Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

“Mənim millətim yatmış şirdir, o şir bu gün nərə çəkir” –Mətanət İsgəndərli

“Mənim millətim yatmış şirdir, o şir bu gün nərə çəkir”  – Mətanət İsgəndərli

Əməkdar artist Mətanət İsgəndərli ötən gün baş verən yürüşdən danışıb. 

Yenixeber.org: "İnstagram" hesabında görüntülərini paylaşan sənətçi insanların bu addımını yüksək qiymətləndiriyini deyib və vətəndaşları birliyə səsləyib:

"Qurban olaram sizə, mənim millətim! Mənim mərd, igid, başı bəlalı millətim... Dörd tərəfi düşmən millətim. Kafirlərin içində, Allahsızların içində, başı müsibətlər çəkən millətim... Bizim millətimiz yatmış şirdir, bax o şir bu gün nərə çəkir. Belə millətlə nəinki Qarabağı, bütün dünyanı almaq olar. Mən də anayam, şəhid analarının dərdini yaxşı bilirəm, Allah onlara səbr versin. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Bu cür ayağa qalxan millətin qabağında heç nə dayana bilməyəcək. Zaman, vaxt artıq bu gündür. Vaxt-vədə çatıb. Mən fəxr edirəm ki, belə bir millətin qızıyam. Biz qorxaq deyilik, sadəcə olaraq bizim düşmənimiz arxalı köpəkdir. Bizim arxamız Allahdır. Bizim oğullarımızın, millətimizin damarlarında dəli qanı axır. Qoç igidlər, gün bu gündür, qalxın ayağa, ər oğullar, ər meydanıdır. Qızlarımız, körpələrimizin, babalarımızın, nənələrimizin qanını yerdə qoymayaq! Ürəyim partlayır, özümə yer tapa bilmirəm. Bütün analar hamısı evlərdə için-için ağlayırlar. Bu göz yaşlarını yerdə qoymayacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam