Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıda direktorla şagirdin hicab “qalmaqalı” –Açıqlama

Novxanıda yerləşə 1 saylı tam orta məktəbdə direktor Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yenixeber.org: Bunu Novxanı kənd 1 saylı tam orta məktəbin katibəsi Nəzakət Əliyeva deyib. O bildirib ki, direktorla şagird arasında bu barədə söhbət belə olmayıb:

“Direktorun şagirdin başından hicabı açması olduqca yanlış məlumatdır. Direktor yalnız şagirdin anası ilə söhbət edib və bildirib ki, çöldə hicablı olsa da, məktəbə daxil olarkən başını açsın. Valideyinə şagirdin dərsdən sonra istəsə, yenidən hicabını taxıb, evə gedə bilməsi deyilib. Direktor şagirdin özü ilə qətiyyən bu barədə danışmayıb. Şagird də dərsə daxil olanda başını açdı, evə gedəndə isə yenidən hicabını taxdı. Bizim məktəbdə ümumiyyətlə hicablı şagird yoxdur. Yalnız 7-ci sinifdə oxuyan həmin şagird hicab taxır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Novxanı kənd 1 saylı tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın şagirdin başından hicabı yerə atması barədə məlumatlar yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam