Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İsa Qəmbər də başqan qalacaqsa...“

 

Vəhdət Partiyasının sədri Tahir Kərimili daxili siyasi proseslərlə bağlı müsahibə verib.

 

"Xeberinfo.com" həmin müsahibəni təqdim edir:
-Vəhdət Partiyasının 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı planları nədən ibarətdir?
-Gələn həftənin ikinci günü Vəhdət Partiyasının Siyasi Şurasında bu məsələlər müzakirə olunacaq. Biz bundan əvvəlki bələdiyyə, parlament seçkilərinin  əksəriyyətində iştirak etmişik və istədiyimiz uğuru qazana bilməmişik. Ona görə də belə bir fikirdəyik ki, şanslarımız üstün olan bələdiyyə dairələrində seçkiyə qatılaq. İmkan olsa, digər həmkarlarımızla, partiyalarla namizədimizin birgə müdafiəsini təşkil edəcəyik. Belə bir metodla bələdiyyə seçkisində iştirak etmək istəyirik.
-Azərbaycan daxili siyasətində son zamanlar ən çox müzakirə olunan mövzulardan biri də Müsavat Partiyasındakı başqanlıq seçkisi uğrundakı namizədərin mübarizəsidir. Nəzərə alaq ki, bu həm də Azərbaycan siyasi səhnəsində yeni model kimi xarakterizə edilir. Sizcə, belə bir fonda Müsavat Partiyasındakı başqanlığa iddialılardan kimin şansları üstündür?
-Məntiqə görə Arif Hacılının imkanları daha çox olmalıdır. Çünki Arif Hacılı AXC dövründə  Müsavat Partiyasını hakimiyyətdə, bundan sonra isə müxalifətdə təmsil edib. Mərkəzi İcra Aparatının rəhbəri olduğuna görə bütün işlərdə fəal olub. Ancaq faktiki olaraq onun şansı xeyli dərəcədə aşağı düşüb. Çünki Müsavat özünün hakimiyyəti dövründə uduzub. Müxalifət olandan sonra isə qalib gələ bilməyən bir partiyadır. Arif Hacılı da bu kursun aparıcı fiquru olub və onun davamçısıdır. Ona görə də Qubad İbadoğlunun şansları daha çoxdur. Amma bütün bunlar Müsavatın və müxalifətin güclənməsinə gətirib çıxaran amillər deyil. Bu gün müxalifət təşkilati və kütləvilik baxımından dağılıb. Müxalifət partiyaları siyasi diskussiya klubları kimi fəaliyyət göstərir. Müxalifətin istər yuxarı elitası, istərsə də rayon təşkilatları təşkilati baxımdan dağılıb. Ona görə də Müsavatdakı proseslər nə qədər maraq kəsb etsə də, müxalifətə xilas modeli verməyəcək. Hətta İsa Qəmbər də başqan qalacaqsa, Müsavat yenə güclənməyəcək.
-Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycana səfəri gözlənilir. Jirinovskinin Azərbaycana qarşı vaxtilə işlətdiyi xoşagəlməz ifadələrdən sonra onun Bakıya gəlişi qəribə deyilmi?
-Jirinovski özünə siyasi təlxəklik və populistlik yolunu seçib. O, daim Azərbaycan və türk dünyasını təhqir edib. Jirinovski SSRİ-nin parçalanma siyasətində iştirak edən  şəxslərdən biridir. Millətçi obrazına girmiş bu şəxs əslində, bətnində Rusiyaya qarşı separatçı və düşmən mövqedədir.  Jirinovski çox muzdlu insandır. Lakin o, Azərbaycanın düşməni də olsa, açıq şəkildə bizim xalqın mənşəyinin türk olduğunu etiraf etdi. Bununla yanaşı, son zamanlar Azərbaycan haqında müsbət sözlər danışır.  Jirinovskinin Azərbaycana gəlişi diplomatik məsələdir. Onunla yaxşı iş aparılsa, muzdlu insan olduğundan bəlkə Azərbaycana xeyir də gətirə bilər. Yəqin ki, hakimiyyət bu haqda düşünəcək.
-Keçmiş prezidentlərin təminatı, cinayət təqibindən azad olunması ilə bağlı qanun qəbul olunandan sonra sabiq prezident Ayaz Mütəllibov Azərbaycana geri döndü. Ayaz Mütəllibov  2012-ci ilin iyul ayında Azərbaycana qayıdandan sonra onunla heç görüşüb hansısa məsələni müzakirə etmisinizmi?
-Bu yaxınlarda Ayaz müəllimin rəhmətə getmiş qudasının 40 məclisində iştirak etdim.  Onunla həmin yas yerində görüşdüm. Ayaz müəllimlə söhbət etdim. O, çox ağıllı, praqmatik və Azərbaycanda qarşıdurmanın olmasını istəməyən bir adamdır. Ayaz müəllim ölkə prezidenti İlham Əliyevin  Azərbaycanın Suriya, İraq olmaması üçün atdığı addımları dəstəkləyir və mən də bu məsələyə görə ona haqq qazandırıram.  Ayaz Mütəllibov özünün  prezidentliyi dövründə başlatdığı “Üzük” əməliyyatı ilə Qarabağda erməni separatçıları təmizlədi. Bu, böyük bir proses idi. Ona imkan vermək lazım idi ki, Xankəndində Azərbaycan bayrağını dalğalandırsın. Amma mən də daxil olmaqla, o vaxtkı AXC nümayəndələri ona düşmən gözü ilə baxırdıq. Əqidə mənim kimi insanların gözünü bağlamışdı. Mən Ayaz Mütəllibovun Moskvanın “adamı” olduğunu düşünürdüm. Ayaz Mütəllibovun həmin vaxtlar çox geniş sosial bazası var idi. İndi də ona rəğbət bəsləyənlər çoxdur

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam