Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dini bayraqlar qadağan edilir

 

“Biz növbəti il üçün təkliflərlə çıxış edirik ki, məscidlərdə hər hansı dini bayraqlardan istifadəni məqbul saymırıq”.

Xeberinfo.com:   Məlumata görə, bunu APA-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bunu Aşura günlərində bəzi qüvvələrin insanların dini inancından sui-istifadə etməsinə münasibət bildirərkən deyib.

 M. Qurbanlı qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və dövlət bayrağı ilə bağlı qanunu var: “Eyni zamanda növbəti mərhələlərdə din xadimləri ilə birlikdə təkliflə çıxış edəcəyik ki, hər hansı dini mərasimləri küçələrdə etmək yol verilən deyil. Dini mərasimlər məsciddə və məscidin həyətində olmalıdır. Necə ki, digər dinlərdə dini mərasim kilsədə və sinaqoqda olur, bizdə də məsciddə olmalıdır. Yəni hər hansı yürüş keçirmək istəyənlər və digər iddialarla çıxış edənlər bununla bağlı müvafiq icra hakimiyyəti orqanlarından icazə almalıdırlar. “Sərbəst toplaşmaq haqqında” qanun var və bu qanun “Dini etiqad azadlığı haqqında” qanuna ziddiyyət təşkil eləmir”.

 M. Qurbanlı son Aşura günündə Gəncədə baş verənlərə də toxunub: “Bununla bağlı araşdırmaq aparmışıq. Müəyyən qruplar var ki, din adı altında pərdələnərək, öz məqsədlərini həyata keçirmək istəyir. Bunlarla bağlı müəyyən profilaktik tədbirlər görülüb və görüləcək. Onların heç bir sosial dayağı da yoxdur. Sadəcə, insanların həmin gün dini inancından istifadəyə cəhd ediblər ki, bu da yolverilməzdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam