Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Heydər məscidini polis üç tərəfdən qoruyacaq

 

Heydər məscidini üç tərəfdən polis qoruyacaq.

"Xeberinfo.com":   Məlumata görə, bunu məsciddə gündəlik namazların icraçısı - imam Hafiz Abbasov deyir

 

Onun sözlərinə görə, Heydər məscidi xüsusi qorunan obyektlər siyahısına daxil edilib. Ona görə də gecə-gündüz mühafizə olunacaq. Səbəbini belə izah edir: “Böyükdür, yenidir, xüsusi tikilidir, ona görə də qorunacaq”.
Günü bu günsə məscidi hərbi geyimdə olan mühafizəçilər qoruyurlar. Açılışı ötən ilin dekabrında olan, amma qapısı hələ də bağlı qalan Heydər məscidi Azərbaycanda ən böyük ibadət evidir. Üçmərtəbəli tikilidə 5-7 min arası müsəlmanın namaz qılacağı deyilir. Onun üst qatı xanımlar üçün ayrılıb.
Məscidin dörd minarəsi var, hər biri 95 metrdir. Hafiz Abbasovun sözlərinə görə, Qafqazda ən hündür minarə Heydər Əliyevin adına olan məscidə məxsusdur.
Hafiz Abbasov onu da deyir ki, məscid hər iki məzhəbə mənsub olanların üzünə açıq olacaq. Burda həm imam, həm də axund fəaliyyət göstərəcək.
O ki qaldı məscidin nə zaman açılacağına, bunu dəqiq bilən yoxdur.
Mühafizəçilərdən biri onun Ramazan bayramında istifadəyə veriləcəyini söyləsə də Hafiz Abbasov deyir ki, bu haqda göstəriş yuxarı qurumlardan gəlməlidir: “Bu suala bəlkə də doğru cavabı məscid-kompleksin rəhbəri Sabir Həsənli verə bilərdi. Ancaq onun da özünü pis hiss etdiyini, “sistem altından qalxıb güclə işə gəldiyini” söyləyirlər”.
Hafiz Abbasov dini ayinlərin icrası üçün xırda-para işlərin qaldığını, onlar başa çatan kimi məscidin hamının üzünə açılacağını bildirir.
Məscidin qapısı açıq olmasa da geniş həyəti – 12 hektar ərazidə yerləşir - fəvvarələr, ətrafdakı ağ skamyalar, yaşıllıq diqqəti cəlb edir. Ara-sıra adi adamlar bura gəlib tikili ilə maraqlanır. Üç nəfər yaşlı xanım da Heydər məscidinin sorağını eşidib tamaşasına gələnlərdəndir.
Esmira Bağırovanın dediklərindən: “Gəlmişik bu məscidi ziyarət edək. Əhya günüdür. Allah hamıya kömək olsun, hamının orucu qəbul olunsun. Bu məscidə birinci dəfədir gəlirik. İnşallah, açılar, biz onda da gələrik”.
Afət Quliyeva və Xuraman Mehdiyeva da ona qoşulublar: “Ziyarətə gəlmişik. Eşitdik ki, Heydər Əliyev məscidi tikilib, dedilər gözəldir, biz də deyilənlərin doğruluğunu bilmək üçün onu ziyarətə gəldik. Gözəl məsciddir. Allah prezidentimizi qorusun”.
Elşən Məmmədov məscidin tikintisində iştirak edənlərdəndir. O deyir ki, burda namaz qılmaq istərdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytındakı məlumata görə, Azərbaycanda 2054 məscid var, onlardan 135-i Bakı şəhərində yerləşir.
Bu məlumatda 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunduğu, 306 məscidin dövlət tərəfindən tarixi abidə kimi qorunduğu da bildirilir. 
Rəsmi məlumata görə, 1993-2003-cü illər ərzində ölkədə 517 məscid tikilib, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. 
Bundan başqa, 2003-2013-cü illərdə ölkədə 216 məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb, dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. 
Dini ekspert Elşad Miri “Azadlıq” radiosuna deyir ki, inanclıların sayına baxanda Azərbaycan üçün 2000 məscid az deyil: “Əsas səhər namazlarıdır, bu zaman da insanlar məscidlərə sığışırlar. Bircə cümə günləri bəzən insanlar küçədə namaz qılırlar. Ancaq Heydər məscidinin açılması bu problemi müəyyən mənada həll edə bilər”.
Onun qənaətincə, mühüm olan ölkədəki məscidlərin sayı deyil, bu məsciddə namaz qılan, iman əhlinin çox olmasıdır və bunun üçün də dini maarifləndirmə gücləndirilməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam