Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq”

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibə verib

 

   "Xeberinfo.com":  Həmin müsahibəni təqdim edirik:

- Siyavuş müəllim, bildiyiniz kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası parlament seçkiləri ilə bağlı hazırlıqlara başlayıb. Partiya bu istiqamətdə hansı işləri görür?

 

- Əlbəttə, partiya seçkilərə hazırlaşır. Yeni Azərbaycan Partiyası ötən ilin nəticələrini artıq yekunlaşdırıb. Bunlar statistik və digər hesabatları, il ərzində görülən işləri, bələdiyyə seçkilərini və digər məsələləri əhatə edir. Bildiyiniz kimi, bələdiyyə seçkiləri Yeni Azərbaycan Partiyasının tam qələbəsi ilə başa çatdı. Yeni Azərbaycan Partiyası bələdiyyələrin təxminən 68 faizdən çoxunda qələbə qazandı. Bunların hamısı bu həftə ərzində partiyanın İdarə Heyəti tərəfindən təsdiq olunacaq. Bundan sonra cari il üçün tərtib edilən tədbirlər planı təsdiq ediləcək. Təbii ki, bu tədbirlər planında qarşıda duran əsas vəzifələrdən biri də parlament seçkilərinə hazırlıqdır. Bununla bağlı müxtəlif proqramlar hazırlanacaq. Hələlik ötən ilin hesabatlarının təsdiq olunması ilə bağlı iş gedir. Bundan sonra əsas diqqət parlament seçkilərinin keçirilməsinə yönələcək.

 

- Bələdiyyə seçkilərindən əvvəl qeyd etmişdiniz ki, YAP-ın namizədlərinin tərkibində dəyişikliklər olacaq. Bəs parlament seçkilərində namizədlərin tərkibində dəyişikliklər gözlənilirmi?

 

- Təbii ki. Misal üçün, qeyd edə bilərəm ki, builki bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən və seçilənlər arasında kifayət qədər dəyişikliklər oldu. Seçilən 10 315 bələdiyyə üzvünün 30 faizdən çoxu yeni tərkibdə seçilib. Burada gənclər və qadınlar da üstünlük təşkil edib. Hesab edirəm ki, parlament seçkilərində də dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək.

 

- Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının üzvlərinə sərbəstlik verilə bilərmi və ya onlar yalnız partiyanın müəyyən etdiyi proqram çərçivəsində seçkilərə getməlidirlər?

 

- Bunu düşünmürəm. Bələdiyyə seçkilərində qismən də olsa partiya üzvlərinə sərbəstlik verildi. Yəni 3 minə yaxın partiya üzvü fərdi qaydada namizədliyini irəli sürmüşdü. Əlbəttə, seçmək və seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Həm Konstitusiyada, həm də Seçki Məcəlləsində normalar mövcuddur ki, yaşı 25-dən yuxarı olan istənilən Azərbaycan vətəndaşı bu normalara uyğun öz namizədliyin irəli sürə bilər və seçilə bilər. Lakin burada bir partiya prinsipi də var. Partiyanın siyasi xətti var və partiya siyasi xəttinə uyğun şəkildə də namizədlərini müəyyənləşdirir və irəli sürür. Əgər kimsə bu xətti istəmirsə, öz hüquqlarını bu siyasi xətt ilə üst-üstə salmırsa, onda o, partiyadan hər hansı bir dəstəyə, köməyə arxalana bilməz. O, artıq fərdi qaydada, bir vətəndaş kimi öz namizədliyini irəli sürə bilər. Yəni həmin şəxs Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə gedə bilməz, çünki partiyanın siyasi xəttinə uyğun olan namizədləri var, onların namizədliyini irəli sürür və onlara imzatoplama, təbliğat-təşviqat kampaniyasında və digər məsələlərdə dəstək göstərir.

 

- Bildiyiniz kimi, müxalifət partiyaları da parlament seçkilərinə hazırlıqlara başlayıblar, müxtəlif bloklar yaratmağa cəhd edirlər, ancaq hələ ki uğurlu nəticələr əldə edə bilməyiblər. Müxalifət partiyalarının seçkilərə hazırlıqlarını necə dəyərləndirirsiniz?

 

- Təbii ki, müxalifət partiyalarının çoxu çalışacaq ki, parlament seçkilərində iştirak etsin. Bilirsiniz ki, Azərbaycanda 50-yə yaxın siyasi partiya qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən partiyalar da var və bunların da əksəriyyəti seçki prosesinə qatılmağa çalışacaqlar və bir çoxu da bloklar şəklində. Çünki həmin partiyaların böyük əksəriyyətinin heç bir potensialı yoxdur, heç ayrı-ayrı dairələrdən irəli sürməyə namizədləri də yoxdur. Bilirsiniz ki, Azərbaycanda 125 seçki dairəsi var və onların hər birindən namizəd irəli sürmək müxalifət partiyaları üçün çətinlik yaradır. Ola bilər ki, hansısa şəhərlərdə dairələrdə namizəd irəli sürsünlər. Amma kənd rayonlarında və yaxud ayrı-ayrı dairələrdə onların namizəd irəli sürməkdə çətinlikləri olacaq.

 

Müxalifət partiyalarının seçki prosesində aktiv iştirak etməyə cəhd göstərməsində ikinci bir səbəb ondan ibarətdir ki, siyasi partiyaların maliyyələşməsi parlament seçkiləri ilə əlaqədardır. Əgər siyasi partiya parlament seçkilərində iştirak edirsə, hətta seçilməsə belə, seçicilərin 3 faizdən artıq səsini qazanırsa, artıq budcədən ayrılmış maliyyənin 10 faizinin bölüşdürülməsində iştirak edə bilər ki, bu da kifayət qədər vəsait deməkdir. O vəsaiti almaq üçün təbii ki, siyasi partiyalar cəhd göstərəcəklər. Hesab edirəm ki, bir qrup partiya buna cəhd edə biləcək. Bir qrup da var ki, çox acınacaqlı bir vəziyyətdədir. Misal üçün, Müsavat Partiyası deyir ki, namizədlər müəyyənləşdirir, əgər orada namizəd qalıbsa. Partiyada artıq namizəd qalmayıb. Çünki partiya iki hissədən ibarətdir və hansı qanadın müəyyənləşdirdiyi, kimləri müəyyənləşdirdiyi məlum deyil. Xalq Cəbhəsi Partiyasında isə ümumiyyətlə heç kim yoxdur. Belə deyək, Əli Kərimlinin cangüdənləri, sürücüləri və belə insanlardan ibarət şuradır. Ona görə də çox güman ki, bunlar əsas gücü QHT rəhbərlərinə verəcəklər. QHT rəhbərlərini, jurnalistləri, qəzet redaktorlarını öz adlarından namizəd kimi irəli sürəcəklər ki, görünsün ki, bunlar da parlament seçkilərində iştirak edirlər.

 

- Müsavat Partiyası və AXCP adını qeyd etdiniz. Bu iki partiya arasında bir müddət öncə baş tutan görüşü necə dəyərləndirirsiniz?

 

- Bilirsiniz ki, prezident seçkilərində İsa Qəmbər özü vahid namizəd olmaq istəyirdi. Lakin Əli Kərimli və onun ətrafındakıların ciddi cəhdləri nəticəsində İsa Qəmbərin namizədliyinə imkan verilmədi və başladılar neytral namizəd axtarmağa. Bir neçə uğursuz namizəd tapdılar və bununla da bunların vəziyyəti yekunlaşdı. Hazırda da Müsavat ilə AXCP arasında çox ciddi qarşıdurma var. Elə son mitinqlərində də aydın şəkildə göründü ki, AXCP öz mitinqinə Müsavatı buraxmadı, aşağıda saxlayıb hərəsinə bir şəkil verib ictimaiyyət qarşısında biabır etdi. Müsavatın mitinq keçirməsi cəhdi də çox ciddi şəkildə AXCP tərəfindən pozuldu və orada çox cüzi sayda insan iştirak etdi. Bu baxımdan, bunların görüşməsi mənasız bir şeydir. Bunlar arasındakı bu qarşıdurma parlament seçkilərində daha da dərinləşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam