Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

800-dək neftçi ixtisara düşəcək

 

 

Gələn aydan etibarən “Azərneftyağ” və Heydər Əliyev adına Neft Emalı zavodlarında ixtisarlar ediləcək

 

"Xeberinfo.com":  Bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə məlumat yayıb. Hüquq müdafiəçisi bildirib ki, iki zavoddan 800-ə yaxın işçi işdən çıxarılacaq: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, aparılacaq struktur islahatları ilə bağlı “Azərneftyağ” neft emalı zavodundan 420 nəfərə yaxın işçi ixtisara salınacaq. Neft Emalı Zavodunda isə 300-dən çox işçi ixtisara düşəcək”.
Ümumilikdə isə ilin sonunadək neft sektorunda 1500-ə yaxın neftçi işini itirəcək. Artıq “Azəriqaz” İstehsalat Birliyində ixtisara düşənlərin sayı 100-ü ötüb.
İxtisara düşən neft və qaz işçiləri Dövlət Neft Şirkətinin İnsan Resursları Departamentində attestasiyadan keçirilir.
M.Qəhrəmanlı deyib ki, 12 baldan yuxarı toplayanlar ixtisara salınmır. Bu proses “Azəriqaz” işçiləri üçün də keçərlidir: “Amma təəssüf ki, 12 bal toplaya bilməyən işçilər var. İllərdir qaz sahəsində işləyənlər 12 bal toplaya bilmirlər. Çünki qaz işçilərinin əksəriyyəti ixtisasına uyğun çalışmayıb, onlar abonentlərdən qaz pulu yığmaqla məşğul olublar. Yüksək bal toplaya bilmədiyindən işdən çıxarılmalar isə narazılıqlarla qarşılanır. Lakin ixtisarlar zamanı yaxşı nəticə göstərənlərin işdə saxlanılması qanunvericiliklə tənzimlənir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam