Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının daha bir məktəbində FACİƏ -XI sinif ŞAGİRDİ ÖLDÜ, ikisi isə...

 

Bakının daha bir məktəbində FACİƏ - XI sinif ŞAGİRDİ ÖLDÜ, ikisi isə...

Bakıdakı 123 nömrəli tam orta məktəb şagirdin ölüm hadisəsi ilə bağlı açıqlama verib.

Yenixeber.org: Məktəbdən redaksiyamıza daxil olan açıqlamada qeyd olunur ki, bu il fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Şagirdin daxili orqanlarında qanaxma olması və əməliyyat olunacağı barədə məlumat dərhal valideynlərinə verilib. Məktəb kollektivi tərəfindən şagirdin ailəsinə maddi yardım da göstərilib.

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Məktəb rəhbərliyi şagirdin ailə üzvlərinə başsağlığı verib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam