Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Millət vəkilindən baş yaranlara çağırış:Türk kişisi...

Millət vəkilindən baş yaranlara çağırış:

 

Millət vəkili Fazil Mustafanın Azərbaycanı din adı altında bürümüş nadanlığa, xurafatçılığa, cahilliyə qarşı yazdığı statusu şikayət edilərək səhifəsindən sildirilib

 

Yenixeber.org: Bu barədə millət vəkilinin özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, deyəsən sinəzənlərin, əzadarların bir qismi də Markın ofisində oturublar:

"Status hər zaman təkrar yazıla bilər, ancaq bununla şikayət edənlərin xəstəliyi sağalacaqmı? Qum saatı ilə işləyən bu Vətən xainlərinə qarşı mübarizəmiz bütün cinahlarda durmadan getməlidir, əks halda bu dövlətin bütün mədəni dəyərlərinin tədricən itirilməsinə kənar bir müşahidəçi kimi baxmış olacağıq. Bu nə İslam məktəbidir, nə də Türk məktəbi. İslamda şəhidə ağlamırlar, onun ölümünü ən şərəfli ölüm kimi anırlar. İslamda bir məktəb var, o da Hz. Məhəmmədin (s.ə.s.) Məktəbi! İslamda bir müqəddəs dəyər var, o da Quran-i Kərimdir".

Millət vəkili vurğulayıb ki, Türk kişisi heç vaxt sinəsinə döyməyib, başını yarmayıb, bu xarakteri biz türklərə kim sırıyıb, onu dərk etməliyik:

"Yüz il, beş yüz öncəki nadanlığın müasir Azərbaycanda vüsət alması hamımızı düşündürməlidir, sonra gec olacaq".

Qeyd edək ki, millət vəkili Fazil Mustafa aşura məclislərində insanların din adı altında etdiyi hərəkətlərə etiraz etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam