Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Totalitar rejimlərin nüvə silahı əldə etməsi praktiki olaraq totalitarizmi əbədiləşdirir"

 

“100 ildən sonra da İrana atom bombası istehsal etməyə imkan verməzlər”

"Xeberinfo.com":   İranla “altılıq” arasında imzalanan nüvə sazişi barədə eks-spiker Rəsul Quliyevdən aldığımız müsahibəni təqdim edirik:

- Rəsul müəllim, İranla “altılıq” ölkələri uzun danışıqlardan sonra razılıq əldə etdilər. İstərdim bir qədər arxaya qayıdaq. İran dinc məqsədlərlə nüvə araşdırmaları apardığını bəyan edir. Qərb ölkələri isə ona qarşı sanksiya tətbiq etməklə, bu bəyanata inanmadıqlarını ortaya qoymuşdular. Sizcə, İranın bu mövqeyi niyə inandırıcı qəbul olunmur?

– İranın nüvə araşdırmaları bəyanatının həqiqət olduğuna ancaq avam adam inana bilər. Bu bəyanat siyasi aktdan çox, təbliğati xarakter daşıyır. Məqsəd 1 milyard əhalisi olan islam aləminin dini duyğularını istismar etmək, 990 milyonluq xristian dünyası ilə bir ovuc yəhudinin müsəlmanları inkişaf etməyə qoymadığına inandırmaq və onu Qərbə qarşı radikallaşdırmaqdı. Uranın zənginləşdirilməsinin nə demək olduğunu bilənlər üçünsə, İranın bu bəyanatlarının bir qəpiklik əhəmiyyəti yoxdur. Nüvə silahları əsasən uraniumdan (az miqdarda plutoniumdan da istifadə edilir.), özü də bu maddənin atom enerjisi U 235 (yəni U233,238 yaramır) dəyərində olanından istehsal olunur. Üstəlik, U 235 dəyərli atom çəkirdəyinin əsas kütləsi 85 faiz həcmində olmasa, nə bomba düzəltmək, nə də enerji istehsal etmək mümkündür. Odur ki, filizin tərkibindəki 5-6 faiz uran zənginləşdirilib 85% və daha yuxarı səviyyəyə çatdırılır. Uranın zənginləşməsi ilə bir sıra ölkələr məşğul olur (ABŞ, RF, Fransa, Avropa ittifaqı ) və bu ölkələr dünyanın harasında atom elektrik stansiyası varsa, onlara zənginləşmiş uran satırlar və uran alan ölkələrin nüvə silahı istehsal etməsinə tam mane olurlar. İranın uran üzərində araşdırma apardığını deməsi də əsaslı deyil. Uranı zənginləşdirməkdə elə bir yeni araşdırma tələb olunmur, sadəcə olaraq böyük sürətli çoxsaylı mərkəzdən qaçma sentafuqları quraşdırmaq lazımdır. İran kimi ölkə əgər uranı zənginləşdirirsə, sözsüz ki, onun atom elektrik stansiyasının tələbindən qat-qat artıq nüvə yanacağı istehsal edib izafi hissə ilə atom bombası düzəltməsi problem deyil. İran artıq bir neçə ildir, “Şahin 1”; “2”; “3” taktiki və strateji (yəni 1000 km-dən çox uçan) raketlərini sınaqdan keçirib. Deməli, istehsal etdiyi atom bombasını 1500 km məsafədə yerləşən istənilən dövlətə və ya obyektə göndərmək imkanına malikdir. Bir çox insan ABŞ-ın bu məsələyə hamıdan daha çox qarışdığına təəccüb edir. Çünki yaxın 30 ildə İranın ABŞ sərhədlərinə çata biləcək raketləri olmayacaq. Buna baxmayaraq, məsələ göründüyü qədər də sadə deyildir. Birincisi, İran nüvə bombasına sahib olarsa, ABŞ-ın bir çox partnyorları – Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İraq və İsrail təhlükə zonasına düşür. İkincisi, həmişə ABŞ-ın hansısa hərbi donanması İran körfəzinin yaxınlığında hərbi vəzifəsini yerinə yetirir. Üçüncüsü, hadisə zəncirvari reaksiya kimi Səudiyyə Ərəbistanı və İsrailn (İsrailin atom bombası var, ancaq konservasiya edib) atom bombası istehsal etməsinə təkan verə bilər.

- Nüvə sazişi İrana atom zənginləşdirməyi 15 il müddətinə qadağan edir. Belə çıxır ki, 15 ildən sonra İran nüvə silahı istehsal edə bilər. Bu maddə faktiki olaraq İranı nüvə gücü kimi tanımaq demək deyilmi?

-İrana ancaq bir halda nüvə silahı istehsal etməyə icazə verilə bilər: əgər Səudiyyə Ərəbistanı atom bombasına malik olsa. Totalitar rejimlərin nüvə silahı əldə etməsi praktiki olaraq totalitarizmi əbədiləşdirir. İran avtoritar rejimdir, 15 yox, 100 ildən sonra da ona atom bombası istehsal etməyə imkan verməzlər. Normal demokratik rejim yarada bilsələr, özləri də heç vaxt atom bombası istəməzlər.

- Amma İran nüvə silahına öz milli təhlükəsizlik məsələsi kimi baxır. Nüvə dövlətinə çevrilərsə Yaxın Şərqin əsas söz sahibinə çevriləcəyinə inanır. Necə hesab edirsiniz, İran yenə şah dövründəki kimi, Yaxın Şərqin liderliyinə iddia edə bilərmi?

-Şah heç vaxt Yaxın Şərqin lideri olmayıb. Buna baxmayaraq, Sah İranı avropalıların sevdiyi bir ölkə idi. Bir çoxları 24 saat işləyən gecə barları ilə diqqət cəlb edən, alkoqolun sel kimi axdığı və qiymətlərin Avropa ilə müqayisədə azı 3 dəfə ucuz olduğu İrana üz tuturdu. Bir vaxtlar qərblilərin nəzərində bu qədər əsrarəngiz özəlliklərə malik İranın Yaxın Şərqin digər ölkələriylə münasibətləri heç zaman yaxşı olmayıb. Xüsuilə, 16-cı əsrdən bu günə qədər şiə-sünnü problemi bu ölkələrin yaxınlaşmasının qarşısını alıb. Düşünürəm ki, yaxın 50 ildə də belə davam edəcək. Yəni, İranın Yaxın Şərqin lideri olmaq şansı yoxdur.

- İranla bundan əvvəl də müxtəlif sazişlər bağlanmışdı. Məsələn, 2003-cü ildə AB ölkələriylə razışlaşmada rəsmi Tehran, uranın zənginləşdirilməsini 5% səviyyəsinə çatdıracağı və əlavə nüvə obyektləri inşa etməyəcəyi öhdəliyini qəbul etmişdi. Əhmədinejat ikinci dəfə prezdent seçiləndə bu sazişdən boyun qaçırdı. Eyni şey 2013-cü ildə də təkrarlandı. Sizə elə gəlmir ki, bu dəfəki razılaşmanı da eyni tale gözləyir?

– Belə bir addım atmaq İran üçün çox faciəli qurtarar. Səudiyyə Ərəbistanının dəstəyi və pulu ilə İsrailə İranın nüvə obyektlərini vurmağa icazə verilər. Nüvə obyektləri ilə yanaşı 500-ə yaxın hərbi obyektlər, İranın kiçik də olsa, mövcud olan hərbi donanması məhv edilər.

- İrandan sonra Səudiyə Ərəbistanının nüvə enerjisi çalışmalarına yönəldiyi müşahidə olunur. Yaxın Şərqin bu iki əzəli düşməninin nüvə silahına sahib olması hansı perspektivdən xəbər verir?

– Səudiyyəlilər İran müqaviləsindən sonra heç bir nüvə silahı düzəltməyə cəhd edə bilməz. Etsə belə, ona bu imkan verilməz.

- Amma nüvə silahı təhlükəsizlik proqramıdır. Faktlar sübut edir ki, bu strateji silaha sahib olan ölkələrə qarşı heç kim çıxa bilmir. Yaxın Şərqin silahlanması bu mənada məzhəb müharibələrinin qarşısını ala bilərmi?

– Faktlar göstərir ki, nüvə silahının RF-sı kimi dəlinin əlində olması dünya üçün təhlükədir. Sovet ittifaqı vaxtı Politbüro var idi, o, istənilən məsələni müzakirə edib qərar qəbul edirdi. İndi bütün hakimiyyət tək bir adamın əlində cəmləşib. I Pyotrdan sonra hakimyyətin bir əldə toplaşması yenidən zühur edib. Bu fakt sübut edir ki, demokratik dəyərlərin tam formalaşmadığı istənilən ölkədə bütün qərarvericilik imkanlarının bir ələ keçməsi ehtimalı hər zaman var və məsuliyyətini anlamayan bir nəfərin həmin posta gəlməsi təkcə öz ölkəsinin deyil, bütün dünyanın təhlükəsizliyini şübhə altına qoya bilər. Yaxın Şərq ölkələri siyasi xarakteriylə Rusiyadan nəinki fərqlənmirlər, hətta daha betərdirlər. Bu səbəbdən də onların nüvə gücünə sahib olmasına böyük dövlətlər imkan verməzlər.

- İranla imzalanan nüvə sazişinin əsas məqsədlərindən biri Rusiyanı çökdürməkdir. Maraqlıdır ki, Rusiya bu sazişin imzalanmasında həm də İranı müdafiə edən tərəf kimi çıxış edir. Sizcə, bunun səbəbi nədir?

– RF İrana qarşı sanksiyalarla bağlı müzakirələrə qoşulanda ağlına da gəlməzdi ki, ABŞ bir neçə ilə əlavə 200 milyon ton neft istehsal edəcək və neftin qiyməti iki dəfə aşağı düşəcək. Ancaq Rusiya necə ağır vəziyyətə düşdüyünü 6 aydan sonra, yəni embarqo tam ləğv olunandan sonra anlayacaq.

AzPolitika.nfo


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam