazırda da yüksək postlar tutan məmurlar, onların ailə üzvləridir. 
Maraqlıdır, təhsil haqqı üçün yüksək ödənişlər tətbiq edən həmin məktəblərdən Vergilər Nazirliyi nə qədər vergi toplaya bilir? Məlumat üçün bildirək ki, hazırda ekspertin də iddia etdiyi məktəblərdən birində - prezidentin köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbəri olduğu Kaspi liseyində qara mühasibatlıq olması və vergidən yayınma ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi istintaq olunur. 
Etibar Əliyev 
E.Əliyevin yazısını təqdim edirik: "Orta məktəb biznesi artıq şadlıq evi və restoran biznesini kölgədə qoyub. Oliqarx Arif Qaraşov (kupça Arif) orta məkəb açıb, Əli Həsənovun arvadı Orta məktəb (Kaspi liseyi) açıb. Kəmaləddin Heydərovun oğlu "Avropa Azərbaycan məktəbi" açıb, pulgir və tamahkar Hamlet İsaxanlı universitetdəki keyfiyyətsiz təhsildən yığdığı pullar hesabına "Dünya" məktəbi açıb. İndi eşitdim ki, Misir Mərdanov Yasamal rayonunda Orta məktəb açıb. Fantastik qiymətlərə ödənişli orta təhsil şəbəkəsi genişlənir. Dövlətdən, vətəndaşdan çırpışdırdıqları milyonlardan özlərinə təhsildən biznes qururlar. Bir nəfər də olsun İstedadlı kasıb balasını məktəbə yaxın buraxmazlar. Hökumət bunları məcbur etməlidir ki, yığılmış milyonların hesabına kəndlərdə uçub-dağılmış bir neçə məktəbi də təmir etsinlər... Keçmiş vergilər naziri Fazil Məmmədov bir qədər irəli gedərək "Azərbaycan" universitetini almışdı"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam