Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Övladlığa götürmə ilə bağlı - yeni model

Övladlığa götürmə ilə bağlı yeni model
"Əvvəllər övladlığa götürmə zamanı daha çox valideynin mənafeyi nəzərə alınırdı. Amma yeni modeldə uşağın mənafeyi əsas götürüləcək".
Yenixeber.org: Bunu DOST Agentliyində keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, ötən ildən üzərində çalışılan övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistemdə bu model nəzərdən keçirilib.

"Yeni modelin üstün cəhəti budur ki, gələcək valideynlərlə müsahibələr ediləcək, onlar təlimlərə cəlb olunacaq. Hətta həmin valideyn namizədlər sosial müəssisələrə gedərək uşaqları ziyarət edəcəklər və uyğunlaşma prosesi gedəcək. Ondan sonra uşaq 3 aylıq həmin ailəyə veriləcək. Sosial cəhətdən qiymətləndirmə aparılacaq, əgər o ailə uşağı götürməyə hazırdısa, rəy əsasında məhkəməyə müraciət ediləcək".

Nazir müavini bildirib ki, əvvəllər sağlamlıq imkanları məhdud olan uşaqları övladlığa götürməyə maraq yox idi:

"Təxminən 1500 belə uşaq valideynlərdən məhrum olunub və onlar gələcəkdə övladlığa götürülə bilər. Amma statistikaya nəzər salsaq son 3 il ərzində övladlığa götürmə ilə bağlı faiz çox aşağıdır. Bütün bunları nəzərə alaraq sistemin çatışmazlıqlarını bir daha nəzərdən keçirdik. Bu məsələ artıq Milli Məclisdə də müzakirəyə çıxarılıb. Övladlığa götürmə ilə bağlı vətəndaşların işini asanlaşdırmağa çalışırıq. Düşünürük ki, noyabrın 1-dən artıq övladlığa uşaq götürmə ilə bağlı yeni Alt sistem tətbiq olunacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam