Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“Göyməscid”in rəhbəri Şeyxin nüfuzuna belə zərbə vurur-mənfəət, ayrı-seçkilik, təfriqə...


Bakının qədim Əjdərbəy, el arasında “Göyməscid”adlanan ibadət evi şəhərin ən gözəgəlimli, tarixi və möhtəşəm nümunələrindən biridir. Bu Allah evi əsaslı təmir edildikdən sonra daha da gözəlləşib, paklaşıb, nurlanıb.

Yenixeber.org: Xatırladaq ki, Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilib.

Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu.

Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı.

Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verildi.

Əlbəttə,Qafqaz Müsəlmanları İdarəsinin və onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin də dini abidələrin, məscidlərin təmiri üçün ölkə rəhbərliyinə təqdimatında, məsələlər qaldırmasında mühüm rolu var.

Lakin hər işin bir eyibi, bir qüsuru olduğu kimi bu sahədə də bəzi xoşagəlməzliklər, inanclı adamları narazı salan məqamlar olur.

“Göyməscid”lə bağlı narazılıq doğuran məsələlərdən biri isə onun rəhbəri və axundu hacı Həmdullanın hazırkı fəaliyyət istiqamətləridir.
Dini cameədə yaxşı tanınan hacı Həmdulla QMİ sədri A.Paşazadəyə yaxınlığı ilə seçilir. Bu yaxınlıqda, münasibətlərin yaxşı olmasında bir qəbahət yoxdur.

Sadəcə, Əjdərbəy məscidinə pandemiyadan əvvəl ibadətə gedənlər, o cümlədən bu mühitə bələd adamların sözlərinə görə, hacı Həmdulla ilə Şeyxin yaxınlığında olan qəbahət ibadət evinin rəhbərinin bu fürsətdən istifadə etməsidir.

İddialara və dolaşan məlumatlara görə, “Göyməscid”in axundu A.Paşazadənin nüfuzundan, onunla yaxınlıqdan istifadə edərək özünü din xadimi yox, məmur kimi aparır, bu əlaqələrdən öz mənafeyi naminə sui-istifadə edir.

Ona görə də hacı Həmdullanın “Göyməscid”də ağalıq etdiyi, təsərrüfat işlərində hegemonluq göstərdiyi xəbərləri gəzməkdədir. Bu işlərə qarşı gedən kimsə olsa, hacı Həmdulla hədələyir, xox gəlir, Şeyxlə münasibətlərindən irəli gələrək qarşısındakını qorxudur.

Halbuki, onun məsciddə yol verdiyi xətalardan nə A.Paşazadənin xəbəri var, nə onun adından istifadə etdiyini bilir. Təbii ki, bu da Şeyxin əleyhinə yönəlik fəaliyyətdir.

İlk növbədə nüfuzuna xələl gətirən haldır, gözdən salınmasına xidmət edən, imicinə zərbə vuran, cəmiyyətdə sözü eşidilən birinin ziyanına atılan addımlardır.

Məlumatlarda iddia edilir ki, hacı Həmdulla məscidin təsərrüfat məsələlərində heç kəsi yaxına buraxmır, yaxşı mənfəət götürür. Bir din xadiminə, bir İslam adamına xas olmayan bu xüsusiyyətlər əlbəttə, xoş qarşılana bilməz.

Üstəlik, müqəddəs Ramazan ayında günahlardan biridir. Hərçənd ki biz bu müqəddəs ayda bir müsəlmanın, din xadiminin könlünə toxunmaq istəməsək də olanlara və olacaqlara da biganə qala bilməzdik. Təəssüf hissi ilə bildiririk ki, bu ayın gözəlliklərindən biri fitrə zəkat əməlləri ilə gündəmə gəlməkdənsə, cənab şeyxin böyüklüyündən istifadə edən hacı Həmdulla bəyin heç də ürək açmayan əməlləri narazıçılıqlar doğurur. Bu da azmış kimi, onunla eyni fikirləri bölüşməyən şəxslərə düşmən kəsilir, gözümçıxdıya salır, ayrı-seçkilik yaradır, təfriqə salır. Nəticədə “Göyməscid” ibadət evindən daha çox intriqa yerinə çevrilir.

Bu da Allah evinə qarşı yaraşmayan mənzərədir, inanclı adamları küsdürməkdir, habelə, məsciddən şəxsi maraqları naminə istifadə eləməkdir. Əgər QMİ sədri hacı Həmdullanın bu əməllərindən agah olarsa, ən azı orada nələr baş verdiyini yüngülvari araşdıra bilər.

Rubrika.Az yazır ki, Əjdərbəy məscidində idarəçilikdə neqativ halların olması ilk dəfə eşidilən söhbətlər deyil. Buna qədər dəfələrlə ibadət evinin idarə olunması zamanı hansısa mənimsəmə hallarına yol verildiyi, ayrı-seçkilik olduğu, işçilərin narazı salındığı söz-söhbətlər dolaşıb.

Təəssüf ki, digər məscidlərin axundları haqda belə iddialar indiyə qədər yayılmayıb. Bu da əsas verir ki, “Göyməscid”də də idarəçiliyin şəffaflaşdırılmasına, islahatların aparılmasına zərurət var.

Hər halda QMİ sədri də istəməz ki, onun adından istifadə edilsin, nüfuzuna xələl gətirilsin. O baxımdan Əjdərbəy məscidində baş verənlərə diqqət ayırması lazımdır.

Xatırladaq ki, “Göyməscid” sovet hakimiyyəti illərində repressiya hədəfinə tuş gəlib. İkinci Dünya müharibəsi illərində məscid ibadət yeri kimi bağlanaraq başqa məqsədlərlə istifadə olunub.

Yalnız müharibədən sonra döyüş iştirakçılarının, xüsusilə də Bakıda yaşayan müsəlman tatarların müraciətindən sonra məscid yenidən müsəlmanların ixtiyarına verilib.
Ardı var.(rublika.az)
MİRZƏ SEYİD


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam