Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Şeyxin qardaşı "Sədərək" və "Binə"nin satılmasını istəyir

 

“Əgər onların informasiyası olsa, vəhhabilərin dediklərinə inanmaz, onların yeni qaydalarla tənzimlənən dinlərinə uymazdılar” 


    "xeberinfo.com" Millət vəkili Cavanşir Paşazadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir.


- Cavanşir müəllim, ölkədə son günlər dini durumla bağlı yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

- Son günlərdə din adı altında, başqa etiqadlara qulluq edən insanlar bir az baş qaldırıb. Bu da bizi narahat edir.

Azərbaycan xalqı açıq şəkildə istəyir ki buna təpki göstərilsin. Biz müsəlman dövlət deyilik, ancaq müsəlman xalqıq. Dinimiz müsəlman dinidir. Min illərlə bu dinlə yaşamışıq və yaşamaqda da davam edirik.

- Siz bir neçə gün öncə dini durumla bağlı mediaya açıqlama verdiniz. Vəhhabilərin xarici dövlətlər tərəfindən maliyyələşdirildiyini qeyd etdiniz. Bu çıxış birmənalı qarşılanmadı. İstərdim o məsələyə bir də aydınlıq gətirəsiniz. Çünki məsələyə Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri də münasibət bildirib...


- Bəli, mən belə bir müsahibə vermişdim. O müsahibədə də dediklərim əksini tapmışdı. Siz bildiyiniz kimi şeyx həzrətlərinin və Qazilər Şurasının birgə bəyanatı olmuşdu. O bəyanatla bağlı mənə də sual verdilər. Belə çıxır ki, mən orada demişəm ki onları maliyyələşdirən Səudiyyə Ərəbistanı Krallığıdır. Yox belə deyil. 

Səudiyyə Ərəbistanda onların özlərinə də aidiyyatı olmayan bəzi cərəyanlar inkişaf edib. Mən Səudiyyə dövlətini nəzərdə tutmuram. Bir neçə il əvvəl siz özünüz də şahidsiniz ki, onlar Səudiyyə Ərəbistanın əksinə gedirdilər.

- Yəni demək istəyirsiniz ki, söhbət dövlət siyasətindən yox, dövlətdə baş verən hadisələrdən gedir...


- Bu eyniylə Azərbaycanda da, qonşu dövlətlərdə də var. Dağıstanda olan hadisələr heç də dövlətin öz siyasəti deyil ki... Başqa dövlətlərin siyasətini, sakitliyini qəbul etməyən qüvvələr hay-küy yaratmaq istəyirlər. Bu təmiz qəlbi olmayan insanlar tərəfindən edilir. Yəni bir daha deyirəm ki, mənim fikirlərim həmin ölkədə rəsmi dövlət siyasətinin bu şəkildə yürüdülməsi ilə bağlı olmayıb.

- Son iki həftədir ki, bu mövzu ciddi şəkildə müzakirə olunur. Həyəcan təbili çalınıbsa, deməli məsələ ciddidir. Azərbaycan bu vəziyyətdə nə etməlidir?


- Başqa dövlətlərdən fərqli olaraq, Azərbaycanda elə də qlobal durum yoxdur. Bəli, bu gün onun qabağını almaq lazımdır. Vaxtında bunun qabağını alsaq, gənclərə başa salsaq, yaxşı olar. Çünki onlar da bizim vətəndaşlardır. Gələcəkləri puç olmasın. Bu gündən həyəcan təbili çalınmalı, qanun qəbul edilmədir. O gün çıxışımda dedim ki, əgər bunlar Suriyaya müharibəyə gedirsə, onlar Azərbaycan vətəndaşıdır. Bunlar Azərbaycan dövlətinin siyasətini bilmirlər ki? 

Bilmirlər ki, bizim Suriyaya ilə bağlı mövqeyimiz nədir? Bu mənim dövlətimin mövqeyinə, cənab prezidentin apardığı siyasətə ziddir. Suriyaya qarşı dövlət hansı mövqeyi tutarsa, vətəndaş da o mövqede olmalıdır. Belə durumda orada ölənlərin da statusu müəyyən olunardı. İndiki şəraitdə isə kiminsə harada, hansı şərtlə döyüməsi, öləndən sonra şəhid statusu verilməsi qeyri-ciddi söhbətlərdir.

- QMİ sədri çıxışında açıqlamışdı ki, ölkədə bəzi məmur övladları bu təriqətlərə qoşulanlara kömək edirlər. Mən bilmək istəyirəm ki, konkret adlar varmı?


- Əgər bu problem Azərbaycanda varsa, deməli içində məmur da var, adi insanlar da. Bu QMİ-nin öz siyasətidir. Dövlət var, onun qarşısında hesabat verir və lazımı tədbirlər görülür. Mən kiminsə adını çəkə bilmərəm. Bu mənim səlahiyyətimə aid deyil. Amma faktiki olaraq belə məmurlar var. Bunu siz də, mən də bilirik. Küçələrdə gəzəndə çox biədəb şəkildə saqqal saxlayıb gödək şalvar geyinirlər. Baxırsan ki, cavan insandır. Yanındakı qadına hörmətsizlik edir. Elə bil qadın onun köləsidir. 

Müsəlman dinində qadına o qədər hörmət var ki... Məsələn, mən Montində yaşayıram. Orda da elələri var. Həm də orda çeçenlər yaşayır. Çeçenlərin təsirindəndirmi yoxsa, başqa təsirdənmidir deyə bilmərəm. Öz ailələrini məcburən o formada geyindirirlər. Körpə 3-4 yaşında olan uşağın üstünə qara xalatı salırlar. Beş yaşında qızın bədənini, ruhunu qaraldırlar. Kimə lazımdır bu? 

Bununla nəyə nail ola bilərlər? Əgər bu muzdla gedib döyüşürsə, muzdla şəhidlik, cənnətlik olmaz ki... Ya da ki bizim vətənimiz var, onu qorumağa gedirlər? Bu cür hallar Azərbaycanda yox, xarici dövlətlərdə daha çoxdur. Bu həm də Azərbaycana qarşı xarici təzyiq vasitəsidir. Bəzi qüvvələr Azərbaycanın dövlət başçısının artan nüfuzunu qəbul edə bimlir. Ölkədə sakitliyin olması onları narahat edir. Xaricilər də gəlib bunu görürlər. 

Heç ən sivil dövlətdə bu cür inkişaf yoxdur. Bu gün Ukraynada, Suriyada ondan əvvəl bəzi ölkələrdə olan vəziyyətləri görürük. Bunları vahimə basıb ki necə olur ki, balaca bir dövlət, xalq o boyda nəhəng dövlətlərin içində bu formada sıçrayış edib. Az bir vaxtda gəlib dövlətlər arasında nüfuz və söz sahibi olublar. Əlbəttə, bunlar bunu həzm edə bilmir. İlham Əliyevin böyük siyasətçi olması özünü dünyada baş verən son proseslərin fonunda daha yaxşı göstərdi...

- Xarici amillərin rolu konkret necə ola bilər?


- Məqsəd odur ki, Azərbaycanda sakitlik olmasın. Təbii ki Azərbaycan xalqı bunu başa düşməlidir. Xalq görməlidir ki, hay-küy olan dövlətlərdə vəziyyət bu gün nə yerdədir? Görəsən, 50, 70 ilə onlar özlərinə gələ biləcəklərmi?

- Yeri düşmüşkən, Suriyada olan son durumu necə qiymətləndirirsiniz?


- Orda baş verən daxili proseslərdir. Daxildə o qədər düşmənçilik yarandı ki, artıq bunlar bir-birindən əl çəkə bilmirlər. Onların əlində o qədər silah var ki... İnsanlar belə vəziyyətə öyrəşiblər. Bəzi anlaşmalar gedir. Mən elə bilirəm ki, Suriya iqtidarı təslim olmadı. Ancaq çox pis vəziyyətdədir. Hər iki tərəf burda uduzdu. İstər dövlətçilik, istərsə də onu yaradanlar uduzdu.

- Bizimkilər daha çox İranın, Türkiyənin ərazisindən keçərək Suriyaya getdiyi vurğulanır. Sizin bu barədə məlumatınız varmı?


- Bu vətəndaşlar bir çox dövlətlərin ərazisindən keçir. İçərilərində 1, 2 il başqa dövlətlərdə yaşayanlar da var. O şəkildə ora keçənlər də var. Bunlar milliyətcə azərbaycanlı olur. Əgər onlar bizim vətəndaşdırlarsa hətta onları bu addımına görə vətəndaşlıqdan belə məhrum etmək olar. Bu vətənpərvərlik deyil. Eləcə xasiyyətdir. Türkiyədə Rusiyada uzun müddət yaşayıb turist kimi sərhədi keçirlər. 

Azərbaycanda bəzi saytlarda da buna çağırış edirlər. Suriyanı qardaş kimi göstərirlər. Elə bilirlər ki Suriyaya getdinsə, cənnətin qapıları üzünə açılacaq. Bu cür saytlarla da mübarizə aparmaq lazımdır. Bunu yazanlar Azərbaycanı istəyən adamlar deyil, 3-5 manatla onları aldadıb aparırlar. Bununla həm özlərini, həm də ailələrini yazıq edirlər.

- Sərhəddə hər hansı bir forma, qayda tətbiq eləməklə bunların qarşısını almaq mümkündürmü?


- Mən təklif etmişdim ki, Suriyaya gedən azərbaycanlılar Azərbaycan vətəndaşlığından çıxarılsın. Orada müharibə nə vaxtsa bitəcək. Müharibə qutardı, vəziyyət düzəldi, xalq onu qəbul etməyəcək. Qanun qanundur. Həmin şəxslər Azərbaycan vətəndaşı ola bilməz. Həmin şəxslər qanunsuz hərəkətləri ilə bizə zərər verə bilərlər. Elə vətəndaşlar bizə lazım deyil. Onlar vicdanını itirən, xəstə vətəndaşlardır.

- Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Kimisi burada mədrəsə açılmağını, maarifləndirmə işlərinin aparılmasını, kimisi DİN-in mübarizə aparmasını çıxış yolu kimi görür. Sizcə, nə etmək olar?


- İnformasiya ilə işləmək, saytlarla əməkdaşlıq etmək lazımdır. Dövlətçiliyi dəstəkləyən saytlara imkan yaradılmalıdır. Orta məktəblərdə, xüsusən, oğlanların bunlara qarşı hazırlaşdırılmağı lazımdır. Dindən qorxmamaq məktəblərdə öyrədilməlidir. Biz azərbaycanlıyıq, müsəlmanıq, heç kim bizi bundan ala bilməz. Biz həqiqəti, doğrunu, dinimizin tolerantlığını desək, yenə də azdır. Buna mətbuat da diqqət ayırmalıdır. Uşaqlara tərbiyələndirici yazılar təqdim etməlidirlər. Saytlarda dəhşətli mövzular yazırlar. 

Bunlar gənclərin tərbiyəsinə, bizim gələcəyimizə təsir edir. Bəli, bugünkü hadisələrdən dövlət, xalq, vətən naminə qorxmaq lazımdır. Orta məktəbdə əmək dərsləri keçirilir. Bu nə üçündür? Həmin dərslər insanları əməyə səsləməyə xidmət edir. Musiqi dərsləri var ki, uşaqları musiqi barədə məlumatlandırır. Din də elə. Bundan niyə qorxmaq lazımdır axı? Qorxuruq, demirik, insanlarda, cavanlarda boşluq yaranır. Nəticədə uşaqların beyninə başqa şeylər girir. 

Əgər onların informasiyası olsa, vəhhabilərin dediklərinə inanmaz, onların yeni qaydalarla tənzimlənən dinlərinə uymazdılar. Ata-babalarının dininə sahib çıxar, heç kimə həmin dinə dəyişiklik etmək üçün icazə verməzdilər.

- Bu yaxınlarda QMİ fətva verdi, ancaq buna münasibətlər birmənalı olmadı. Müxtəlif dindarlar, icmalar dedilər ki, QMİ-in fətva vermək səlahiyyəti yoxdu. Siz də ifadənizdə fətva yox, bəyanat sözünü işlətdiniz. Siz, bilərəkdənmi belə dediniz?


- Xeyr. Bilərəkdən demədim. Bu, mənim sahəm deyil. Fətva verməyə Qazilər Şurasının ixtiyarı var. Bu da qanunidir. Bunu deyənlər, həmin boşluğu yaradan ruhanilərdir. Əvvəla, fətvanın təsiri bilinməlidir. Onu akademiklər hazırlayır. Onların içində Vasim Məmmədəliyev, İsrafil müəllim, Ziyad Səmədzadə kimi akademiklər, bu itihamı səsləndirənlərə dərs deyə biləcək adamlar var. 

Fətvanı belə insanlar təsdiq edir, onların adından verilir. Fətvanı verməkdə məqsəd yaxşılıqdır. Min illərdir ki, dinimiz var, dövlətimiz, xalqımız buna qulluq edir. Axıra qədər bu dinə qulluq etmək istəyirik. Cənab prezidentin apardığı siyasəti dəstəkləyirik. Bölgələrdə olan dindarlar da bunu istəyirlər. Yəni, əsl dini.

- Kütləvi bazarlarda vəhhabiliyin daha çox yayılması məlumunuzdur. Sizin fikirləriniz necədir? Doğrudanmı bu, nəzarətsizlikdən yaranır? Söhbət daha çox “Binə” və “Sədərək” bazarlarından gedir.


- Ümumiyyətlə, Bakı kimi bir şəhərdə, “Sədərək”, “Binə” kimi bazarların qurulmasının əleyhinəyəm. Bu qadağa dövlət siyasəti olmalıdır. İstəyir bazar, istəyir başqa yer olsun, iki-üç minə qədər insandan yuxarı insanı bir yerə yığmaq lazım deyil. Hər gün 50 min insan toplaşan bir yerdən nə desən gözləmək olar. Bu bazarlar həm də Azərbaycanın iqtisadiyyatına zərər verir. 

Şəhərin yarısında tıxac yaradan həmin bazarlardır. Nə səhər, nə də ki axşam tərəfi Bakıya giriş-çıxış mümkün olmur. Hamısı bu bazarların hesabına. Şıxov tərəfdən şəhər cəmi bir giriş var. Bu bazarlar da elə orda yerləşir. Ora gedən və qayıdan işçilər hərəsi bir maşındadır. Əlli min insan yığılıb həmin yerə. Orada gedən proseslərə nəzarət oluna bilmir. Bizim dövlətimizi gözü götürməyənlər, içimizdə olan düşmənlər belə yerlərdə özlərinə yuva tapırlar. Əlli min insanın içində özlərinə beş min həvadar tapırlar. 

Bu insanlar iyirmi min insana təsir edirlər. Digər tərəfdən də, siz baxın, ora tez-tez yanır. Yandıqdan sonra isə həmin yerə müdaxilə mümkün olmur. Bəlkə də həmin bazarlarda narkotik maddələr saxlayırlar. Bunu paylamaq, oradan çıxartmaq lazımdır. Bu insanların beyni pozulub. Söhbətin nə olduğunu anlamayanlar belə onlara qoşulurlar. Yığışıb danışırlar, şəklini çəkib başqa yerlərdə nə qədər tərəfdarları olduqlarını göstərirlər. Məncə, ilk növbədə ora ləğv olunmalıdır. Kimsə nəyə görə, başqasının hesabına pul qazanmamalıdır. 

Birdən elə bilərlər ki, mən belə danışmaqala kiminsə bazarının, biznesinin əleyhinəyəm. Ona görə də “Sədərək” və ya “Binə” olmur, lap adı nə olur olsun, söhbət bugün yaşanan vəziyyətdən gedir. Kiminsə biznes maraqlarına toxunar deyin, mən dövlətimin mövqeyini, mənafəeyini arxa plana keçirə bilmərəm. Getsinlər başqa yerdə pul qazansınlar. Boş yerlər çoxdur. Adam sayı az olan çoxlu obyektlər açsınlar. Camaat paylansın. Bütün müəssisə və təşkilatlarda həqiqi dini dəyərlərimizə hörmət ifadə olunmalıdır. 

Avropanın hər yerində dini atributlar asılıb. Biz bir fatihə verməyə utanırıq. Elə deyirik ki, başqasının dini yaxşıdı, bizimki pisdir. Bizim dinin nəyi pisdir? Bayramım bayram, geyimim geyimdir. Sivil şəkildə yaşayırıq. Namazımı da qılıram, orucumu da tuturam. Məndən niyə qorxmalıdırlar? İlk məsələ mətbuatdır. Bu məsələ mərbuatda həll olunmalıdır. Xalq maariflənməlidir. Televiziyalarda dinlə bağlı verilişlər olmalıdır.

- Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Qurani-Kərim Azərbaycan dilində oxunmalıdır. Bu məsələyə münasibətiniz necədir?


- Bu barədə məlumatsızam. Amma bir məqam var, tutaq ki, 50 dil var. Həcc ziyarətinə getmişik, namaza oturmuşuq , 50 nəfər öz dilində namaz qılsa nə olar? Bundan din çıxar? Əgər dilimiz başqadırsa, Məkkə niyə yaranıb? Məkkə birlik, vəhdət üçün yaranıb. Bu da bir siyasətdir. İldə bir dəfə dünyanın hər yerindən ora adam gedir. Əgər biz bunu ayırsaq, hərənin bir Allahı olacaq, büdpərəstlik yaranacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam