Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Mənə ölüm arzulayırlar“ -Roza Zərgərli

“Mənə ölüm arzulayırlar“  - Roza Zərgərli

"Fatimə efirinizdə qonaq olanda demişdi ki, anam deyir, heç gün görmədim. Övladlarım mənim ağlamağımı nadir halda görüb. Vanna otağına girib ağlayıram. 9 ay əvvəl bir hadisə oldu, qızım dedi ki, hər şeyi bəhanə edirsən: o səhv edir, bu səhv edir. Atam da xəstədir. Yoruldum, qayıtdım ki, Bənövşə, başa düşürsən mən bir gün görməmişəm".

Yenixeber.org: Bu sözləri müğənni Roza Zərgərli "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Bir müddət əvvəl koronavirus infeksiyasına yoluxan sənətçi ünvanına yazılan tənqidlərə cavab verib:

"Elə insanlar var idi ki, saxta profillər açıb yazırdılar ki, Allah etsin ölsün, biri də azalar. Mənə ölüm arzulayırlar, olsun. Amma düşünün ki, doğma övladıma atam, qardaşım, yoldaşım baxacaq. Amma övladlığa götürdüyüm uşaqlara kim baxacaq? Övladlığa götürdüyüm uşaqlara görə başım çox çəkib. Hətta ikinci həyat yoldaşımdan uşaqlara görə boşandım. Qarşıma şərt qoydu ki, ya uşaqlar, ya mən. Mən də uşaqlarımı seçdim.

Övladlığa götürdüyüm uşaqlardan ikisi mənə ana deyir, bircə Corc yox. Amma bir neçə müddət əvvəl mənə ana dedi. Türkiyədə sevdiyi xanım var idi, onunla telefonla danışırdı. Qayıtdı ki, eşqim, bax, mənim gözəl anam. Pis oldum ki, sevgilisinə görə bu sözü mənə deyib. Sonradan öyrəndim ki, həmin qız hər şeyi bilirmiş".

Axşm.az yazır ki, Roza ona şər atanlardan bəhs edib, göz yaşlarını saxlaya bilməyib:

"Haqqımda çox şeylər dedilər, ləkələr yaxdılar (ağlayır). O vaxt deyirdim ki, uşaq nədir, bədən quruluşum pozular. Ailə qurdum 4 ildən sonra əziyyətlə ana oldum. Sanki Allah mənə göstərdi ki, övlad üçün canından keçmək necə olur. İkinci evlilikdə 6 il ana olmaq üçün çalışdım. Kökəlib 100 kiloqram oldum, gəmiyə oxşayırdım. Sonra anladım ki, uşaq ancaq mənə lazımdır. Boş verdim, başladım əməliyyat etdirib, arıqlamağa".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam