Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Neftin qiymətinin düşməsi Allahdan asılıdır”

 

“Bizim ABŞ-ın Hyuston şəhərində böyük ofisimiz var. Meksikada da layihələr həyata keçirmək istəyirik. Bu baxımdan ABŞ-la heç bir soyuqluq hiss etmirəm. Bizim benzindoldurma stansiyalarımız Avropa və Pribaltikada öz işini davam etdirir. Bizim üçün problem yalnız Ukraynada yaranıb. Artıq bu ölkədə benzindoldurma stansiyalarımızı satmışıq.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov “rbk” saytının müxbiri Yelizaveta Osetinskayaya verdiyi müsahibəsi zamanı deyib.


Vahid Ələkbərov müsahibəsində neftin bir barelinin qiymətinin 50 dollardan aşağı düşəcəyi təqdirdə rəhbərlik etdiyi şirkətin hansı addımlar atacağından söz açıb və Ukraynanın şərqində baş verən münaqişənin nə vaxt sona çatacağından danışıb.

“Rusiya ilə Ukrayna arasındakı münasibətlər siyasi bir oyundur və bu oyun uzun sürəcək”.

-Neftin qiyməti gözləndiyindən də aşağı düşüb. Siz bir az öncə deyibsiniz ki, bu haqda proqnoz vermək düzgün olmazdı, çünki hər şey Allahdan asılıdır. “LUKoyl”un büdcəsində isə neftin qiyməti 60 dollar müəyyənləşdirilib. İndi neft 50 dollardan aşağı satılır. Belə olan halda siz nə edəcəksiniz? Layihələrinizi dayandıracaqsınız, yoxsa dividentləri azaldacaqsınız?

-Əlbəttə, neftin qiymətinin aşağı düşməsini heç kəs proqnozlaşdıra bilməzdi. Bu isə Neft İxrac edən Ölkələr Birliyinin (OPEK) ötən ilin noyabrında keçirilən sessiyasından sonra baş verib. Buna həmçinin OPEK-ə daxil ölkələrin neft şirkətlərinin sahiblərinin bəyanatları da öz təsirini göstərdi. Bu qiymətlə isə bizim bir çox layihələrimiz təhlükə altındadır. Bu il şirkət qoyacağı sərmayəni 1.5 milyard dollar aşağı salıb. Biz hazırda heç kəsi ixtisar etmək fikrində deyilik. Yeni işçilər də götürmək istəmirik. Qərara gəldik ki, elə bu kollektivlə də yeni layihələri həyata keçirək. Şirkətin büdcəsində isə neftin bir barelini 60-65 dollar müəyyənləşdirmişik.

-Sizin şirkət neft ixrac edən şirkətlərin siyahısına daxildir. Əldə etdiyiniz gəlirdən dövlətə vergi verirsiniz. Belə olan halda hökümətlə işbirliyiniz necə qurulub? Bu gün nə qədər neft istehsal edirsiniz?

-Biz öz valyuta ehtiyatlarımızı Rusiya bazarında satırdıq. Elə bu baxımdan hesabımızda aylıq 15-20 milyon dollar qalıq olurdu. Bizim aylıq satışımız 2 milyard dollar həcmindədir. Bu məbləğ bugünədək də dəyişməyib. Biz hər kvartalın sonunda vergini ödəmək üçün öncədən çoxlu valyuta ehtitaları toplamışıq. Hökümət bizdən xahiş edib ki, biz vergi ödəyiciləri üçün rubl əldə edək. Biz onu edirik. 

- Bütün bu proseslər Rusiyada neftin hasilatının səviyyəsinə təsir edirmi? Öz layihələrinizdən bəzilərini dayandıracaqsınızmı?

-Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç deyib ki, neftun bu qiyməti ilə Rusiya 50 milyon ton neft itirə bilər. “LUKoy”un vitse prezidenti Leonid Fedunun fikrincə isə neft 50 dollar civarında satılarsa, Rusiya bir il ərzində 35 milyon ton neft itirəcək. Hesab edirəm ki, bu il neft istehsalının həcmi dəyişməyəcək, ancaq sonradan istehsal aşağı düşəcək. Səbəbini isə deyirəm. Bu, Rusiyaya tədbiq edilən sanksiyalarla bağlı deyil. Təəssüflər olsun ki, biz yeni quyular qazmırıq, artıq 20 ildir ki, köhnə yataqlarda çalışırıq. Biz hesab edirdik ki, yeni quyular Arktikada qazılacaq. Bu isə baş tutmadı. Şərqi Sibir yataqlarına da böyük ümid bəsləyirdik, burda da gözləntilərimiz uğursuz oldu. Zənnimcə, 2008-ci ildə qəbul edilən qanunda dəyişiklik edilməli və şəxsi şirkətlərə geoloji kəşfiyyat aparmaq üçün icazə verilməlidir. 

-İndi siz deyirsiniz ki, şelflərdə çalışmaq üçün özəl şirkətləri bölmək lazımdır? 

-Bəli. Hökumət qarşısında növbəti dəfə bu sualı qaldıracağam. Ən başlıcası, lisenziyaların alınması prosesi sadələşdirilməlidir. İndi vəziyyət belədir. Sərmayədar geoloji kəşfiyyat aparır, yataq tapır və onu məcburən dövlətə qaytarır. Belə olan halda heç bir sərmayədar risk etməz. Neft yataqlarında işləmək üçün isə dövlət və özəl şirkətlərə eyni status verilməlidir. Rusiyanın neft şirkətlərini ağ və qırmızı rənglərə bölməməliyik. Hökümət geoloji kəşfiyyat aparmaq üçün özəl şirkətləri cəlb etməlidir. 

-Varisləriniz üçün şirkətdə olan payınızı xeyriyyə fonduna vermək fikriniz varmı?

-Bu, xeyriyyə fondu deyil, investisiya fondudur. Bu fondda bütün aksiyalara direktorlar şurası nəzarət edir və onun güclü müdafiə sistemi var. Mən artıq bununla bağlı bütün sənədlərə qol çəkmişəm. Allah eləməsin, mənimlə bir şey baş verərsə, bu mexanizm dərhal qüvvəyə minəcək. 

-Payınızı artıq veribsinizmi?

-Xeyr. Fond da, direktorlar şurası da yaradılıb. Mən inanıram ki, hələ xeyli yaşayacağam. Mən öz varislərimin toxunulmazlığı üçün lazım olan bütün işi görmüşəm. 
-Fikrinizcə, neftin qiyməti düşməkdə davam edərsə, şirkətiniz borcla üzləşə bilərmi?

-Xeyr, çünki bizim aksiyaların girovu yoxdur. Bu il biz 1.8 milyard dollar olan borcumuzu ödəməliyik. Növbəti il isə məbləğ 500 milyon dollara bərabərdir. Neftin qiyməti 40 dollar olacağı təqdirdə də biz o borcu vermək iqtidarındayıq. Bizim üçün bazarlar bağlı deyil, ancaq hələlik istiqrazlarımızı yerləşdirə bilməmişik.

-Axı xarici bazar sizin üçün bağlıdır?

-Mən deməzdim ki, bağlıdır. Biz hər hansı bir layihəni həyata keçirmək üçün banklarla işləyirik. Bunun üçün Azərbaycana məxsus olan Şah-Dəniz yatağını misal çəkmək istərdim. Biz Avropa yenidənqurma və inkişaf bankı ilə danışıqlar aparırıq. Onlar bizim layihələrimiz üçün pul ayıracaq. Özbəkistanda olan layihələrimiz üçün isə Asiya ölkələri ilə danışıqlar gedir. Deməli, bazarlar bizim üçün bağlı deyil, sadəcə istiqrazlarımızı yerləşdirə bilməmişik. Bunu isə sonraya saxlamışıq. Biz Rusiyanın kredit reytinqinin stabilləşməsini gösləyirik. Şirkətimizin çox kredit götürmək fikri yoxdur. Şirkətlər üçün tətbiq edilən kredit reytinqləri siyasi proseslərə görə müəyyənləşdirilib. 

-Sərmayədarlar və banklar “LUKoyl” şirkətini beynəlxalq şirkət kimi qəbul edir? Yoxsa, sizin də şirkət böyük təzyiqlər altındadır?

-Əlbəttə, çünki biz də Rusiya şirkətiyik və onun əsas aktivləri Rusiyadadır. Ancaq buna baxmayaraq yaxşı işlədiyimizə görə sərmayədarlar bizə inanırlar. Hələ şirkətin tarixində belə bir hadisə olmayıb ki, biz öz dividentlərimizi ödəməyək. Biz heç bir öhdəliyi indiyədək pozmamışıq. 

-Gəlin dividentlərdən danışaq. Bu il sərmayədarlara veriləcək dividentlər azala bilərmi?

-Xeyr. Biz inanırıq ki, 2014-cü ildə olduğu kimi bu il də dividentlərimizi ödəyəcəyik.

-“LUKoyl”un tarixən ABŞ-la işbirliyi olub. Sizin ABŞ-da benzindoldurma stansiyalarınız var. Bu ölkənin “ConocoPhilips” şirkəti sizin tərəfdaşınızdır. Hazırkı siyasi durum sizin əlaqələrinizdə bir soyuqluq yaradıbmı?

-Biz bu yaxınlarda Nigeriyada layihə gerçəkləşdirmək üçün “Chevron”la saziş imzaladıq. Artıq bu layihədə qazılan yataq müsbət sonluqla sona çatıb. Bizim ABŞ-ın Hyuston şəhərində böyük ofisimiz var. Meksikada da layihələr həyata keçirmək istəyirik. Bu baxımdan ABŞ-la heç bir soyuqluq hiss etmirəm. Bizim benzindoldurma stansiyalarımız Avropa və Pribaltikada öz işini davam etdirir. Bizim üçün problem yalnız Ukraynada yaranıb. Artıq bu ölkədə benzindoldurma stansiyalarımızı satmışıq. 

-Rusiya ilə Ukrayna arasındakı bu münasibət hələ çoxmu sürəcək?

-Hesab edirəm ki, bu münasibətlər yaxın zamanlarda düzəlməyəcək. Təəssüflər olsun ki, orda insanlar ölür. 

-Demək bu münaqişə yaxın zamanlarda öz həllini tapmayacaq?
-Xeyr.

-Deməli sanksiyalar da davam edəcək.

-Bəli. Bunun siyasi müstəvidə izahı verilməlidir. Bizneslə məşğul olan biz insanlar da hesab edirik ki, bütün bunlar siyasi bir oyundur. Və bu oyun uzun sürəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam