Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Arilik əslində milliyyət deyil, qəlbin halıdır

 



Misir çöllərindən, Türkiyə dərələrindən, Manxettenin bic zənci məhəllələrindən o sekta, o məzhəb qalmadı hamısını gətirib tolerantlıq adı ilə Azərbaycana dürtdülər!


O üzdə Şəhriyar, bu üzdə Əliağa Kürçaylıdan böyük şair yoxdu

 

"Xeberinfo.com" yazıçı-jurnalist, Professional Oxucu Liqasının rəhbəri İbrahim Selin müsahibəsini təqdim edir:

 


-İbrahim müəllim, necəsiniz?

 

-Əlayam. İçməyəsən, çəkməyəsən, əsəblərini qoruyasan- yüz il yaşamaq olar. Əlbəttə ki gmo məhsullar yeməyəsən. Bir məsələ var ki ekoloji təmiz məhsulları requlyar olaraq hardan tapasan?

-Əyalətdə necədir, karı var?

 

-İndi kiminsə haqsızlıqla üzləşməsi, əmlakının əlindən alınması, vəzifəsindən qanunsuz uzaqlaşdırılması elə də təəccüblü deyil. Əksəriyyət “onsuz da düzələn deyil”,- deyib əlini hər şeydən üzür, taleyi ilə barışır, ya küncdə-bucaqda deyinməklə özünü sakitləşdirir. Eləsi də var ki, pirlərə, ocaqlar nəzir qoyub, haqsızlığa meydan vermiş adamları Həzrət Abbasa tapşırır, qarğış çəkir. Lakin tam fərqli insanlar da var. Belələri bütün bürokratik əngəllərə, təzyiqlərə, təqiblərə, hədə-qorxulara baxmayaraq, qanunlar çərçivəsində öz hüquqları uğrunda mübarizə aparır, sözün əsl mənasında vaxtını, əsəblərini, pulunu qurban verərək döyüşür, təslim olmur. Mənimçün əyalətdə məhz belə adamlar maraqlıdır.

-Hansı sosial şəbəkələrdə olursunuz?

 

-Əsasən feysbukda oluram. Vaxt çatdıra bilməsəm də, odnoklassnik-də də olmağa çalışıram. Vkontekte-də az oluram, tvitterdə isə ümumiyyətlə olmuram. Mənimçün oynaq, şıq həyat feysbuk-dadır. Bura əsasən siyası və ictimai problemlərlə maraqlanan intellektual səviyyəsi yüksək insanlar cəmləşib. Odnoklassnik vaxt keçirmək üçün yaxşıdır. O birilərində həyat ölüdür. Vkontaktedə reqistrasiyadan keçmiş akkuntların 75 faizi, tvitter-dəkilərin isə 80 faizi saxtadır. Bunlar real adamlar deyil, proqramlardır. Ona görə də dediyim sonuncu iki sosial şəbəkə mənçün maraq kəsb etmir.

-Niyə Azərbaycan Sovet ədəbiyyatını bəyənmirsiniz?

 

-Bəxtiyar Vahabzadənin yaradıcılığı heç bir qoz da deyil. Elə bilmə ki mənim yaradıcılıqdan başım çıxmır. Hamısını oxumuşam. O vaxtın şairləri içərisində ən normalı, əsl poetik tutumu olan Əliağa Kürçaylıdır. Qalan hamısı çobandırlar. Və əlbəttə ki ən ideal formalardan biri də Mükayıl Müşfiq idi. İver da olsa, əla yazırdı. Mənim fikrimcə o üzdə Şəhriyar, bu üzdə Əliağa Kürçaylıdan böyük şair yoxdu. Əliağa Kürçaylı ilə müqayisədə hamısını apar tulla! Şeirdə əsas odur ki, çuşkalıq komponenti olmasın. Zarafat eləmirəm. Hökmən deyil standart janrda, qəbul olunan çərçivədə yazasan. Ədəbiyyatın indi sərhədləri itib. Nədə gözəllik varsa, o da poeziyadır. Ziba Xəlil feysbukda yazıb ki: “Yuxuda Hindistandan güllər gətirirdim... O hindliləri ingiliscə necə başa saldığımı görsəydiz, güllər barədə, gülməkdən keçərdiz...”. Poeziya budur! Sən yeksən, Ziba! Sənin bu bircə cümlən bunların qalın-qalın romanlarına dəyər! Türklərin MFÖ adlı qrupu var, bir şarkısında oxuyur: “Sənə sarı lalələr aldım çiçək bazarından...”. Bu qədər sadə! Poeziyaya zorla məna soxmaq lazım deyil, əsas odur ki axıcılıq olsun: “Sətirlər uçar gedər aklımdan, Sana sarı lalələr aldım...”. Poeziya sadə olmalıdır, hökmən deyil məna ilə yüklənsin, beyni zorlasın- qəlbə yatmalıdır, vəssalam. Cavidan adlı ari soylu şairə var, ayurveda axıcılıqlı qısa şeirlər yazır. Çox istedadlı digər şairə isə Günel Treudur. Almanca danışan qızdır. Bu şairəni Ulduz jurnalı, kulis publika kimi saytlar dərc etmir, çünki bəxti gətirib kürd doğulmayıb, gərək Qismət kimi gələjəm gedəjəm danışaydı, bu isə alman dilində danışır. Bu ölkədə raskrutka olunmaq, ədəbiyyatda yerini tutmaq, qədir-qiymətin verilmək üçün gərək kürd doğulasan. Aybəniz Əliyarın, Cavidanın, Vəfa Mürsəlqızının- ümmiyyətlə bizim saytda dərc olunan qızların çoxunun şeirləri emosionaldı, həqiqi poeziyadı, real hisslərin doğurduğu təzahürlərdi, tipik Qarabağ şeirində olduğu kimi falş deyil, sünilik yoxdur. Mən onları sevirəm, xalq zorla sırıdılan standartları yox!

-Şah İsmayıl Səfəvinin kürd olması iddiaları nə dərəcədə düzgündür? Bu məsələ tarixçilər tərəfindən böyük mübahisələrə səbəb olmuşdur.

 

-Şah İsmayıl nəinki kürd, heç türk də olmayıb. Qızılbaş dövlətinin hakim tayfası şeyxəvəndlərdir. Şeyxəvənd - sakavend sözünün linqvistik adaptasiyasından törəmişdir ki, o da sırf qədim ari tayfasıdır. Səfəvi ailəsinin böyüməsi və genişlənməsi onların boya çevrilməsinə səbəb olmuşdu. Şahlıq da, qədim Sak imperiyası da bu anlayışa bağlıdır. Bu boy, mənbələrdə şeyxəvənd adlanır. Şeyxəvənd adı Şeyx Səfiəddin soyundan gələnlərə verilirdi. Şeyxəvəndlər bir ağsaqqal tayfa kimi vəliəhd seçilməsində və şahların taxta çıxmasında söz sahibi idilər. Şeyxəvəndlər şahın öz ailəsi və əqrabaları olması səbəbilə səfəvilərin ən sadiq tərəfdarları sayılırdılar. Bu qoçaq tayfa kim İran ərazilərinə hücum etmək istəyirdisə, həmin ölkəyə gedir, hücum etmək fikrinə düşən xanı öz qalasındaca tutub cəzalandırırdı. 1500-cü illərdə Osmanlı sultanı İrana soxularkən şeyxəvəndlilər təkcə bir hücumla Osmanlı ərazilərinə girib 10 min qoyun, 10 min inək və 3 min atı qənimət olaraq gətirmişdilər. Bunlar əsasən Ərdəbil və Xalxal bölgəsində yaşayırdılar. Ərdəbil onların ailə mülkü, Xalxal isə iqta əraziləri idi. Şeyxəvəndlilərin kökü Gilana bağlıdır, Gilan isə bildiyimiz kimi talış torpağıdır. Biz fəxr etməliyik ki, şah babamızın kökündə arilik dayanır. Şeyxəvəndlilərlə ən böyük düşmənçiliyi İudey subardinasiyalı Sam Mirzə etmişdi. Sam semit, Mir isə qədim ivrit dilində ilan deməkdir. Sam Mirzə dağıdıcı genetikasına rəğmən buralarda çox arilərin qanını axıtdı. Səfəviləri kürdlərə bağlamaq düzgün deyil. Kürdlər şahın çobanı idilər, obalarda arilərin mal-qoyununu otarardılar. Əksinə, şeyxəvəndlilər kürdlərə qan uddurmuş, onları bu müqəddəs ərazilərimizdən qovmuşlar. Çünki vəziyətdən istifadə edən kürdlər ara azca qarışan kimi quldurluq edir və ətraf ərazilərimizi talan edirdilər. Şeyxəvəndlər çox sayda kürdü öldürmüş, ələ keçirdikləri malları xalqa paylamışlar. Məhz şeyxəvəndlilər o dövrdə xalqı kürd genosidindən xilas etdi. Onlar I Şah Abbasdan sonra şahsevənlər arasında əridilər. Bu müqəddəs boydan güclü əmirlər və dövlət adamları çıxmışdır. Həmin əmirlər arasında Məsum Bəy Səfəvi, Xan Mirzə, Zeynəlabidin Bəy, Sədrəddin Bəy Səfəvi, Daşdar Bəy Səfəvi və Xacə Bəy Mirzə ən gülcüsü hesab olunur. Baxın bu adlara, bunların tipik kürd adlarına zərrə qədər də yaxınlığı yoxdur.

-Ölkəmizin yeritdiyi tolerantlıq siyasətinə necə baxırsınız?

 

-Mən tolerant necə olmalıyam? Sünniyə də, şiəyə də qardaş deyirəm, lap udin, xristiana da. Amma Misir çöllərindən, Türkiyə dərələrindən, Manxettenin bic zənci məhəllələrindən o sekta, o məzhəb qalmadı hamısını gətirib tolerantlıq adı ilə Azərbaycana dürtdülər! Bakının yarısı yeqova şahidləri, yarısı vəhhabi, yarısı nurçu oldu getdİ! Bu tolerantlıq adlı genosidi dayandırmaq lazımdır. Okeanın o tayından, Ərəbistan çöllərindən sektanı gətirib zorla dürtürlər bura, sonra da deyirlər ölkəmiz tolerant ölkədir, başqa dinlərə mehriban və dostcasına yanaşırıq. İndi də həmin sekta dirçəlib deyir ki, Azərbaycanı şiələrdən təmizləyəcəyik! Nəzərinizə çatdırım ki, 1981-ci ildə Əfqanıstanda cəmi 1 vəhhabi vardı, o da Səudiyyə krallarının təlim keçməyə göndərdiyi müəllim idi. İndi Əfqanıstanda hamı vəhhabidir. Bu virus çox sürətlə yayılır. Bu məsələlərə son qoymağın vaxtı çatıb. Başdakıların bütün bizə yeritdiklərinin arxasında oyun yatır. Tolerantlıq, demokratiya, azadlıq- hamısı oyundur, bu lozunqlarla danışan adamlardan ehtiyatlı olun. Niyə Azərbaycanda dini zəmində münaqişə, müharibə yarana bilər? Və niyə yenə şiələr günahkar çıxarılır? Ümumiyyətlə şiələrin adını bu münaqişədə hallandırmağa onlara kim ixtiyar verib? Axı şiələr əsrlərdir bu ərazidə yaşayıblar, heç kimlər konfliktə girməyiblər, heç bir problemli məsələ çıxarmayıblar, heç kimi genosid etməyiblər, baş kəsməyiblər. Amma siz 20 ildir başqa coğrafiyalardan bura gəldiniz, münaqişə başladı! Niyə?

-Sizi bəzi dairələrdə irançı da adlandırırlar. Öz statuslarınızda və yazılarınızda diqqət verdiyiniz əsas məsələlərdən biri də ariçilikdir. Sizə elə gəlmirmi ki, sizin təqdimatınızda ariçilik həddən artıq şişirdilib?

 

-Mən qədim Uzaq Şərq, Tibet, hind-ari, İran-ari, ellin, Misir, kelt, alman və asket sivilizasiyalarını dərindən araşdırmasam da, kifayət qədər diqqət yetirmişəm, bütün bu qədim mədəniyyətlərin kökündə arilər dayanır. Sоn tapılmış abidələri dаş öküz heykəli idi. Çəkisi 12 000 kilо аğırlığındаdır! Bu аğırlığı tərpətmək və аpаrmаq qеyri-mümkündür. Ari təfəkkürü hal-hazırda yenidən universallıq qazanmaqdadır. Əgər sən millətçisənsə, ari millətçiliyinə hörmətlə yanaşmalısan. Millətçilik elə bununla ölçülür. Bundan kənarda millətçilik millətçilik deyil! Arilik əslində milliyyət deyil, əzizim, qəlbin halıdır. Ari irq deyil, millət deyil. Arilik eqodur. Arilik qəlbin səsidir. Arilik ruhun halıdır. Tibetlilər məsələn, arini əqidə sayırlar. O vaxt arilər dunyanı gəzib nizam-intizam yaradırdılar. Arilik əqidəsini yayırdılar. Hansı qovmlər qəbul edirdi, buna sahib çıxırdı, onlara ari deyilirdi. Bu planetde ən qədim və ən düzgün əqidədir. Həm də elmdir. İnsanı heyvan səviyyəsindən ən yüksək məqama qaldırmaq yoludur. Pаşаrqаdın (Tәхti-Cәmşidin) virаnәliklәrindә tapılan kitаbәlәrdә Kоrоş еlаn еdir ki, hәr kәs öz dinindә, әqidә vә mədəniyyətində аzаddır, cаnı vә mаlı tərəfimizdən qorunacaqdır. Hansı dünyanın qədim mədəniyyətində bu cür yanaşma var? Gedin gəzin, baxın, Tehran əxlaq, təmizlik, güc və qüdrət paytaxtıdır.

-Saytlarınızın MDB və Şərqi Avropa ölkələrinin antiqlobalist camiəsi arasında populyar olmasının səbəbi nədir?

 

-Ola bilsin, biz siyasi hadisələri siz düşündüyünüzdən fərqli modeldə traktovka edirik ona görə. Saytlarımızda oxucuları yaxın və uzaq tariximizin daha əhatəli konspiroloji modelləri ilə tanış etməyə çalışırıq. Bu model bəzilərinə fantastik və imaqinativ görünə bilər, çünki vərdiş edilən sintetik konsepsiyalarla heç cür uyuşmur. Bəzi təhlillərimiz kiməsə şişirdilmiş fantaziyalar, dartılıb uzadılmış təxəyyüllər kimi görünə bilər, hər halda dəyərli intuitiv nəticələr və məntiqi uyğunluqlar çoxdur. Hətta bizim saytların dizaynı da xüsusi seçilib, gərgin əməyin sayəsində yaradılıb ki, oxucunu özünə çəksin. Onu deyim ki, saytlarımızın, hətta kitablarımızın dizaynında seçdiyimiz rənglər Cambudvil günəş sisteminin rəngləridir, insan orqanizminə müsbət təsir göstərir. İsti tonlar müdafiə funksiyaları daşıyır. Oxuyun, maraqlanın, “dəqiq, vicdanlı, qərəzsiz” kanallar bunu sizə göstərməyəcək! Bu hələ üzdə olan məsələlərdir, yadıma düşən budur. Bir çox belə məsələlər vardır ki, onların anonsunu biz çoxdan vermişdik. Təəssüf ki, maddi imkansızlıq üzündən litparad ədəbiyyat saytını satmaq məcburiyyətindəyik, avrasiya.info məlumat saytı isə həmişə bizimlə olacaq.

 

 

 

 Hazırladı: Rəşid Hacızadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam