Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

“Heç olmasa deputatların rəyini də soruşun“

 

Ziyafət Əsgərov: "Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq ..."

“Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyərli təklifimiz var idi. Bizə təkliflərimizi verməyə imkan yaratmırsız ”.
"Xeberinfo.com":  Ans press-in məlumatına görə, bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı deyib. Deputatın bu sözlərinə I vitse-spiker Ziyafət Əsgərov sərt reaksiya verib. O bildirib ki, deputatlara müraciət olunub, ancaq müraciət edilməyib: “Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələrdə təkid etmirsiniz”.
Daha sonra çıxışına davam edən F.Mustafa bildirib ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz: “Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək çıxaq gedək. Mənim insan alverilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir. Müzakirəyə yazılan deputatlara imkan yaradın. Ya da bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun”.
Z.Əsgərov deputatın fikirlərinə bir daha münasibət bildirib. O qeyd edib ki, F.Mustafanın irad bildirməyə tam hüququ var, amma çıxışında heç bir məntiq yoxdur. “Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid etdi və çıxış etdi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu nə deməkdi? Mətbuat burda oturub deyənə populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin”, -deyə Z.Əsgərov bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam