Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Buğdanın qiyməti kəskin qalxıb – Çörək bahalaşacaqmı?

 

“Çörək yenidən bahalaşa bilər, çünki buğdanın əhəmiyyətli dərəcədə bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb”.

Yenixeber.org: Bunu iqtisadçı Nemət Əliyev deyib. O, bildirib ki, ötən il bu vaxtlar kiloqramı 23-25 qəpiyə satılan buğda hazırda 38-39 qəpiyə, kiloqramı 25-27 qəpiyə satılan arpa isə hazırda 35-38 qəpiyə satılır. Buğda ötən ilə nəzərən 55-65 faiz, arpa isə 40-41 faiz səviyyəsində bahalaşıb. “Lakin taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma yaşanmalıydı. Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı. Ona görə ki, daxili bazarlara mal təklifi çoxalıb”.

N. Əliyev bildirir ki, əgər 2018-ci il 9 iyul tarixinə sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunmuşdursa (Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumat), 2019-cu il 9 iyul tarixinə sahələrdən 2 milyon 885 min ton (Kənd Təsərrüfatı Nazirliyinin yaydığı operativ məlumat) taxıl tədarük olunub: “Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 566 min ton və ya 24 faizdən çox artıb. Deməli, yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb (təklif edilib). Bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi.

Dövlət Gömrük Komitəsi isə yanvar-iyun dövrünə dair məlumat açıqlayaraq bildirib ki, xaricdən bu il 576,489 min ton, ötən il isə 538,781 min ton buğda almışıq. Yəni, idxal hesabına da daxili bazarlara buğda təklifi bu il 7 faizə qədər artıb.

Təklif, istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıb. Deməli, normalda buğda və arpa ucuzlaşmalıydı. Lakin ucuzlaşmayıb. Nəinki ucuzlaşmayıb, hətta bazar iqtisadiyyatının əsas qanunu olan tələb-təklif qanununun ziddinə olaraq kəskin bahalaşıb.

Azərbaycanda bazar iqtisadiyyatının yaradılmasından eninə-boyuna danışanlara tövsiyyə edərdim ki, bu sirri-xudanın səbəbləri haqqında yaxşı-yaxşı düşünsünlər. Bununla belə, bilmək vacibdır ki, taxılın hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual işarəsi altına almaqla yanaşı, həm də çörəyin qiymətləri üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək (quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsir də qaçılmazdır). Odur ki, əhalinin gəlirləri ilə bahalaşma səviyyəsi arasında düz-əməlli tənzimləmə həyata keçirilməzsə, ölkədə həyat səviyyəsi daha da düsşəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam