Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müxalifət düşərgəsində...“

 

 

 "Xeberinfo.com":  Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə verdiyi müsahibədə ənənvi olaraq toxunduğu mövzuda da danışaraq, müxalifət düşərgəsindəki durumu dəyərləndirib. Deputatın müsahibəsinin müxalifətə aid hissəsini təqdim edirik:
- Müxalifət partiyalarının bələdiyyə seçkilərinə hazırlıqlarını necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, müxalifət düşərgəsində bir süstlük yaşanır və bu süstlüyün də səbəbləri ondan ibarətdir ki, ilk növbədə onlar bələdiyyə seçkilərində iştirak edə bilməyəcəklər və hər hansı bəhanələr axtarırlar ki, seçkilərdə iştirak etməsinlər. Çünki bələdiyyə seçkilərində 20 minə yaxın namizəd irəli sürülməlidir və namizəd irəli sürmək üçün müxalifətin sosial bazası, elektoratı yoxdur. Ona görə də bələdiyyə seçkiləri ilə bağlı müxtəlif fikirlər ortaya atırlar ki, guya bələdiyyə seçkilərinin statusu zəif olduğu üçün iştirak etmək istəmirlər. Əslində isə səbəb onların yerlərdə irəli sürə biləcək namizədlərinin olmamasıdır. Bu baxımdan da onlar funksiyalarını başqa-qaşqa istiqamətlərdə yönəltməyə çalışırlar ki, gündəmdə qalsınlar.
- Bir sıra müxalifət partiyaları müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən bəzi QHT nümayəndələrinin hüquqlarını müdafiə etmək üçün müxtəlif qurumlar yaradırlar. Bu məsələyə münsibətizi bilmək istərdik.
- Bəli, bir qrup müxalifət partiyaları özlərini guya ki, insan hüquqlarının müdafiəçisinə çeviriblər, bu və ya digər şəkildə cinayət törətmiş şəxslərin hüquqlarını müdafiə etmək üçün komitələr, qurumlar yaradırlar. Amma bütün bunlar sırf özlərini gündəmdə saxlamaq üçündür. Həmin adamlara bunların heç bir aidiyyəti yoxdur və xarici ölkələrdə həmin adamları maliyyələşdirən kəşfiyyat orqanlarının diqqətini cəlb etmək və onlardan vəsait qoparmağa çalışırlar.
- Müsavat Partiyasının qurultay məsələsi getdikcə uzanır və mətbuatda yayılan məlumatlara görə, iki gün öncə partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinin iclası zamanı başqanlığa potensial namizədlər arasında qalmaqal yaşanıb. Bu məsələləri nə cür dəyərləndirirsiniz?
- Artıq 3 ildir ki, Müsavat Partiyasının qurultay qalmaqalı gündəmdədir. Hələ son prezident seçkiləri öncəsi də bu qalmaqal var idi. Gah dedilər ki, bizi yerlə təmin etmirlər, gah da bir şou düzəltdilər ki, qurultayı Gürcüstanda keçirmək istəyirlər, Türkiyədə keçirmək istəyirlər. Bu və ya digər şəkildə qurultayın keçirilməsini ləngidirlər. Bu da ondan irəli gəlir ki, burada problem başqan problemidir. Əgər orada düzgün seçki keçirilsə, İsa Qəmbər Müsavat Partiyasının başqanı seçilməyəcək. 
Bunu müsavatçılar qəbul etmirlər və görürlər ki, gündən-günə Müsavat Partiyası geri çəkilir, demək olar ki, kağız üzərində, qəzet üzərində olan bir partiyaya çevrilib. Bir neçə üzvü mətbuatda çıxış etməklə gündəmdə qalan bir partiyadır. Yəni bu partiyanın hər hansı bir fəaliyyəti yoxdur. Bu baxımdan da namizədlər arasında ciddi şəkildə qarşıdurma var. Bir qrup istəyir ki, özü seçilsin və Müsavatın tərkibində islahatlar aparsın, bir qrup isə istəyir ki, Müsavatı özünün gəlir mənbəyinə çevirməklə zavod kimi, müəssisə kimi və yaxud da bir firma kimi monopoliyaya götürərək özlərinin iqtisadi və siyasi maraqlarını təmin etsinlər. Bu qruplar arasında ciddi şəkildə mübarizə gedir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam