Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TİCARƏT DÖVRİYYƏSİ İKİ DƏFƏDƏN ÇOX AZALIB - Azərbaycana ərzaq idxalında ciddi artım var

 

 Koronavirus pandemiyası və ondan qorunmaq üçün tətbiq edilən məhdudiyyətlər və sərhədlərin qismən bağlanılması şəraitində Azərbaycan xaricdən ərzaq idxalını sürətlə artırmağa başlayıb.

Yenixeber.org: Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına görə, 2020-ci ilin mart ayında Azərbaycanın xarici ölkələrdə ticarət dövriyyəsi kəskin azalıb.

Belə ki, ilin ilk iki ayında – yanvar-fevralda orta aylıq ticarət dövriyyəsi 2 milyard 518,2 milyon dollar olduğu halda, mart ayının göstəricisi 1 milyard 807 milyon dollara düşüb.

İlk iki ayda ölkədən ixracın orta aylıq göstəricisi 1 milyard 624,7 milyon dollar olduğu halda, mart ayında bu göstərici 958 milyon dollara düşüb. 

Mart ayında idxal da azalıb – yanvar-fevralın orta aylıq göstəricisi 893,5 milyon dollar olduğu halda martda bu göstərici 850 milyon dollar olub.

Diqqəti çəkən göstərici ölkəyə ərzaq idxalı ilə bağlıdır. Belə ki, mart ayında ölkəyə ümumi idxal azalsa da, ərzaq idxalında artım, bəzi ərzaq növəri üzrə isə ciddi artım müşahidə edilir.

Belə ki, mart ayında ölkəyə 140,8 milyon dollarlıq ərzaq idxal edilib. Yanvar-fevral ayları üzrə orta ərzaq göstəricisi isə 108,3 milyon dollar təşkil etmişdi.

Mart ayında Azərbaycana düyü idxalı 66% artaraq 6,544 min ton təşkil edib. İlk iki ayda isə bu göstərici aylıq 4 min tonu keçmirdi (3930 ton). Düyü alınması üçün xərclənən vəsaitlər də artıb. Yanvar fevralda düyünün alınması üçün 2,4 milyon dollar sərf edilmişdi, martda bu göstərici 4,3 milyon dollara yüksəlib. Düyünün idxal qiyməti isə 1 kiloqram üçün 61 sentdən 67 sentə yüksəlib.

Mart ayında ölkəyə kərə yağı idxalı 63% artıb və ümumi məbləği 8,9 milyon dollar olan 1 775 ton kərə yağı gətirilib. Halbuki əvvəlki ili ayda orta aylıq göstərici 1091 ton (orta məbləğ 5,4 milyon dollar) olmuşdu. İdxal olunan kərə yağının qiyməti də artıb. Belə ki, martda yağın kiloqramı 5,04 dollardan, əvvəlki aylarda isə 4,95 dollardan idxal edilib.

Mart ayınlda ölkəyə 49 min 434 ton meyvə-tərəvəz gətirilib (kartof soğan da bunun içərisindədir) və idxalın ümumi dəyəri 29,6 milyon dollar olub. Yanvar-fevralda isə bu göstərici orta aylıq 36,6 min ton və 19,3 milyon dollar olmuşdu. Mart ayında meyvə-tərəvəz idxalının artımı 35%-i üstələyib. Meyvə tərəvəzin qiyməti də artıb – ilk iki ayda kiloqramı orta hesabla 53 sent olduğu halda, martda bu göstərici 60 sent olub.

Martda ölkəyə buğda idxalı da 37%-dən çox artıb. Ötən ay ölkəyə ümumi dəyəri 14,6 milyon dollar olan 67 350 ton buğda idxal edilib. Buğdanın bir tonunun qiyməti 217 dollar olub. Yanvar fevralda isə ölkəyə aylıq orta hesabla ümumi dəyəri 1,8 milyon dollar olan 49 min ton buğda idxal edilib. İdxal edilən buğdanın qiyməti 220 dollar təşkil edib.

Mart ayında ölkəyə ümumi dəyəri 1,556 milyon dollar olan 861 ton süd idxal edilib. Südün bir tonu 1807 dollardan idxal olunub. Yanvar-fevral aylarında isə ölkəyə idcxal edilən südün orta həcmi 619 ton, dəyəri isə 921 min dollar olmuşdu. Bu hesabla ilk iki ayda südün bir tonunun idxal qiyməti 1488 dollar təşkil edib. (fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam