Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

""Xəzər adaları" əlimdən alınmayıb"

 

“Avesta” konserninin prezidenti, tanınmış iş adamı hacı İbrahim Nehrəmli paytaxt yaxınlığında saldığı “Xəzər adaları” şəhərciyinin əlindən alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

"Xeberinfo.com":  Məlumata görə, iş adamı Publika.az-a açıqlamasında yayılan məlumatların tamamilə yalan və cəfəngiyat olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur: “İndiyədək Azərbaycan Beynəlxalq Bankı kimin əlindən nəyi alıb ki, mənim də əlimdən nə isə alsın? Əgər Azərbaycan Beynəlxalq Bankına girov qoyulursa, o zaman bu banka ödəniləsi olan pul lazım olur, hər hansı obyekt deyil. Bank obyekti nə edəcək? Bütün bunların hamısı boş-boş söhbətlərdir, şayiədir”.

Hacı İbrahim Nehrəmli hazırda Azərbaycan Beynəlxalq Bankı ilə heç bir problemin olmadığını və götürülən kreditlərin vaxtı-vaxtında ödənildiyini söyləyib: “Bankla heç bir problemimiz yoxdur, kreditləri vaxtında ödəyirik. Ümumiyyətlə, mən “Xəzər adaları”nı heç zaman satmaq niyyətində olmamışam. Bu şəhəri satmaq olar? “Xəzər adaları” Azərbaycan dövlətinin gələcək sərvətidir. Bu şəhəri heç zaman satmaram. Mən bu şəhəri inşa etmək üçün 6-7 il əvvəl gedib xarici ölkələrdə oxşar layihələrlə maraqlanmışam, dənizi öyrənmişəm. Bu cür şəhərləri inşa etmək üçün ən azı xüsusi hazırlaşmaq, dünya təcrübəsini öyrənmək lazımdır. Mən bu şəhəri tikməmişdən öncə Dubay, Malayziya, Sinqapuru gəzib təcrübəni öyrənmişəm”.

İş adamı bildirib ki, bəzi şəxslər ona qarşı qərəzli kampaniyaları aparır: “Yalandan yazırlar ki, guya “Xəzər adaları” və digər obyektlərimi əlimdən alıblar və sairə. Bütün bunlar yalan məlumatlardır. Mənim heç bir obyektimi əlimdən almayıblar. Ölkəmizdə qanunlar işləyir. Əgər bir iş adamı banka olan borcunu vaxtı-vaxtında qaytarırsa, əksinə, bank o adama şərait yaradır. Mən isə qoyulan şərtlər çərçivəsində banka olan borclarımı vaxtı-vaxtında qaytarıram. Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxtda qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq. Hazırda da heç bir problemim yoxdur, yüksək səviyyədə çalışırıq. Mən ötən əsrin 90-cı illərin əvvəllərində çox problemlərlə qarşılaşmışam, ancaq mən heç zaman bankrot olmamışam və bundan sonra da inşallah olmaram. Mən alnıaçıq adamam və özümə inanıram. İnşallah “Xəzər adaları” şəhərini də zamanında tikib təhvil verəcəyəm, kreditləri isə qaytaracağam və dövlətimizə faydalı olacaq. Mən dövlətini sevən, cənab Prezidentin siyasətini dəstəkləyən, bu siyasətin arxasınca gedən adamam. Biz bu yola Heydər Əliyev siyasəti ilə gəlmişik və bu siyasətlə də doğru yolda gedəcəyik”.

Hacı İbrahim Nehrəmli artıq xarici investorların da “Xəzər adaları”na maraq göstərdiyini söyləyib: “Artıq bu ayın sonunda Çindən olan bir qrup böyük iş adamı Azərbaycana gələcək və “Xəzər adaları” ilə tanış olacaq. Çinli iş adamları ilkin olaraq “Xəzər adaları” layihəsinə 1,5 milyard vəsait qoymaq istəyirlər. Hazırda danışıqlar gedir və yəqin ki, yaxın vaxtlarda müqavilə imzalanacaq. Artıq ilkin razılaşma var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam