Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

"Aərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq"

 

 

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev qurumun gördüyü və görəcəyi işlərdən danışıb.

"Xeberinfo.com":   Məlumata görə, o, ANS-ə müsahibəsində gələcək planları açıqlayıb.

- Rövnəq müəllim, hər vaxtınız xeyir. Yaponiyaya xeyir ola ilin-günün bu vaxtında birdən-birə?

– Biz Yaponiyaya əsasən OGPS layihəmizi, neft-qaz, qaz emalı və qaz-kimya kompleksinin tikintisini müzakirə etmək üçün getmişdik. Bilirsiniz ki, biz neft emalı zavodunu o böyük kompleksin tərkibindən çıxartdıq və Heydər Əliyev adına neft emalı zavodunun yenidənqurma işlərini artıq həyata keçirdik. Mövcud zavodun ömrünü 30-cu ilə qədər və ondan yuxarı səviyyəyə qaldırdıq və yeni kompleksdə neft emalı zavodunun hələlik layihələndirilməsini dayandırdıq. Bu, o deməkdir ki, yeni kompleksdə qaz emalı 12 milyard kubmetr qaz emalı və ondan çıxan xammalı qaz-kimya kompleksinin tikintisini həyata keçirəcəyk. Burada polietilen, polipropilen qurğular tikiləcək və 800 min tona yaxın kimya məhsullarının çıxımı nəzərdə tutulub. Bunun üçün biz orada çoxlu görüşlər keçirdik. Bilirsiniz, yapon şirkətlərinin burada böyük təcrübəsi var. Əsasən Yaponiyanın ticarət, sənaye, iqtisadiyyat naziri ilə, Yaponiya “Gibik” deyilən ekspert-kredit agentliyi ilə, baş nazirin enerji və sənaye üzrə köməkçiləri ilə görüşlər oldu. Belə bir yekun qərara gəlindi ki, yapon şirkətləri bu layihədə payçı kimi iştirak etsinlər. Çoxlu şirkətlər var ki, bizə belə istəklərinin olduğunu bildirmişdilər. Biz 8 milyard dollara yaxın olan bir layihənin bütün maliyyələşməsini yapon bankları hesabına həyata keçirmək istəyirik.

- Yəni Azərbaycan soyuqqanlı şəkildə öz fəaliyyətini həyata keçirir? Və hətta İranla böyük razılaşma belə Azərbaycanı narahat eləmir.

– İranla razılaşmanın Azərbaycan üçün nəyi pis ola bilər ki? İran bizim yaxın qonşumuz, qardaş ölkədir. Bilirsiniz, ən çətin dövrlərdə Azərbaycan həmişə İranın yanında olub, ona dəstək olub. Bilirsiniz ki, bizim əlaqələrimiz həmişə yüksək saxlanılıbdı İranla. Necə deyərlər, dost həmişə pis gündə tanınır. Biz – Azərbaycan hökuməti, Azərbaycan dövləti həmişə İrana yüksək səviyyədə diqqət göstərib. Eyni zamanda beynəlxalq ictimaiyyətin – “altılığ”ın danışığı və qərara gəlməsi bizim üçün çoxlu müsbət tərəfləri var…

– Və mən elə bu “plyus”lardan çıxış eləmək istəyirəm. Amma ona qədər istəyirəm cənab prezidentin o bəyanatını – məşhur bəyanatını bir daha xatırlayaq. Və yəqin ki, bu gün İran İslam Respublikasında o bəyanatı artıq başqa şəkildə – daha dəyərli şəkildə qiymətləndirənlər tapılacaq: “İran İslam Respublikasına qarşı heç bir üçüncü ölkənin hansısa bir hərəkətinə icazə verilməyəcək. Aərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq”. İndi, yəqin ki, bunun bəhrəsini yığmaq vaxtıdır. Mən elə onu soruşmaq istəyirəm. Rövnəq müəllim, bir sıra mətbuat orqanlarında Azərbaycanın İran İslam Respublikası populyarlaşandan sonra bir az arxa plana keçəcəyi, bizim neftimizin azaldığı, İranın yeni neft yataqları hesabına vəziyyətin dəyişməsi barədə proqnozlar var. Və mən istəyirəm başqa sual verəm. Yəqin ki, heç kəsin vermədiyi sualı vermək istəyirəm sizə. İran İslam Respublikasına bu saat müxtəlif ölkələrdən maraq artıb. Almaniyanın xarici işlər naziri artıq oradadır, Fransa getməyə hazırlaşır, yəqin ki, dalınca digər Avropa dövlətləri gedəcəklər. Azərbaycan necə, ora sərmayə yatırmaq istəməz ki?

– Niyə də yox? Hələ o “altılığ”ın danışığı yox idi, mən keçən ay İranda oldum, çox işgüzar səfərim oldu İrana. İranın neft naziri Zəncani ilə çox uzun söhbətlərimiz, müzakirələrimiz oldu. Birgə iş birliyi haqqında çox gözəl fikirlər səsləndi. Biz artıq bu haqda düşünürük. Düşünürük yox, artıq bu haqda müəyyən işlər də faktiki görürük. Bilirsiniz ki, Azərbaycan Dövlət Neft Şikrəti cənab prezidentin başçılığı altında sərmayədar kimi Türkiyənin ən böyük sərmayədarına çevrilib. Xəyala da gələ bilmirdi ki, Azərbaycan Türkiyənin ən böyük sərmayədarı şəklində çıxış edə bilər.

- Niyə də İranda olmasın?

– Bəli, niyə də İranda olmasın? Düşünürəm ki, biz də İran layihələrində aktiv iştirak edəcəyik. Bizim həm qonşuluq, dostluq münasibətlərimiz yüksək səviyyədədir, orada həm də investisiya layihələri həyata keçirməkdə, həm operatorluq etməklə bağlı müəyyən layihələrimiz var.

- Özü də bunlara daha çox onların ehtiyacı var. Çünki İran İslam Respublikasında bu sanksiyalar götürüləcək, tutaq ki, bu ilin dekabrının 31-də və onlar başlayacaqlar hərəkətə. Hansısa bir real nəticələr əldə olunacaq 2016-cı ilin sonuna. Bizim amma hazır infrastrukturumuz var, biz avadanlıqlarımızı təklif edə bilərik, xidmətlərimizi təklif edə bilərik, əldə etdiyimiz modern üslubları təklif edə bilərik.

– Məsələ onda deyil ki, bizim texnologiyalarımız var, bizim təcrübəmz var, innovasiyalar var. Biz çox yüksək səviyyədə artıq təcrübə toplamışıq xarici investisiyalarda, bizim bunda təcrübəmiz var. İranda da bu təcrübədən istifadə edəcəyik.

- İnşallah. Və elə, deyəsən, SOCAR-ın rəsmiləri bu yaxınlarda bəyanat vermişdilər ki, dəqiq xatırlamıram adını, amma mənbə SOCAR idi, İran İslam Respublikası TANAP-a da, TAP-a da maraq göstərdiyini bir daha bəyan edib.

– Xeyr, maraq bəyan olunmayıb. Amma gələ bilər. Bilirsiniz, TANAP layihəsi tikinti fazasındadır, 2018-ci ilin birinci yarısında bu boru xəttinə artıq qaz veriləcək. Mən deyərdim ki, o, gələcək qazların artırıla bilən bir boru xəttidir, genişlənə bilən bir boru xəttidir, Bu boru xətti ilə İran da, İraq da Avropaya keçə bilər.

- Biz artıq mənim növbəti sualıma keçdik. Mən soruşmaq istəyirdim sizdən, Rövnəq müəllim, Azərbaycanın İranla qaz sahəsində daha hansı əməkdaşlığı ola bilər? Siz artıq o suala cavab verməyə başladınız.

– Bizim İranla əməkdaşlığımız var.

- Bu yaranmış yeni vəziyyətdə?

– Yeni vəziyyətdə daha intensiv olacaq. Biz Naxçıvana verilən qaz məsələsini həyata keçiririk. Biz İranla səhv etmirəmsə, 2009-cu ildə artıq müqavilə də bağlamışdıq. İrana qaz satışı üzrə müqaviləmiz var idi. Biz bunun üçün kompressor stansiyası da tikdik ki, – Astarada cənab prezident onun açılışını etdi – həm Naxçıvanın qazla təminatını yaxşılaşdırmaq üçün, həm də əlavə qazdan İrana nəql etmək imkanı qazanırdıq. Orada bilirsiniz ki, sanskiyalar başladı. Onların ödəniş problemləri olduğu üçün biz o layihəni dondurduq. Bu layihəyə yenidən baxacağıq. İndi İranla qaz anbarlarının istifadəsi haqqında müzakirələr gedir. Bizim qaz anbarlarında imkanlarımız çox böyükdür. Bilirsiniz, 2008-ci ildən sonra qaz anbarlarına böyük investisiya yatırdıq, genişləndirmə işləri apardıq. Biz ona 3 milyard yarıma qədər qaz vurduq. Onun hələ deyərdim ki, 5-6 milyard daha çox qaz vurma, qaz saxlama imkanları var ki, bunu istifadə etməmişik. Çünki buna ehtiyac yoxdur. Amma İranın buna ehtiyacı var. İranda qışda qaz çatışmazlığı var. Yay qazının texniki qaz kimi yığılması Azərbaycanın qaz anbarlarında, qışda da onun İrana geri verilməsi – bu məsələlərə baxılır. Bizim ekspertlər artıq bunu işləyirdi, “altılar”a qədər bu işlər görülüb.

- DESPA-nın axırı necə oldu?

– DESPA bilirsiniz, bizim problem deyil, bu, Avropa ilə Yunanıstanın problemidir. Biz də gözləyirik ki, bunu nə vaxt həll edəcəklər.

- Dövlət özünün var-yoxunu sata biləcək qədər müstəqil deyil…

– Yox, bu, Avropa İttifaqıdır. Orada həm dövlət qanunları var, həm Avropa İttifaqı qanunları var ki, onlara da riayət etməlidirlər. Ona görə biz gözləyirik. Biz tenderin qalibiyik.

- Hələ pul-zad keçirməmişik – bu 400 milyonu?

– Xeyr.

- Hələ ki, pulumuz cibimizdə, ağlımız başımızda gözləyirik.

– Məşədi İbad demiş, mal almamış pul vermək olar?

- Rövnəq müəllim, indi Avropa Komissiyasının energetika üzrə komissarı Maroş Şevçoviç tvitterdə belə bir şey yazmışdı ki, Azərbaycan, Türkmənistan, Türkiyə, deyəsən, Gürcüstan – bu dövlətlərin nümayəndələrinin Aşqabadda ayın 15-də görüşü olub və yüksək səviyyədə olan görüşdən sonra mən fərəhlənirəm ki, o ölkələr öz gələcəklərini müəyyənləşdirirlər və s. və i.a. Nə dərəcədə ciddidir bu söhbət və, ümumiyyətlə, transxəzərin aqibəti, Xəzərin statusu müəyyənləşdirilməmiş nə qədər konkret ola bilər? Nə qədər faydası ola bilər bu danışıqların?

– Bilirsiniz, Xəzərin statusu ayrı məsələdi

- Transxəzər, bu da Xəzərdi də, statusu…

– Xəzər, Trans Xəzər – bu məsələlər başqa-başqa aspektlərdir. Şevçoviçin dediyinə qayıdanda, bu, Avropa və Türkmənistanın işidir və biz burada bir tranzit ölkə kimi çıxış edirik. Yenə deyirəm, qaz layihəsi birinci alıcı ilə satıcının anlaşmasından başlayır. Bu təməl prinsiplərdir. Bilirsiniz, biz Şahdənizlə bağlı müqavilələri bağladıq, sonra başladıq layihəni qiymətləndirməyə ki, alanın qiyməti budur, tranzit haqqı bu olacaq, investisiya bu olacaq – bu işə başladıq. İndi Türkmənistan qazının söhbəti də budur. Gərək alıcı olsun. Alıcı kimdir. Alan gərək müqaviləsini bağlasın, qazı alsın. İnvestisiya həcmini hesablasın, bu layihəyə start versin. Bu, sözdə olan bir söhbət deyil, bu, gərək konkret işlə görülsün. Nə biz qaz alanıq, nə də qaz satanıq. Ona görə biz burada oturub nəsə danışa bilmərik.

- Yox, ona görə soruşuram ki, Avropa dəfələrlə sübut edib ki, çox qeyri-sabit tərəfdaşdır. Nabucco, Nabucco, Nabucco, axırda məlum oldu ki, Nabucco provokasiyadır. Və yaxşıdır ki, biz bu provokasiyaya uymadıq. İndi də bunlar transxəzər, transxəzər, transxəzər…

– Yox, bunlara provokasiya deməyək, provokasiya deyildi. Nabucco söz idi, sammit, yığıncaq, söz yığnağı idi. Türkiyə hökuməti lə birlikdə qərar qəbul edildi, birlikdə TANAP layihəsi həyata keçirildi. Bu, əməli işdi. Bu, Azərbaycan, Azərbaycan hökuməti, Azərbaycan prezidenti tərəfindən həyata keçirildi. Nabucco söz idi, on il sammitlər, danışıqlar, görüşlər, ortada bir şey yoxdu. Yenə deyirəm, əməli iş görmək üçün gərək qaz alıcısı gəlib qaz satıcısı ilə məsələni həll eləsin və başlasın layihəsini həyata keçirsin. Biz Avropa Enerji Xartiyasına hörmətlə yanaşırıq və tranzit, keçid verməyə hazırıq.

- Və nəhayət, bir sual daha məni maraqlandırır. Rövnəq müəllim, son zamanlar mən daha çox fikir verirəm, bu Ağ şəhər layihəsi ətrafında danışırlar ki, biz neftayırma zavodu tikirdik, yoxsa saxladıq, təxirə saldıq, istəyirəm bu barədə birinci şəxsdən – SOCAR-ın birinci şəxsindən eşidək və bu məsələyə də son qoyaq. Çünki mətbuatda bir az qarışıq veriblər.

– Düzdür, müxalifət mətbuatında “bunu bacarmadılar” yazırlar. Belə deyil. Böyük kompleksin tikintisinin layihələndirməsi gedir. Neft emalı, qaz emalı və kimya kompleksi idi. Bu kompleksdən biz, bayaq dediyim kimi, neft emalını, qaz emalını saxladıq.. Ona görə ki, qazımızın emalı üçün bizdə imkanlar çox zəifdir. Neft emalı kompleksini indi başlamadıq, çünki o da böyük bir layihədir, 7-8 milyard dollarlıq bir layihədir. Ona görə belə bir qərar qəbul olundu ki, Heydər Əliyev adına neft emalı zavodunda modernizasiya işi aparılsın, yeni qurğular orada tikiləcək, artıq layihəni detallaşdırırıq, modernləşdiririk və biz bir az onun imkanlarını qaldırıq. 7-8 milyon ton emal gücünə malik bir modern zavoda çeviririk. Bununla da biz Avro-5 standartına uyğun Heydər Əliyev adına neft emalı zavodunu modernləşdiririk. Köhnə “AzərNeftYağ” zavodunda olan köhnə qurğulara artıq bundan sonra ehtiyac yoxdur, söküb bu sahələri bulvarın genişləndirilməsinə verə bilərik. /ANSPress/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam